Hekimler

Hekimler Saglam olun :)

29/09/2020
12/08/2020

Boyun və Kürək ağrısı üçün sadə , effektiv hərəkətlər
Davamını mavi yazılı linkə daxil olaraq izləyin🙏🏻

https://youtu.be/LWet8TUujKk

Sızanaqlara səbəb olan 10 məhsulTəmiz və təravətli dəri hər bir insanın arzusudur. Nəzərə almaq lazımdır ki, dərinin vəz...
03/08/2020

Sızanaqlara səbəb olan 10 məhsul

Təmiz və təravətli dəri hər bir insanın arzusudur. Nəzərə almaq lazımdır ki, dərinin vəziyyəti qidalanmadan da asılıdır.

Bəzi məhsulların həddindən artıq miqdarda istehlakı dərinin vəziyyətinə mənfi təsir edir, sızanaqların əmələ gəlməsinə və ya daha da artmasına səbəb olur.



Saglamolun.az sizə belə qidaların siyahısını təqdim edir:

1. Yağlı pendir.

2. Şirin qazlı içkilər.

3. Qoz-fındıq.

4. Kolbasa və sosis.

5. Ədviyyatlar.

6. Şokolad və kakao.

7. Qəhvə.

8. Sitrus meyvələri.

9. Yumurta.

10. Dükanlarda satılan şirniyyatlar (peçenye, vafli və s.).

Zeytun yağının növbəti FAYDASI. Hətta bu xəstəliyin qarşısını alır!Zeytun və zeytun yağının faydalı məhsul olduğuna heç ...
15/07/2020

Zeytun yağının növbəti FAYDASI. Hətta bu xəstəliyin qarşısını alır!

Zeytun və zeytun yağının faydalı məhsul olduğuna heç kimin şübhəsi yoxdur. Bunu müxtəlif ölkələrdə aparılan çoxsaylı elmi araşdırmalar dəfələrlə sübut edib.

Bu yaxınlarda Edinburq Universiteti alimləri müqəddəs Quranda adı çəkilən bu möcüzəli bitkinin növbəti faydasını aşkar ediblər. Məlum olub ki, zeytun yağının tərkibində olan olein turşusu beyin xərçənginin inkişafının qarşısını alır.



UPI.com saytının məlumatına görə, araşdırmalar göstərib ki, olein turşusu orqanizmdə xərçənglə bağlı olan genlərin aktivliyini azaldır.

Alimlərin fikrinə görə, bu kəşf beyin xərçənginin yeni profilaktik tədbirlərinin hazırlanmasında kömək edəcək.

Özünüzü qoruyun 🌾
06/07/2020

Özünüzü qoruyun 🌾

Allergiyadan əziyyət çəkirsiniz? - Bunu mütləq oxuyunAlimlərin 30 ölkədə apardıqları araşdırmalar nəticəsində məlum olub...
10/06/2020

Allergiyadan əziyyət çəkirsiniz? - Bunu mütləq oxuyun

Alimlərin 30 ölkədə apardıqları araşdırmalar nəticəsində məlum olub ki, müasir dövrdə ən çox yayılan xəstəlik allergiyadır.

Bir milyon insan arasında aparılan araşdırmada hər yüz insandan 22-sində bu xəstəlik aşkarlanıb. Allergiya xəstəliyinin tarixi tam qədim zamanlara gedib çıxır. Bu məşhur xəstəliyin ilkin izələrinə hələ qədim Misir mumiyalarında rast gəlinib. Tarixi uzun olsa da alimlər bu xəstəliyi XIX əsrdə aşkar etməyi bacarıblar. Onun müalicəsinə isə düz bir əsrdən sonra, yəni XX əsrdə başlanılıb.



Allergiya nədir?

Orqanizmin xüsusi bir maddəyə qarşı göstərdiyi reaksiya tibb elmində allergiya adlanır. Allergiya bir xəstəlik yox, immunitet sisteminin zəifliyidir. Allergiya yaz xəstəliydir. Allergiya özünü bir neçə formada göstərir. Bəzən elə olur ki, insan allergiyaya görə özünə nifrət edir. Allergiya nəticəsində onun dərisi daima səpir, qızarır. Allergiyanın bir neçə növləri var. Onun ən çox yayılan formaları isə allergik və xroniki rinitdir.

Allergik rinit:

Bu allergiyanın ən yüngül növüdür. Allergik rinitin əlamətləri qripin əlamətlərinə bənzəyir. Allergik rinit zamanı burun və göz sulanır, qızarır, qaşınır. İlk olaraq xəstədə fasiləsiz asqırmalar və burunda göynəmələrlə müşahidə olunur. Allergiyanın bu növünün həmçinin gözə də təsiri çoxdur. Allergik rinit zamanı göz daim sulu olur və qaşınır. Bu xəstəliyin simptomları özünü yaz vaxtı çiçəklənmə və tozlanma dövrü başlayanda baş qaldırır. Belə xəstələrin burnu daim tutulu olur və onlar qoxunu hiss etmirlər. Hətta xəstəlik irəlilədikdə xəstənin qulağı da tutula bilər. Allergik rinit zamanı xəstənin bədənində həmçinin qızartılar, əllərində, ayaqlarında şişmələr olur. Belə xəstələr ev şəraitində özlərini yaxşı hiss edir. Ancaq çölə çıxdıqda onların halı dəyişir, boğulma halları olur. Allergik rinitin də iki forması var: ağır və yüngül. Yüngül formada olan allergik rinit xəstlərində xəstəliyin simptomları bir ay davam edir. Ağır allergik rinitin simptomları isə mövsüm sonuna kimi özünü biruzə verir.

Xroniki rinit:

Allergiyanın digər növü olan xroniki rinit ağır qrip, haymorit və frantit xəstəliklərindən sonra yaranır. Bu allergiya formasının əlamətləri də allergik rinitdə olduğu kimidir. Ancaq xroniki rinitin bir fərqi var ki, o da allergik rinit sadəcə, yaz mövsümündə əlamətlərini biruzə verir. Ancaq xroniki rinitin əlamətləri ilin dörd fəslində öz əlamətlərini göstərir. Xroniki rinit xəstələri çöldə özlərini yaxşı hiss etdikləri halda ev şəraitində onların halları ağırlaşır.

Dəri allergiyası:

Allergiyanın çox yayılan növlərindən biri də dəri allergiyasıdır. Dəri allergiyası zamanı dəridə şişlər, qızartılar, pilinqlər əmələ gəlir. Eyni zamanda dəri quruyur və çatlayır. Dəri allergiyası zamanı xəstə qaşınmadanda əziyyət çəkir.

Allergiyanın yaranma səbəbləri

Allergiyanın hər növünün yaranma səbəbləri müxtəlif olur. Allergik rinitin yaranma səbəblərini öyrənmək üçün qol hissəsinə sınaqlar qoyulur. Bu sınaqların sayı 7-dən 21-ə kimi olur. Sınaqlar qolda bir neçə dəqiqə qalır. Bundan sonra o öz təsirini göstərir. Bu sınaqlardan sonra xəstənin nəyə qarşı allergiyasının olması müəyyənləşir. Və ona qarşı xüsusi dərman preparatları ilə müalicələr aparılır. Onu da qeyd edək ki, allergik rinitin müalicəsi mövsüm vaxtı aparılmır. Həm də mövsüm vaxtı sınaqlardan istifadə etmək mümkün olmur. Çünki yaz mövsümündə allergiya daha çox baş qaldırır. Və bütün sınaqlar nəticəsiz olur. Buna görə də allergik rinit xəstələrinin müalicəsi soyuq havada aparılır. Yaz mövsümündə sadəcə, allergik rinitin qarşısı alınması üçün müalicə aparılır. Bununla yanaşı allergiya xəstəsinin gözləri də müalicə olunur. Çünki allergiya ən çox gözə ziyan vurur.

Xroniki rinit xəstələrinə də sınaqlar qoyulur, bu sınaqlar vasitəsilə onun yaranma səbəbləri araşdırılır. Xroniki rinitin daşıyıcıları yun və tükdən uzaq durmalı, yalnız sintetik materialdan hazırlanan yataqda yatmalıdırlar. Belə xəstələrə daim təmiz havada gəzmək məsləhət görülür.

Allergiyanın fəsadları:

İnsanlar çox vaxt bu xəstəliyə ciddi yanaşmırlar. Onlar elə başa düşürlər ki, allergiya qripin bir növüdür və mövsüm keçdikdən sonra o keçib gedir. Allergiyaya qarşı müalicə aparılmadıqda bu rinit özünü daha kəskin göstərməyə başlayır və ağciyərə təsir edir. Hətta xəstəlik irəlilədikdə bronxiol astmaya çevrilə bilər. Bütün bunların qarşısını almaq üçün allergiya xəstələri vaxtlı vaxtında müalicə almalıdırlar. Düzdür çoxları allergiyanın nə demək olduğunu bilmirlər. Bu xəstəliyin ilkin əlamətləri qripdə olduğu kimidir. Elə buna görədə insanlar qrip olduqlarını hesab edim, allergiyaya önəm vermirlər. Ancaq bu hal uzun davam etdikdə dərhal həkimə müraciət etmək lazımdır. Bəzən elə olur ki, insanlar qripə qarşı olan antibiotiklərdən istifadə edirlər. Bu təhlükəlidir. Allergiyanın daha da irəliləməsinə səbəb olur.

Bir çox xəstələr də var ki, onlar allergiyaya qarşı aparılan müalicəni sona çatdırmırlar. Xəstəliyin simptomlarının azaldığını görüb, sağaldıqlarını hesab edirlər. Ancaq allergiya xəstələri bunu bilməlidir ki, allergiya sağalmaz xəstəlikdir. Aparılan müalicələr xəstəliyin tamamilə yox olmasına deyil, onun irəliləməsinin qarşısını alınmasına kömək edir. Bəzən allergiya insana genetik yolla, anna xətti ilə keir. Ancaq bu allergiyanın irəliləmə ehtimalı çox azdır.

Dəniz havasının ŞƏFAVERİCİ GÜCÜDəniz suyu və dəniz havası əsl təbii şəfa mənbələridir. Bir çox xəstəliklərin və pozulmal...
08/06/2020

Dəniz havasının ŞƏFAVERİCİ GÜCÜ

Dəniz suyu və dəniz havası əsl təbii şəfa mənbələridir. Bir çox xəstəliklərin və pozulmaların müalicəsi və profilaktikasında məhz dəniz suyu və havası istifadə olunur.

Dəniz havası faydalı minerallarla olduqca zəngindir, onun tərkibində oksigen və ozon çoxdur, mikroblar, toz və s. ziyanlı maddələr isə yox səviyyəsindədir.



Fırtına zamanı dəniz havası xüsusilə faydalıdır.

Dəniz havası tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən insanlara xüsusilə faydalıdır. Dəniz havası nəfəs yollarını təmizləyir və yumşaldır.

Həmçinin dəniz havası sinir sistemi xəstəliklərindən, xroniki stress və depressiyadan əziyyət çəkən insanlara faydalıdır. Dəniz havası bromla zəngindir. Bu maddə sinir sistemini sakitləşdirir.

Yodla zəngin olan dəniz havası zob xəstəliklərindən əziyyət çəkən insanlara müalicəvi təsir edir.

Dəniz havası maddələr mübadiləsi proseslərinə müsbət təsir edir, qan dövranını yaxşılaşdırır, bütün orqan və sistemləri oksigenlə zənginləşdirir.

Dəniz havası immun sistemini möhkəmləndirir, allergiyalarla mübarizə edir.

Dəniz havası ürək xəstəlikləri və yuxarı təzyiqdən əziyyət çəkən insanlara müalicəvi təsir göstərir.

Dəniz havasında olan faydalı maddələr dərinin gözəlliyini və cavanlığını qoruyur.

Adi ispanağın bu faydalarına inanmayacaqsınız!Əslində ispanaq göyərti deyil, yarpaq tərəvəzdir.İspanaq olduqca faydalı v...
02/06/2020

Adi ispanağın bu faydalarına inanmayacaqsınız!

Əslində ispanaq göyərti deyil, yarpaq tərəvəzdir.

İspanaq olduqca faydalı və diyetik məhsuldur. Bütün dünyada qida mütəxəssisləri və diyetoloqalar ən faydalı məhsulların siyahısını tərkib etdikdə mütləq ora ispanağı da daxil edirlər.



1. Raş Universitetinin (ABŞ) alimləri sübut edib ki, ispanaq beyinin qocalmasını xeyli ləngidir, Alsheymer xəstəliyinin və demensiyanın qarşısını alır.

2. İspanaq əzələləri daha güclü edir, əzələ toxumasını artırmağa yardım edir.

3. İspanaq ürəyin sağlamlığını qoruyur. Omeqa-3 maddəsi ilə zəngin olan ispanaq ürək və damar xəstəliklərinin riskini azaldır.

4. Amerika alimləri aşkar ediblər ki, ispanağın müntəzəm istehlakı ürəyin rimini normallaşdırır, aritmiyadan əziyyət çəkənlərə kömək edir.

5. İspanaq tərkibində olan nitratların sayəsində damarları genişləndirir, arterial təzyiqi aşağı salır.

6. Lütein və zeksantin maddələri ilə zəngin olduğundan ispanaq gözlərimiz üçün ən faydalı məhsullardan biridir. İspanaq gözləri yayılmış göz xəstəliyi olan kataraktanın inkişafından qoruyur.

7. İspanaq arıqlamağa kömək edir.

8. Alimlərin fikrinə görə, ispanaq güclü xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Bu xüsusilə boğaz, qida borusu, dəri və ağciyər xərçənginə aiddir.

9. İspanaq dərinin vəziyyətini yaxşılaşdırır, dərinin qocalmasını ləngidir.

10. İspanaq qidalı liflərlə zəngin olduğundan xolesterinin səviyyəsini aşağı salır, bağırsaqları təmizləyir, bağırsaqların fəaliyyətini gücləndirir, qəbizliyin qarşısını alır.

11. İspanaq maqneziumla zəngindir. Maqneziumun orqanizmdə əskikliyi yaxşı əhvalımıza "cavabdeh olan" serotonin hormonunun səviyyəsinin azalmasına səbəb olur. Bu isə depressiyanın inkişafına gətirib çıxarda bilər.

Bu xəstəliklər irsən ötürülür. Çox vacib bilgilər!Müasir tibdə belə hesab olunur ki, irsiyyət insanın sağlamlığına çox b...
30/05/2020

Bu xəstəliklər irsən ötürülür. Çox vacib bilgilər!

Müasir tibdə belə hesab olunur ki, irsiyyət insanın sağlamlığına çox böyük təsir edir.

Bu mövzuda olan araşdırmalar bütün dünyada aparılır və alimlər hər dəfə irsiyyətin insan sağlamlığına olan təsirini yeni və yeni araşdırmalar nəticəsində sübut edirlər.

Genetiklərin fikirinə görə, qızlarda menstruasiyalar 57% hallarda analarında olan yaşda başlayır. Menopauza (klimaks) da bir çox hallarda anada bu proses başlayan zaman başlayır. Beləliklə, əgər anada erkən menopauza (40 yaşına kimi) olubsa, onun qızında da erkən menopauzanın riski artmış olur.

Alimlər sübut edir ki, miqren xəstəliyi 70-80% hallarda anadan qızına ötürülür.

Döş, yumurtalıqlar və uşaqlıq xərçənginin irsən ötürülməsi də bütün dünyada təsdiq olunub. Araşdırmalar sübut edir ki, bu xərçəng növləri anadan qızına ötürülür (xüsusilə də ana cavan yaşlarda bu xəstəliklərə tutulubsa). Məhz bu səbəbdən bir sıra Avropa ölkələrində və Amerikada "p*s" irsiyyəti olan bəzi qadınlar döş xərçənginin riskini azaltmaq üçün mastektomiya əməliyyatına (süd vəzilərinin xaric edilməsi əməliyyatı) gedir. Belə profilaktikanın nümunəsi dünya şöhrətli Ancelina Colidir. Aktrisanın anası və doğma xalası döş xərçəngindən vəfat ediblər.

Köklük də genetik olaraq valideynlərdən uşaqlarına ötürülür. Alimlər sübut edir ki, valideynləri kök olan insanda köklük və piylənmənin riski 70% artır.

Ürək-damar sistemi xəstəlikləri valideynlərdən uşaqlara ötürülə bilər (xüsusilə bu xəstəliklər valideynlərdə cavan yaşlarda inkişaf edibsə). Varikoz xəstəliyi bir çox hallarda anadan qızına ötürülür. Bunun səbəbi irsən keçən damar divarlarının zəif olmasıdır. İngiltərə alimləri sübut ediblər ki, insult keçirmiş qadının uşaqlarında insultun riski artmış olur.

Şəkərli diabet, bronxial astma, artrit da irsən keçən xəstəliklərdir.

Epilepsiya, şizofreniya, ağır depressiyalar kimi sinir sistemi xəstəlikləri bir çox hallarda irsən ötürülür.

Maraqlıdır ki, hətta alkoqolizm (içki düşkünlüyü) irsən valideynlərdən uşaqlara ötürülür.

Hər bir insan onun yaxın qohumlarında olan xəstəlikləri və pozulmaları haqqında bilməlidir. Bu çox vacibdir! Bu halda insan öz "zəif" tərəflərini bilir və öz sağlamlığına qarşı daha diqqətli olur.

Düzgün qidalanma, fiziki aktivlik, p*s vərdişlərdən imtina, profilaktik müayinələr kimi sadə tədbirlər insanı bir çox, o cümlədə, irsən keçən xəstəliklərin inkişafından qoruya bilər.

Varikoz zamanı türkəçarə vasitələr – alma sirkəsi, zeytun yağı, sarımsaq…Son statistik məlumatlar göstərir ki, dünya üzr...
29/05/2020

Varikoz zamanı türkəçarə vasitələr – alma sirkəsi, zeytun yağı, sarımsaq…

Son statistik məlumatlar göstərir ki, dünya üzrə hər 2-3 qadından birində bu və ya digər formada varikoz xəstəliyi var.

Kosmetik qüsur yaradan və qadınlara geyim seçimində ciddi məhdudiyyətlər qoyan bu xəstəlik inkişaf etdikcə çox ağır fəsadlar verə bilir.



Ən ağır belə fəsadlardan biri ağciyər arteriyasının tromboemboliyasıdır ki, xəstə damarda əmələ gələn tromb qan axını ilə ağciyər arteriyasına düşərək onu bağlayır və bu da bəzi hallarda hətta ölümə səbəb ola bilər.

Bunları nəzərə alaraq varikozun ilk simptomlarında (ayaqlarda ağırlıq, ağrılar, şişkinlik, damarların qabarması) həkim fleboloqa müraciət etmək və xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün lazım olan müalicələr almaq lazımdır.

Ev şəraitində əsas müalicə ilə yanaşı bəzi türkəçarə vasitələrdən də istifadə etmək olar. Lakin nəzərə almaq lazımdır ki, tək bu vasitələrdən istifadə etməklə xəstəliyin inkişafını ləngitmək və fəsadların qarşısını almaq mümkün deyil.

Beləliklə, varikoz xəstəliyi zamanı hansı təbii vasitələr kömək edə bilər?

1. Alma sirkəsi

Alma sirkəsi yerli qan dövranını yaxşılaşdırır, ağrıları və şişkinliyi azaldır. Sirkədə əski isladıb xəstə damarların üzərinə kompress şəklində qoymaq olar.

2. At şabalıdı

Saglamolun.az bildirir ki, yeməli şabalıdın yaxın “qohumu” olan at şabalıdı əsrlər boyu varikoz xəstəliyinin müalicəsində istifadə olunur. At şabalıdı əsasında çoxlu sayda müxtəlif gel və məlhəmlər hazırlanır. At şabalıdı şişkinliyi və ağrıları azaldır, kapilyarları möhkəmləndirir, trombların riskini azaldır.

50 qr at şabalıdının qabıqları götürülür. Üzərinə yarım l araq tökün, 2 həftə ərzində qaranlıq yerdə saxlayın, sonra süzün. Dərman hazırdır. (İstifadə qaydası alma sirkəsində olduğu kimidir).

3. Zeytun yağı

Min dərdə dərman olan zeytun yağı da varikozun müalicəsində istifadə olunur. Yağı bir qədər isidin, xəstə damarlara çəkin, çox yüngül massaj edin.

4. Sarımsaq

1 baş sarımsağı blenderdə əzin, üzərinə 2 x.q. zeytun yağını əlavə edin, qarışdırın, 1 gün saxlayın. Sonra kompreslər üçün istifadə edin.

Bilmədən sağlamlığımızı necə itiririk? Hər gün etdiyimiz SƏHVLƏRBəzi doğru bildiyimiz adi şeylər əslində sağlamlığımıza ...
30/03/2020

Bilmədən sağlamlığımızı necə itiririk? Hər gün etdiyimiz SƏHVLƏR

Bəzi doğru bildiyimiz adi şeylər əslində sağlamlığımıza ziyan vurur.

Bir çox insanlar dişlərini səhv təmizləyir.

Belə ki, hər dəfə yeməkdən dərhal sonra dişlərinizi təmizləyirsinizsə, qidanın tərkibində olan turşular dişlərin daha dərin qatlarına daxil olur ki, bu da kariesin riskini kəskin artırır.



Yeməkdən sonra ağzınızı adi su ilə yaxalayın, ən azı yarım saat gözləyin və yalnız bundan sonra dişlərinizi təmizləyin.

Yataq ağlarını yuyandan sonra ütüləmək ehtiyac yoxdur.

Saglamolun.az bildirir ki, yataq ağlarının ütülənməsi zamanı onların hiqroskopik (nəmi özünə çəkmək) xüsusiyyəti azalır ki, bu da sağlamlıq üçün faydalı hesab edilmir.

Digər tərəfdən təzə ütülənmiş ağlarda nəmlik qalır. Əgər qadın ütülənmədən dərhal sonra ağları dolaba yığırsa bu nəmişliyin və kif göbələklərinin əmələ gəlməsinə səbəb olur. Kif göbələkləri sağlamlığımız üçün çox ziyanlı sayılır və allergiyadan xərçəngə qədər bir çox xəstəliklər və pozulmaların riskini artırır.

Əgər yataq ağlarını ütüləyirsinizsə, onları ütüləyəndən sonra ən azı 1 saat ərzində otaqda açıq şəkildə sərin və yalnız sonra qatlayıb dolaba yerləşdirin.

Səhər saatlarında evin havasını dəyişmək səhvdir.

Evin havasını dəyişmək mütləq lazımdır. Lakin bunu səhər deyil, axşam və gecə saatlarında etmək lazımdır ki, bu vaxt hava daha təmiz olur.

Hər gün çimmək ziyanlıdır.

Əgər siz mədəndə işləmirsinizsə, hər gün çimməyin. Su və müasir aqressiv yuyucu vasitələrin gündəlik təsirindən dərinin təbii qoruyucu funksiyası azalır, dəri daha həssas olur, infeksiyaların riski artır, dəri quruyur, çatlayır, tez qocalır.

Yuxudan duran kimi yatağı yığmaq səhvdir.

Döşək və yastıqlarda allergiyalara səbəb olan toz gənələri yaşayır. Bu gənələr istini və nəmişliyi xoşlayır və belə şəraitdə sürətlə çoxalırlar. Bu səbəbdən səhər oyanan kimi yatağı ən azı 1 saat ərzində havalandırmaq lazımdır ki, gənələr məhv olsun.

Address

Baku
37000

Website

Alerts

Be the first to know and let us send you an email when Hekimler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category