Herba Flora

Herba Flora Sizin sağlamlığınızı düşünərək istehsal edirik Dərdə dərman çiçəklər.. Sizə Sağlamlıq Arzulayırıq!
(242)

✨Dərinizin hamar görünməsi və məsamələrin sıxlaşması üçün evdə hazırlaya biləcəyiniz ən effektiv maska reseptini sizinlə...
28/03/2026

✨Dərinizin hamar görünməsi və məsamələrin sıxlaşması üçün evdə hazırlaya biləcəyiniz ən effektiv maska reseptini sizinlə bölüşürük

İnqredientlər:
3 x/q düyü
2 x/q soyuq süd🥛
1 x/q bal🍯
Düyünü üyüdüb un halına gətirin və digər inqredientlərlə yaxşıca qarışdırın👌

Maskanı üzünüzə bərabər şəkildə çəkdikdən sonra 15 dəqiqə🕒 ərzində üz əzələlərini hərəkət etdirmədən gözləyin. Daha sonra ilıq su ilə yuyun💦

27/03/2026

Saçlarınızın ehtiyacına uyğun doğru qulluq artıq daha asandır❗️

Fitoton şampun seriyası müxtəlif saç problemləri üçün xüsusi hazırlanmış formullara malikdir👌
🍀Təbii bitki ekstraktları ilə zəngin Fitoton şampunları ilə saçlarınıza təbiətin qayğısını bəxş edin

📍Aptek və FitoClublardan əldə edə bilərsiniz

̈zellik

✨Qüds ənginarı kimi tanınan yer alması vitamin, mineral, lif və zülal mənbəyidirİnulinlə zəngindir, prebiotik kimi çıxış...
26/03/2026

✨Qüds ənginarı kimi tanınan yer alması vitamin, mineral, lif və zülal mənbəyidir
İnulinlə zəngindir, prebiotik kimi çıxış edərək bağırsaq sağlamlığını dəstəkləyir, faydalı bakteriyaların inkişafına kömək edərək bağırsaq mikroflorasını qoruyur🛡️
Orqanizmdə xolesterol, triqiliserid səviyyələrini aşağı salır, qanda şəkəri tənzimləyir və arterial təzyiqi🩺 normallaşdırır, ürək-damar xəstəliklərinin qarşısını alır🫀
Bədənin müdafiə mexanizmlərini gücləndirir, immun sistemini möhkəmləndirir
Aclıq hissini azaldır deyə pəhriz saxlayanlar üçün faydalı ola bilər👍
Mineralların sorulması prosesinə kömək edir, bu səbəbdən sümük sıxlığını artıraraq sümükləri möhkəmləndirir
Antioksidant təsiri sayəsində hüceyrələri qoruyur, erkən yaşlanmanın qarşısını alır

🍀Tərkibi itburnu meyvəsi, yemişan meyvəsi, ziyilli tozağacı yarpağı, aptek çobanyastığı çiçəyi, qara gəndalaş çiçəyi, çö...
25/03/2026

🍀Tərkibi itburnu meyvəsi, yemişan meyvəsi, ziyilli tozağacı yarpağı, aptek çobanyastığı çiçəyi, qara gəndalaş çiçəyi, çöl qatırquyruğu otu, adi ardıc meyvəsi ilə zəngin Teamen çayı:

👉 Prostat vəzin qanla təchizatını yaxşılaşdırır
👉 Antioksidant, tonuslandırıcı, iltihab və mikrob əleyhinə təsir göstərir
👉 Spermanın keyfiyyətini, cinsi hüceyrələrin həyat qabiliyyətini artırır

📍Teamen çayını aptek və FitoClublardan əldə edə bilərsiniz

🌼Sarı və narıncı çiçəkləri ilə göz oxşayan gülümbaharın xalq təbabətində yarpaqları, çiçəkləri və kökündən istifadə edil...
24/03/2026

🌼Sarı və narıncı çiçəkləri ilə göz oxşayan gülümbaharın xalq təbabətində yarpaqları, çiçəkləri və kökündən istifadə edilir.
✨Güclü antiseptik, iltihab və mikrob əleyhinə təsirlərə malik gülümbahar, bu xüsusiyyətləri ilə həm dəri problemlərində, həm də bir sıra daxili xəstəliklərdə yüksək effektivliyə malikdir. Həmçinin ağız boşluğu və ginekoloji xəstəliklərdə istifadə edilən bitki, regenerasiyaedici xüsusiyyəti ilə yaraların tez bir zamanda sağalmasına kömək edir💫
Daxilə qəbul edildikdə spazmolitik təsiri ilə mədə-bağırsaq spazmlarını aradan qaldırır, həzmi yaxşılaşdırıır👌

🧡Gülümbahar çiçəyini Herba Flora qablaşmasında aptek və FitoClublardan əldə edə bilərsiniz

🔥Mədədə turşuluğun artması zaman keçdikcə mədənin selikli qişasının zədələnməsinə səbəb ola bilər. Bu vəziyyət özünü məd...
23/03/2026

🔥Mədədə turşuluğun artması zaman keçdikcə mədənin selikli qişasının zədələnməsinə səbəb ola bilər. Bu vəziyyət özünü mədədə qıcqırma və yanma kimi əlamətlərlə göstərir. Bu əlamətləri azaltmağa kömək edə biləcək bəzi faydalı qidaları sizinlə paylaşırıq:

Yulaf
Zəyərək toxumu
Banan🍌
Qaynadılmış kartof🥔
Təzə şirin qatıq
Əməköməci🌸
Teastomin çay

🌾Səməninin şirin dadı - səməni halvası ilə illərin ənənəsini süfrənizin bəzəyinə çevirinİnqredientlər:300 q cücərmiş buğ...
21/03/2026

🌾Səməninin şirin dadı - səməni halvası ilə illərin ənənəsini süfrənizin bəzəyinə çevirin

İnqredientlər:
300 q cücərmiş buğda
300 ml su💧
1 kq 300 q un (yaxşı olar ki, 1-ci növ olsun)
400 qr yağ🧈
200 q xırdalanmış qoz
2 st şəkər tozu
½ st üzüm doşabı🍇
Zövqə görə ədviyyatlar (razyana, hil, istiot, sarıkök, mixək, cirə, darçın, keşniş toxumu, zirə)

Hazırlanması:
✨Cücərtini ətçəkən maşından keçirdikdən sonra üzərinə suyu əlavə edərək qarışdırırıq. Alınan qarışımı tənzifdən keçirib sıxırıq. Əldə etdiyimiz cücərti südü ilə bərk xəmir yoğururuq
Ayrıca qabda 2 stəkan şəkər tozuna 1 stəkan su töküb şərbət hazırlayırıq, üzərinə üzüm doşabını əlavə edib qarışdırırıq👌
Tavaya az-az yağ əlavə edərək xəmiri tavada qarışdıra-qarışdıra rəngi tündləşənədək bişiririk. Bişəndən sonra üzərinə ədviyyatlar, qoz və şərbəti əlavə edib yaxşıca qarışdırırıq.
Və halvanı yumrulayıb forma veririk.
Nuş olsun😋

20/03/2026

🌙Müqəddəs Ramazan bayramı münasibəti ilə hər birinizi təbrik edirik!
Allah tutduğunuz orucları qəbul etsin🕋

☀️Novruzun sevimli şirniyyatı olan şəkərburanın gözəl qoxusunun səbəbi məhz hildir.✨Hil Hindistan, Şri-Lanka və Mərkəzi ...
19/03/2026

☀️Novruzun sevimli şirniyyatı olan şəkərburanın gözəl qoxusunun səbəbi məhz hildir.

✨Hil Hindistan, Şri-Lanka və Mərkəzi Amerikada yetişdirilən zəncəfil ailəsinə aid bir ədviyyatdır.
Qədim Misirdə hil tozu ağız baxımı məhsulu, qədim Yunanıstan və Romada isə ətirlərin tərkib hissəsi kimi istifadə olunurdu.
Mükəmməl ətrə malik hil, sinir sisteminə sakitləşdirici təsir göstərir, yuxuygetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır😴
Hil güclü antioksidantdır, sərbəst radikalları orqanizmdən xaric etməyə kömək edir, antikanserogen təsir göstərir. Həmçinin sidikqovucudur, arterial təzyiqi aşağı salır, ürəyi qoruyur🫀
Həzmi yaxşılaşdırır, ürəkbulanmanı aradan qaldırır, şişkinliyi azaltmağa və qəbizliyin qarşısını almağa kömək edir 💫
Ağızdan xoşagəlməz qoxu zamanı nəfəsi təravətləndirir, iltihab əleyhinə, antibakterial təsiri ilə ağız boşluğundakı bakteriyalarla mübarizə aparır🦠
Hil, həm də afrodiziakdır, cinsi istəyi artırır✔️

Gözəllik və sağlamlıq qaynağı olan 🍎alma sirkəsi antiseptik, göbələk əleyhinə, antibakterial təsirlərə malikdir🦠 Spazmol...
18/03/2026

Gözəllik və sağlamlıq qaynağı olan 🍎alma sirkəsi antiseptik, göbələk əleyhinə, antibakterial təsirlərə malikdir🦠
Spazmolitik təsiri ilə bağırsaq spazmlarını aradan qaldırmağa yardımçı olur, həzmi yaxşılaşdırır, orqanizmi toksinlərdən təmizləyir, xolesterol səviyyəsini aşağı salmağa kömək edir💫

📍Təbii fermentasiya üsulu ilə hazırlanmış Herba Flora istehsalı alma sirkəsini aptek və FitoClublardan əldə edə bilərsiniz

💐Baharın gəlişini müjdələyən, zərif və gözəl çiçəkləri ilə füsunkar təbiətimizə gözəllik qatan Bənövşədən danışmaq istəy...
17/03/2026

💐Baharın gəlişini müjdələyən, zərif və gözəl çiçəkləri ilə füsunkar təbiətimizə gözəllik qatan Bənövşədən danışmaq istəyirəm...

💜Bənövşə həm dekorativ, həm də müalicəvi əhəmiyyətə malik bitkidir. Bitkinin çiçəklərinin bənövşəyi, mavi və ya tünd-bənövşəyi çalarlı olması tərkibində antosian maddələrin mövcudluğu ilə bağlıdır. Bu piqmentlər həmçinin arılar🐝 və digər tozlandırıcılar üçün vizual cəlbedici siqnal rolunu oynayır.
🪻Tərkibi karotinoidlər, saponinlər, üzvi turşular, efir yağları ilə zəngin bənövşə, bəlğəmgətirici və antihistamin təsiri sayəsində tənəffüs yolu xəstəliklərində yüksək effektivlik göstərir, qıcıqlanmanı azaldır, öskürəkdən tez bir zamanda qurtulmağa yardımçı olur 👌
Antiallergik təsir göstərdiyi üçün uşaqlarda allergik dermatitlər, eksudativ-kataral diatez, seboreya zamanı dəri səthinə islatma şəklində də tətbiq olunur ✔
Həmçinin sinir sistemini sakitləşdirir, antiseptik, iltihab əleyhinə, spazmolitik effekt verir ✨

📍Bənövşə otunu Herba Flora qablaşmasında aptek və FitoClublardan əldə edə bilərsiniz

🧔‍♂️ Kişilərə özəl olaraq cinsi hüceyrələrin keyfiyyətini yaxşılaşdıran, hormon balansını və reproduktiv sağlamlığı dəst...
16/03/2026

🧔‍♂️ Kişilərə özəl olaraq cinsi hüceyrələrin keyfiyyətini yaxşılaşdıran, hormon balansını və reproduktiv sağlamlığı dəstəkləyən qidaları araşdırdıq və sizlərlə paylaşırıq:

Balqabaq toxumu – kişi hormonlarını dəstəkləyir
🥜Qoz – Omega-3 ilə zəngindir, spermatozoidlərin hərəkətliliyini artırır
🍫Tünd şokolad – antioksidantdır, spermatozoidlərin keyfiyyətini yaxşılaşdırır
🫚Jenşen – cinsi istəyi artırır, orqanizmi enerji ilə təmin edir
Motmotu – vitamin C ilə zəngindir, cinsi hüceyrələrin əmələ gəlməsini stimulyasiya edir
Noxud – kişi reproduktiv sağlamlığı üçün faydalıdır
🥬İspanaq - spermatozoidlərin inkişafını dəstəkləyir

̈zellik

Address

Abşeron Rayonu, Qobu Qəsəbəsi, Güzdək Yolunun üstü
Baku
AZ1040

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994124475704

Alerts

Be the first to know and let us send you an email when Herba Flora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Herba Flora:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Sizə Sağlamlıq Arzulayırıq!

Dərdə dərman çiçəklər..