Dr. Ağakişiyev Aqil

Dr. Ağakişiyev Aqil QASTROENTEROLOQ-HEPATOLOQ
İnvaziv Endoskopist. ERCP Ankara şəhəri. Hacettepe Unversiteti. Patoloji , Gastroenteroloji.

Təhsil və İş təcrübəsi :

2003-2009- Azərbaycan Tibb Universiteti
2009-2010- Qastroenteroloji İxtisasartırma kursu
2005-2010- Dövlət və özəl xəstəxanada “Cərrahi və Terapeftik” yönümlü asistent (həkim köməkçisi) və Həkim
2008- Türkiyə. Bilim Dalında Staj
2010- “Yükseköğretim Kurulu Başkanlığı” Diploma Denglik Belgesi
2010-2013- Gaziantep Üniversitesi Şahinbey Araştırma ve Uygulama Hastanesi İç hastalıkları Ana Bilim Dalı Gastroenteroloji-Hepatoloji Bilim Dalı Yan Dal Uzmanlık Eğitiminde Üst İxtisas
2013- “Medistyle Hospital”
2014-2019 –“Avrasiya Hospital”
2019-2021- “Ege Hsopital”da Baş Həkim
2021- “Olimp Hospital”da Direktor
2014-2021 - APASL üzvü
201-2021 - EASL üzvü

Gördüyü işlər :
-Endoskopi ve Kolonoskopi;
-Görüntüləmə və invaziv;

Özofagogastroduodenoskopi, Endoskopik biyopsi, Özofageal varis bant ligasyon müalicəsi, Sengstaken-Blakemore tube yerləşdirilməsi, Özofageal varis sklerozan müalicəsi, Non varis GIS qanama sklerozan müalicəsi, Heater probe, Endoskopik yad cisim çıxarılması, Endoskopik polipektomi, Endoskopik Argon Plazma Koagülasyon (APC), Endoskopik bəslənmə tüpü yerləştirilməsi (NJ-Nazojejunal, ND-Nazoduodenal, NG-Nazogastrik), Perkütan Endoskopik Gastrostomi (PEG), Perkütan Gastrojejunostomi, Gastrointestinal darlıkların müalicəsi- Darlıkların Buji dilatasyonu, Gastrointestinal Darlıkların Balon Dilatasyonu, Endoskopik Özofageal Endoprotez, Endoskopik Pilor Balon Dilatasyonu, Özofagus (Bujı ve Balon) Dilatasyonu, Endoskopik Mukozal Rezeksiyon (EMR), Endoskopik Submukozal Diseksiyon (ESD) Kolonoterminal ileoskopi, Kolonoskopik polipektomi, Kolonoskopik darlıkların endoskopik müalicəsi, Kolonanjiodisplazilerin endoskopik müalicəsi. Kolon EMR, Kolon ESD
ERCP –Endoskopik-Retrograd-Colonjio-Pankreatografi
EUS
-EndoUltra Sonografiya

Diaqnostika- “Öd yolları və Pankreas” xəstəliklərinin diaqnostikası
Müalicə- Endoskopik Papillotomi və ya Sfinkteroplasti, Endoskopik Biliyer ya da Pankreatik taş Ekstraksiyonu, Endoskopik Biliyer ya Pankreatik Endoprotez, Biliyer Litotripsi, Endoskopik Biliyer ya Pankreatik Darlık Dilatasyonu,

Qaraciyər Biyopsisi- USG ile dəyərləndirərək tru-cut biopsi
-Ambulator xəstələrin diaqnozu, müalicə və yönləndirilməsi;
-Qastroenteroloji; Özefaqus, mədə-bağırsaq xəstəliklərinin araşdırılması, müalicəsi və yönləndirilməsi
-Hepatoloji;
Virus hepatitləri- Hepatit B, Hepatit C, Hepatit D virusu, eyni zamanda Primer Biliyer Siroz, Primer Sklerozan Kolanjit, Vilson xəstəliyi, Hemokromatozis, Otoimmun Hepatitlər, Potal Ven Trombozu, Budd Chiari Sindromu, digər Qaraciyər, öd kisəsi və öd yolları xəstəliklərinin diaqnozu, müalicəsi və izlənməsi;
Siroz; Siroz xəstələrinin etiyolojisinin araşdırılması, müalicəsi və yönləndirilməsi. Pankreas (Mədəaltı vəz)
- Mədaltı vəzi xəstəliklərinin araşdırılması, müalicəsi və yönləndirilməsi
-İnflamatuar bağırsaq xəstəlikləri;
-Crohn xəstəliyi. Ülseratif Kolit xəstəliyi
-Stasyanar - Yatan xəstələrin müalicə və izlənməsi
Mükafatlar
-Çox saylı beynəlxalq elmi konfranslarda iştirak ilə bağlı sertifikatlar. Elmi fəaliyyətlər
-Elmi məqalələri: 20-dən çox:

Çoxsaylı xarici elmi konfranslarda və jurnallarda çap olunmuş elmi afişa və məqalələr .
• Hepatosteatozda Anti-HBc Seropozitifligi ile Hiperleptinemi Birlikteliği
• Naiv Kronik Hepatit B hastalarında Lamivudin tedavisinin etkinliği
• Karaciğer Transpalntasyonu ; Gaziantep Tıp Fakultesi Tecrübesi
• Karaciğer Transplantasyonu sonrası immunsupressif tedaviye sekonder yan etkiler
• Kronik Hepatit B hastalarının tedavisinde Telepravir ve Telbivudin karşılaştırılması
• ERCP findings of patients with benign and malignant biliary strictures
• Mean platelet volume as a new fibrosis indicator in Chronic Hepatitis B
• Pituitary failure and secondary adrenal insufficiency presenting with hyponatremia during treatment of a patient with chronic hepat
• Üst GİS endoskopisinde ektopik pankreasın görülme oranı
• Crohn hastalığı; Demografik ve klinik özellikleri
• Nadir bir endoskopi bulgusu: Ardışık pilor
• Gastrik poliplerin çeşit ve sıklığı: Gaziantep Bölgesi
• Perkutan Endoskopik Gastrostomi (PEG) Uygulamalarımız
• GİS darlıkların endoskopik tedavisinde demografik özellikler
• Akalazya tedavisinde pnömatik balon dilatasyonunun etkinliği
• Farklı amaçlarla yapılan üst GİS endoskopisinde ektopik pankreas görülme oranı
• Helikobakteri pilori
• Kolonoskopi işlemi sırasında batına bası ve pozisyon değişmesi rutin bir uygulama mıdır?
• Kolon temizliğinde farklı gün ve aynı gün kolon temizliği yapılmasının karşılaştırılması
• Blue rubre bleb sendromu
• Kriptojenik Karaciğer Hastalıklarında Çölyak Hastalığı etiyoloji faktör ola bilir mi?

Wilson xəstəliyi anadangəlmə mis mübadiləsi qüsuru və bir sıra orqanlarda mis çöküntüsünün yaranması ilə xarakterizə olu...
03/12/2025

Wilson xəstəliyi anadangəlmə mis mübadiləsi qüsuru və bir sıra orqanlarda mis çöküntüsünün yaranması ilə xarakterizə olunan metobolik xəstəlikdir.

Bu xəstəlik zamanı misin orqanizmdə toplanma riskini azaltmaq üçün sadalanan qidaların istehlakı qəti şəkildə məhdudlaşdırılmalı və ya rasiondan tamamilə çıxarılmalıdır:
✔️ Orqan ətləri: Qaraciyər, böyrək və digər daxili orqan ətləri. Mis ən çox bu orqanlarda toplanır;
✔️ Qabıqlı dəniz məhsulları: İstiridyə, midyə, xərçəng, krevet və s;
✔️ Qoz-fındıq və toxumlar:
– Küncüt və ondan hazırlanan tahin;
– Kaju (keşyu), pekan qozu, qoz, fındıq;
✔️ Kakao və şokolad: Xüsusilə tünd şokolad və kakao tozu;
✔️ Paxlalılar: Noxud, mərci, lobya (yalnız az miqdarda qəbul edilə bilər);
✔️ Quru meyvələr: Ərik, üzüm və əncir quruları. Bunların tərkibindəki mis sıxlaşmış vəziyyətdə olur;
✔️ Bəzi tərəvəzlər: Göbələk, avokado digər tərəvəzlərə nisbətən daha çox mis ehtiva edir.

Əlavə mənbələr: Mis tərkibli multivitaminlər, mis borulardan gələn su, mis qabda bişirilmiş və ya saxlanılmış yeməklər.

👨‍⚕Qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

Hepatit C virusunun (HCV) diaqnozu bir neçə mərhələdən ibarət müayinə vasitəsilə dəqiq şəkildə qoyulur:✔Fiziki müayinə: ...
01/12/2025

Hepatit C virusunun (HCV) diaqnozu bir neçə mərhələdən ibarət müayinə vasitəsilə dəqiq şəkildə qoyulur:
✔Fiziki müayinə: Həkim ilkin olaraq sarılıq, qarın ağrısı və ya qaraciyərin böyüməsi kimi əlamətləri yoxlayır;
✔HCV Antikor testi: Əsas diaqnostik üsuldur. Bu testlə qanda HCV-yə qarşı anticisimlərin olub-olmadığı müəyyən edilir. Müsbət nəticə virusla təmas olduğunu göstərir.
✔HCV RNT (PCR) testi: Anticisim testi müsbət çıxdıqda virusun aktiv şəkildə bədəndə olub-olmadığını müəyyənləşdirmək üçün bu test aparılır. Bu, müalicəyə başlamaq üçün həlledici amil hesab olunur.
✔Qaraciyər Ferment testləri: Qan analizləri vasitəsilə qaraciyər fermentlərinin səviyyəsi yoxlanılır və qaraciyərin zədələnmə dərəcəsi barədə məlumat əldə edilir.
✔Görüntüləmə müayinələri (ultrasəs / fibroskan): Qaraciyərin vəziyyətini, o cümlədən sirroz və fibroz dərəcəsini qiymətləndirmək üçün istifadə olunur.

Hepatit C diaqnozu əsasən bu ardıcıl qan analizləri və qaraciyər müayinələri əsasında qoyulur. Bu da həkimə ən uyğun müalicə planını təyin etməyə imkan verir.

👨‍⚕Qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

Aralıqlı oruc bədən çəkisinə nəzarətlə yanaşı, həzm sisteminin fəaliyyəti üçün də xüsusi əhəmiyyət daşıyır.O, bədənin qi...
26/11/2025

Aralıqlı oruc bədən çəkisinə nəzarətlə yanaşı, həzm sisteminin fəaliyyəti üçün də xüsusi əhəmiyyət daşıyır.
O, bədənin qidalanma ritmini dəyişərək həm maddələr mübadiləsinə, həm də həzm sisteminə müsbət təsir göstərir. Lakin faydalı nəticə əldə etmək üçün düzgün tətbiq edilməsi vacibdir.

Kimlər üçün uyğundur?
✔️ Həzm sistemi sağlam olan şəxslər;
✔️ İnsulin müqaviməti və metabolik sindrom riski daşıyanlar;
✔️ Daha nizamlı qidalanmaq istəyənlər.

Kimlərdə risklidir?
Qastrit, reflüks, mədə xorası olanlar;
Endokrin xəstəliklərdən əziyyət çəkənlər;
Hamiləlik və laktasiya dövründə olan xanımlar;
Aktiv müalicə alan şəxslər.

🔶 Necə tətbiq edilməlidir?
Ən çox istifadə edilən üsul — 16:8 rejimidir.
16 saatlıq ac qalma dövrü ilə 8 saatlıq balanslı və sağlam qidalanma dövrü bir-birini əvəz edir. Bu üsul ancaq düzgün planlanmış rasion və mütəxəssis nəzarəti ilə real fayda verə bilər.

👨‍⚕Qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com
✅ Youtube: https://www.youtube.com/.agilagakisiyev
✅ Facebook: https://www.facebook.com/dr.agilagakisiyev
✅ Instagram: https://www.instagram.com/dr.agil_agakisiyev

Sağlam insanda dil açıq çəhrayı rəngdə olur. Bu zaman üzərində nazik ağ ərp təbəqəsinə də rast gəlinə bilər. Bu, normal ...
24/11/2025

Sağlam insanda dil açıq çəhrayı rəngdə olur. Bu zaman üzərində nazik ağ ərp təbəqəsinə də rast gəlinə bilər. Bu, normal haldır və adətən su içdikdən yaxud ağız boşluğu təmizləndikdən sonra asanlıqla aradan qalxır. Dilin üzərində qalın sarı ərpin yaranması isə çox vaxt həzm sistemi, qaraciyər və öd yolları ilə bağlı pozuntuların nəticəsi olur. Bu cür ərp qatı çətin təmizlənir, qısa müddətdə yenidən əmələ gəlir və davamlı xarakter daşıyır.

▶ Əsas səbəbləri:
Mədə xəstəlikləri (qastrit, xora və s.) – ağızdan xoşagəlməz qoxu və ac qaldıqda mədə ağrıları ilə müşahidə oluna bilər;
Qaraciyər və öd yolları pozuntuları (diskineziya və öd daşı);
Mədəaltı vəzi xəstəlikləri və həzm sistemi pozuntuları;
Göbələk infeksiyaları və bağırsaq mikroflorasının pozulması.

Siqaret çəkmək, çoxlu çay və qəhvə içmək, ağız gigiyenasına düzgün riayət etməmək də sarı ərpin yaranması riskini artırır. Dilin üzərindən sarı qalın ərpin uzunmüddət getməməsi ciddi xəstəliklərdən xəbər verə bilər. Buna görə də vaxtında həkimə müraciət etmək və əsas səbəbi müəyyənləşdirmək son dərəcə vacibdir.

👨‍⚕Qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com
✅ Youtube: https://www.youtube.com/.agilagakisiyev
✅ Facebook: https://www.facebook.com/dr.agilagakisiyev
✅ Instagram: https://www.instagram.com/dr.agil_agakisiyev

17/11/2025

Bağırsaq florasının tarazlığı sağlamlığımız üçün həyati əhəmiyyət daşıyır. Bu mikro ekosistem həm həzm prosesini, həm də...
14/11/2025

Bağırsaq florasının tarazlığı sağlamlığımız üçün həyati əhəmiyyət daşıyır. Bu mikro ekosistem həm həzm prosesini, həm də immun sistemini tənzimləyir.

Lakin müxtəlif daxili və xarici amillər bu tarazlığı poza bilər:
🔹 Yanlış qidalanma vərdişləri: Rafinə edilmiş şəkər və işlənmiş qidalar zərərli bakteriyaların artmasına şərait yaradır, lif və probiotik baxımından kasad qidalanma isə faydalı bakteriyaların sayını azaldır.
🔹 Antibiotiklərdən həddən artıq istifadə: Zərərli bakteriyalarla yanaşı faydalı olanları da məhv edir, mikrobiota müxtəlifliyinə zərər yetirir.
🔹 Stres və yuxu çatışmazlığı: Stres və nizamsız yuxu bağırsaq florasını pozur, immuniteti zəiflədir.
🔹 Ətraf mühitin təsirləri: Havanın çirklənməsi, pestisidlər və kimyəvi maddələr faydalı bakteriyaların azalmasına səbəb ola bilər.
🔹 Hərəkətsizlik: Oturaq həyat tərzi mikrobiota müxtəlifliyini azaldır, daimi idman isə faydalı bakteriyaları dəstəkləyir.
🔹 Yaş və genetik faktorlar: Yaş artdıqca faydalı bakteriyaların sayı azalır, irsi meyllilik də mikrobiotaya təsir göstərir.

👉 Bağırsaq florasını qorumaq üçün sağlam qidalanmaq, probiotik və lifli qidalara üstünlük vermək, stresdən uzaq durmaq və aktiv həyat tərzini seçmək vacibdir. Bu, həm həzm sistemini, həm də orqanizmin ümumi sağlamlığını gücləndirir.

👨‍⚕Qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com
✅ Youtube: https://www.youtube.com/.agilagakisiyev
✅ Facebook: https://www.facebook.com/dr.agilagakisiyev
✅ Instagram: https://www.instagram.com/dr.agil_agakisiyev

Address

Avropa Beynəlxalq Hospital
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994552605959

Alerts

Be the first to know and let us send you an email when Dr. Ağakişiyev Aqil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Ağakişiyev Aqil:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram