Tibbi avadanlıq və ləvazimatlar

Tibbi avadanlıq və ləvazimatlar Tibbi avadanlıqların və sərfiyyat materiallarının satışı.
Продажа и покупка медицинского оборудования.

Bu gün Lux Hospital-da HoLEP əməliyyatları üçün lazer sistemimizi, həmçinin morcellation (morselyasiya) sistemimizi uğur...
02/12/2025

Bu gün Lux Hospital-da HoLEP əməliyyatları üçün lazer sistemimizi, həmçinin morcellation (morselyasiya) sistemimizi uğurla quraşdırdıq.
Hörmətli Lux Hospital kollektivinə uğurlu və təhlükəsiz əməliyyatlar arzulayırıq.
Sizinlə əməkdaşlıq etməkdən məmnunuq və ümid edirik ki, bu sistem xəstələriniz üçün daha yüksək səviyyədə nəticələr əldə etməyə kömək edəcək.

Bu gün çoxfunksiyalı neyrocərrahiyyə sistemimizi Baku Medical Plaza Babək filialında uğurla quraşdırdıq. Bu addım klinik...
01/12/2025

Bu gün çoxfunksiyalı neyrocərrahiyyə sistemimizi Baku Medical Plaza Babək filialında uğurla quraşdırdıq. Bu addım klinikanın əməliyyat proseslərinin daha da təkmilləşdirilməsinə, həkimlərin işinin asanlaşmasına və xəstələrin təhlükəsizliyinin artırılmasına xidmət edəcək. Klinikaya gələcək fəaliyyətində bol uğurlar və çoxlu müvəffəqiyyətli əməliyyatlar arzulayırıq.

Biz neyrocərrahiyyə sahəsində fəaliyyətimizi uğurla davam etdiririk.Bu gün Azərbaycanın ən nüfuzlu tibb müəssisələrindən...
21/11/2025

Biz neyrocərrahiyyə sahəsində fəaliyyətimizi uğurla davam etdiririk.
Bu gün Azərbaycanın ən nüfuzlu tibb müəssisələrindən biri olan Baku Medical Plazanın qonağı olduq.

Ziyarət zamanı hörmətli Dr. Tural Hidayətov bizim kraniotomiya sistemimizi canlı olaraq sınaqdan keçirdi.
Həkimlərimizin yüksək peşəkarlığı və əməliyyat zamanı göstərdikləri dəqiqlik bizi xüsusilə sevindirdi.

Ümid edirik ki, sistemimiz doktorda müsbət təəssürat yaradıb və yaxın zamanda əməkdaşlığımızın başlanğıcını görə biləcəyik.

Hər il olduğu kimi, şirkətimiz dünyanın bütün önəmli sərgilərində və elmi tədbirlərində iştirak etməyi əsla qaçırmır. Bu...
20/11/2025

Hər il olduğu kimi, şirkətimiz dünyanın bütün önəmli sərgilərində və elmi tədbirlərində iştirak etməyi əsla qaçırmır. Bu dəfə də 2025-ci ildə Düsseldorfdakı sərgidə böyük məmnuniyyətlə iştirak edirik. Burada ən son tibbi texnologiyaları öyrənir, köhnə tərəfdaşlarımızla görüşür və yeni tərəfdaşlar tapırıq. Bu, yeniliklərdən xəbərdar olmaq, nələrinsə yeni olduğunu kəşf etmək və əlbəttə ki, müştərilərimizə ən son həlləri gətirmək üçün əla bir imkandır. Ümumiyyətlə, sərgi möhtəşəm keçir, çox şey öyrəndik və tezliklə bu barədə dəyərli partnyorlarımıza məlumat verəcəyik!

Bu gün biz hörmətli doktor Farid Tağdırovun qonağı olduq.Səfər zamanı neyrocərrahiyyə üçün nəzərdə tutulmuş yeni sistemi...
18/11/2025

Bu gün biz hörmətli doktor Farid Tağdırovun qonağı olduq.
Səfər zamanı neyrocərrahiyyə üçün nəzərdə tutulmuş yeni sistemimizi ətraflı şəkildə təqdim etdik və onun funksionallığı, təhlükəsizliyi və əməliyyat zamanı verdiyi üstünlüklər barədə geniş məlumat verdik.

Doktorun sistemimizə göstərdiyi diqqət və müsbət rəyi bizi xüsusilə sevindirdi. Peşəkarların etimadını qazanmaq bizim üçün böyük önəm daşıyır və yüksək texnoloji həllərimizin bu istiqamətdə davamiyyət nümayiş etdirməsi bizi qürurlandırır.

Ümid edirik ki, yaxın zamanlarda doktor Tağdırov əməliyyatlarında məhz bizim sistemdən istifadə edəcək və əməkdaşlığımız daha da genişlənəcək.

Bu gün bizim üçün daha bir səmərəli və uğurlu gün oldu. Neyrocərrahiyyə əməliyyatları üçün nəzərdə tutulmuş kraniotom si...
14/11/2025

Bu gün bizim üçün daha bir səmərəli və uğurlu gün oldu. Neyrocərrahiyyə əməliyyatları üçün nəzərdə tutulmuş kraniotom sistemimizi canlı əməliyyat zamanı sınaqdan keçirdik.
Hörmətli həkimlər Tural Rəhimli və Tural Rəcəbova dərin təşəkkürümüzü bildiririk.
Öz işinin yüksək səviyyəli peşəkarlarını izləmək bizim üçün çox maraqlı və təsirli oldu. Onların zərgər dəqiqliyi ilə icra etdikləri iş həqiqətən ən yüksək qiymətə layiqdir.
Əməliyyatdan sonra belə nüfuzlu və təcrübəli mütəxəssislərdən kraniotom sistemimiz barədə müsbət rəylər almaq bizim üçün böyük məmnunluq və qürurdur.

Bu gün Seçenov adına Simulyasiya Mərkəzində neyrocərrahiyyə sahəsi üzrə yüksək səviyyədə təşkil olunmuş kadavra təlimi k...
08/11/2025

Bu gün Seçenov adına Simulyasiya Mərkəzində neyrocərrahiyyə sahəsi üzrə yüksək səviyyədə təşkil olunmuş kadavra təlimi keçirildi. Təlim zamanı biz Kranitom sistemimizi tam şəkildə sınaqdan keçirdik və onun funksionallığını əyani şəkildə nümayiş etdirdik. Əminik ki, iştirak edən neyrocərrahlar sistemimizin imkanlarından məmnun qaldılar. Ümid edirik ki, yaxın gələcəkdə bu kimi tədbirlər daha geniş formatda davam etdiriləcək və yenidən görüşmək fürsətimiz olacaq.

Bu gün fəaliyyətimiz çox məhsuldar başladı. Neyrocərrahiyyə üzrə keçirilən kədavra məşğələlərinin ilk günü uğurla baş tu...
07/11/2025

Bu gün fəaliyyətimiz çox məhsuldar başladı. Neyrocərrahiyyə üzrə keçirilən kədavra məşğələlərinin ilk günü uğurla baş tutdu. Tədbir zamanı həkimlərimiz təqdim etdiyimiz neyrocərrahiyyə sisteminin imkanlarını ətraflı şəkildə sınaqdan keçirdilər və onun üstünlüklərini yüksək qiymətləndirdilər.

Bu kimi təcrübə əsaslı tədris və sınaq tədbirləri bizim üçün çox vacibdir, çünki həm mütəxəssislərimizin praktiki bacarıqlarını artırmağa, həm də təqdim etdiyimiz texnologiyaların effektivliyini real şəraitdə nümayiş etdirməyə şərait yaradır.

Dəvət və diqqətləri üçün hörmətli neyrocərrahlarımıza dərin minnətdarlığımızı bildirir, gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq.

Bu gün hörmətli pulmonoloq professor Əlizamin Sadıqov ilə səmərəli görüş keçirdik. Görüş zamanı birdəfəlik bronxoskop si...
06/11/2025

Bu gün hörmətli pulmonoloq professor Əlizamin Sadıqov ilə səmərəli görüş keçirdik. Görüş zamanı birdəfəlik bronxoskop sistemimiz barədə ətraflı müzakirələr apardıq. Ümid edirik ki, yaxın zamanda avadanlığın quraşdırılması məqsədilə yenidən görüşəcəyik.

Bu gün biz Bakının ən müasir və yüksək səviyyədə təchiz olunmuş tibb müəssisələrindən biri — Lux International Hospital-...
06/11/2025

Bu gün biz Bakının ən müasir və yüksək səviyyədə təchiz olunmuş tibb müəssisələrindən biri — Lux International Hospital-da kraniotom avadanlığımızın və şeyver sistemimizin təqdimatını həyata keçirdik.
Klinikanın həkimləri təqdimatımıza böyük maraq göstərdilər və avadanlıqların funksionallığını yüksək qiymətləndirdilər.
Ümid edirik ki, yaxın zamanda ölkəmizin aparıcı mütəxəssisləri bu sistemləri praktikada daha geniş şəkildə sınaqdan keçirərək onların üstünlüklərini tam qiymətləndirə biləcəklər.

02/11/2025

Address

Baku
AZ002

Alerts

Be the first to know and let us send you an email when Tibbi avadanlıq və ləvazimatlar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Tibbi avadanlıq və ləvazimatlar:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category