14/01/2026
SURTRON TOUCH HP
Tək toxunuşla çoxlu əməliyyat!
İtaliyanın “Led” şirkətinə məxsus Surtron TOUCH HP yeni nəsil elektrocərrahiyyə cihazlarını “Arash Medical” şirkətindən əldə edə bilərsiniz.
Yüksək effektiv iş, istifadədə rahatlıq, dizayn və etibarlılıq - bunlar yeni SURTRON TOUCH HP-nin güclü tərəfləridir. SURTRON radiotezlik generatoru mikrocərrahiyyə, monopolyar və bipolyar rejimdə dəqiq cərrahiyyə üçün nəzərdə tutulub. SURTRON TOUCH HP-nin ilkin quraşdırılması və əməliyyat zamanı parametrlərin tənzimlənməsi böyük sensor ekran vasitəsilə asanlıqla seçilə bilər.
Özəlliklər:
Monopolyar və Bipolyar rejimin eyni vaxtda aktivləşdirilməsi
Müasir ikili monopolyar
Müasir ikili bipolyar
İnteqrasiya edilmiş ARGON qurğusu
İmpedansdan asılı olaraq güc nəzarəti
Pedal və/və ya əl aləti ilə gücün aktivləşdirilməsi
Neytral-pasiyent elektrod kontaktına nəzarət
TUR duzlu məhlulu ilə kəsim funksiyası
BLEND nəm şəraitdə modul kəsim
Minimal invaziv cərrahiyyə üçün istifadə imkanı
Monopolyar/Bipolyar funksiyalar
Bipolyar rejimdə Autostart/Autostop
Səsin intensivliyinin tənzimlənməsi
SURTRON TOUCH HP cihazının tətbiq sahəsi:
- cərrahiyyə: ümumi, ambulator, damar, plastik, uşaq;
- endoskopiya;
- dermatologiya;
- neyrocərrahiyyə;
- qastroenterologiya;
- neyrocərrahiyyə;
- pnevmologiya;
- urologiya;
- ginekologiya;
- otorinolarinqologiya.