Səhiyyə Nazirliyi EImi-Tədqiqat Kardiologiya İnstitutu

Səhiyyə Nazirliyi EImi-Tədqiqat Kardiologiya İnstitutu Elmi-Tədqiqat Kardiologiya institutu
Ünvan: АZ1072, Bakı şəhəri, N.Nərimanov rayonu, Fətəli Xan Xoyski 101

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşov...
07/12/2025

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşovanın təşəbbüsü ilə Səhiyyə Nazirliyinin ekspert qrupu Çin Xalq Respublikasına işgüzar səfər həyata keçirib. Səfər Çinin səhiyyə, biotexnologiya və tibbi avadanlıqlar sahəsində aparıcı müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyıb.
Səfər çərçivəsində Premiummed şirkətin təşkilatçılığı ilə ekspertlər qrupu Chengdu, Shenzhen və Guangzhou şəhərlərində fəaliyyət göstərən iri biotexnologiya şirkətlərinin ofislərini və istehsal müəssisələrində işgüzar səfərdə olub. Ekspertlər C-Liminary və Sichuan ORIENTER Biotechnology kimi innovativ şirkətlərin laboratoriya avadanlıqlarının istehsal proseslərini, o cümlədən tam avtomatlaşdırılmış Line System-ləri, immunoassay cihazlarını yerində izləyiblər. Bundan əlavə, nümayəndə heyəti bir sıra aparıcı xəstəxanaların laboratoriyalarında bu sistemlərin praktiki tətbiqi, iş səmərəliliyi və kliniki üstünlükləri ilə tanış olub.
Səfərin mühüm nəticələrindən biri Çin tərəfi ilə elmi-tədqiqat və kliniki əməkdaşlığa dair Memorandum of Understanding sənədinin imzalanması haqqında müzakirəsinin aparılması olub. Sənəd Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu ilə Xinjiang Uyghur Autonomous Region People’s Hospital arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsini nəzərdə tutur.
Shenzhen şəhərində nümayəndə heyəti DYMIND Biotechnology şirkətinin süni intellektlə təchiz edilmiş hematoloji və koaquloqramma cihazları ilə tanış olub, Guangzhou şəhərində yerləşən Guangdong Women’s and Children Hospital klinikasında isə AI əsaslı hematoloji sistemlərin Line System-də tətbiqi araşdırılıb.
Professor Gülnaz Dadaşova bildirib ki, səfər Azərbaycan səhiyyə sistemində laborator xidmətlərin modernləşdirilməsi, təcili yardım və ucqar rayonlar üçün əvvəzsiz olan sürətli və kiçik ölçülü laborator cihazların istehsalı və səmərəliliyi,
elmi-tibbi əməkdaşlıq imkanlarının genişləndirilməsi və innovativ texnologiyaların tətbiqi baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və nazirliyin 2 nömrəli Bakı Baza Tibb Kollecinin təşkilatçılığı il...
29/11/2025

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və nazirliyin 2 nömrəli Bakı Baza Tibb Kollecinin təşkilatçılığı ilə Bakıda “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı” keçirilib.
Konfrabsfa Səhiyyə Nazirliyi Elmu-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova iştirak edib

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yeni açılmış Radiologiya (Angioqrafiya) şöbəsinin fəaliyyət pl...
27/11/2025

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yeni açılmış Radiologiya (Angioqrafiya) şöbəsinin fəaliyyət planının müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir. İclasda institutun direktoru, professor Gülnaz Dadaşova açılış sözü ilə çıxış edərək gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etmişdir.
İclas zamanı yeni yaradılmış Angioqrafiya şöbəsinin fəaliyyəti, şöbədə quraşdırılmış müasir tibbi avadanlıqlardan istifadə qaydaları və tibb personalının işləmə bacarıqlarının artırılması ətraflı şəkildə nəzərdən keçirilmişdir. Avadanlıqların istismar prosesində tələb olunan praktiki bacarıqlar və personalın hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görüləcək tədbirlər barədə geniş fikir mübadiləsi aparılmışdır.
İclasda həmçinin Ankara şəhərindən dəvət olunmuş tibb bacılarının iştirakı ilə keçiriləcək təlim prosesi də müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, Ankara Universiteti Tibb Fakültəsinin İbn-i Sina Xəstəxanasında çalışan əməliyyatxana məsul tibb bacısı Merve Erdoğan Erener və Hacettepe Universiteti Yetkinlər Xəstəxanasının tibb bacılığı xidmətləri müdiri müavini Özlem Pınar üç gün müddətində Angioqrafiya şöbəsində fəaliyyət göstərən tibb bacıları üçün müasir angioqrafik avadanlıqlardan istifadə ilə bağlı praktiki təlimlər keçirəcəklər. Hər iki xəstəxananın nümayəndələrinin iştirakı ilə təlim proqramı, əməkdaşlıq çərçivəsi və şöbə personalı ilə birgə praktiki iş planı da təsdiqlənmişdir.
İclasda həmçinin Yeni Azərbaycan Partiyasının institutda yeni seçilmiş gənc üzvlərinə üzvlük vəsiqələri təqdim edilmişdir.

27/11/2025
18/11/2025
Ateroskleroz və Dislipidemiyanın İdarəolunması: Çağdaş Yanaşmalar və Perspektivlər” Ekspertlər Forumu Bakı şəhərində keç...
16/11/2025

Ateroskleroz və Dislipidemiyanın İdarəolunması: Çağdaş Yanaşmalar və Perspektivlər” Ekspertlər Forumu Bakı şəhərində keçirildi – Azərbaycanda Lipid Məktəblərinin Açılışına Start Verildi
Tədbir Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) direktoru, prof. Gülnaz Dadaşovanın açılış nitqi ilə başladı. Professor çıxışında lipidologiya sahəsində yeni mərhələnin başlandığını vurğulayaraq qeyd etdi:
“Bu Forum Azərbaycanda lipidologiya üzrə yeni fəsilin başlanğıcıdır. Lipid Məktəblərinin açılması ölkədə erkən diaqnostika, həkim təlimi və əhali maarifləndirilməsi sahəsində dönüş nöqtəsi olacaq.”
Sonra Forumun əsas qonağı — Avropa lipidologiyasının aparıcı simalarından biri, professor Alberiko L. Katapano (İtaliya) çıxış etdi. Qeyd edək ki, Prof. Katapano sadəcə dünya miqyasında tanınan tədqiqatçı deyil, Avropa Ateroskleroz Cəmiyyətinin keçmiş prezidenti, EAS/ESC dislipidemiya üzrə klinik təlimatlarının həmmüəllifi, lipid metabolizmi, ateroskleroz patogenezi, PCSK9 inhibitorları və lipoprotein(a) üzrə aparıcı araşdırmaların müəllifidir. Onun elmi nüfuzu və beynəlxalq təcrübəsi Lipid Məktəblərinin yaradılması prosesinə xüsusi strateji dəyər qatır. Katapononun rəhbərlik etdiyi yanaşmalar Avropada lipid idarəetməsinin qızıl standart sayılır və bu biliklərin Azərbaycanda tətbiqi milli kardiovaskulyar risklərin idarə edilməsində yeni mərhələnin əsasını qoyur.
Plenar Müzakirə çərçivəsində ETKİ-nin elmi katibi, t.ü.f.d. Təranə Cavadova ölkədə lipid xidmətinin təşkili və Milli Lipid Xəritəsi Təşəbbüsü barədə geniş təqdimatla çıxış etdi.
Daha sonra həkim-kardioloq, t.ü.f.d. Ruslan Nəcəfov, prof. Valeh Mirzəzadə, Dr. Gülşən Süleymanova və Dr. Fuad Səmədov aterosklerotik ürək-damar xəstəliklərinin qlobal yükü, şəkərli diabet və dislipidemiya,aterosklerozun qeyri-invaziv görüntülənməsi və digər mövzularda məruzələr təqdim etdilər.
Dialoq bölməsində PCSK9 inhibitorları, siRNA texnologiyası, lipoprotein(a) və digər müasir müalicə hədəfləri üzrə müzakirələr aparıldı.
Forum Azərbaycanda Lipid Məktəblərinin fəaliyyətinə rəsmi başlanğıcı elan edən ilk tədbir kimi tarixə düşdü.

Address

Fətəli Xan Xoyski 101
Baku
AZ1072

Alerts

Be the first to know and let us send you an email when Səhiyyə Nazirliyi EImi-Tədqiqat Kardiologiya İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Səhiyyə Nazirliyi EImi-Tədqiqat Kardiologiya İnstitutu:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category