MD. PhD, Ürək-Damar Cərrahı Azər Abdullayev

MD. PhD, Ürək-Damar Cərrahı Azər Abdullayev Başlıca məqsədimiz, Pasientlərimizə, Ürək-damar xəstəlikləri haqqında ətraflı məlumat vermək, müayinə və effektiv müalicə metodları tətbiq etməkdir.

Əziz facebook İstifadəçilərimiz !!! Bizim başlıca Məqsədimiz, Müasir dövrdə ən aktual sağlamlıq problemləri sırasında olan ürək-damar xəstəlikləri haqqında, sizlərə ətraflı məlumat vermək, eyni zamanda pasientlərimizə düzgün ,müasir, ən son tibbi texnologiyalara uyğun müayinə və müalicə tətbiq etməkdir.

Varikoz əməliyyatınız istədiyiniz nəticəni verməyibsə, narahat olmayın. Tərəfimizdən təkrar əməliyyatlar müasir minimal ...
05/12/2025

Varikoz əməliyyatınız istədiyiniz nəticəni verməyibsə, narahat olmayın. Tərəfimizdən təkrar əməliyyatlar müasir minimal invaziv üsullarla təhlükəsiz və effektiv aparılır.

Uğursuz əməliyyatdan sonra damar tamamilə bağlanmaya bilər, yeni damarlar şişə bilər və ya əksəri hallarda təkrar əməliyyat lazım ola bilər.

Təkrar əməliyyat necə aparılır?
🔻 Minimal invaziv üsullar (lazer, radiofrekans) üstünlük təşkil edir
🔻 Əvvəlki əməliyyatın səbəbləri diqqətlə araşdırılır
🔻 Risk və fayda balansı qiymətləndirilir

Təkrar əməliyyat riskli deyil, amma səbəbləri düzgün müəyyən edilməlidir. Erkən müdaxilə komplikasiyaları azaldır və nəticəni artırır.

📱 +994 70 202 07 37
📱 +994 55 850 54 31
📍 Ünvan: Medistyle Hospital

03/12/2025

Onkoloji xəstələrə daha effektiv müalicə üçün cərrahi müdaxilə ilə yanaşı kimyaterapiya aparılır. Kimyaterapiya damar daxili kimyəvi dərman preparatlarının yeridilməsidir. Lakin uzun müddətli kimyaterapiya olan xəstələr bir sıra problemlərlə üzləşə bilir. Ən çox rast gəldiyimiz problemlər periferik venoz damarların flebiti və tromboflebitidir. Bu probelmlərin qarşısını almaq üçün kimyaterapiya alan xəstələrə xüsusi portlar qoyulması tövsiyyə olunur.

Portun üstünlükləri:
🔻 Port tamamilə dəri altında qalaraq estetik baxımdan əlverişlidir.
🔻 Xəstəyə diskomfort yaratmır
🔻 Qan almaq və ya digər proseslər üçün damarlar dəfələrlə incidilmir
🔻 Uzun müddət kimyaterapiya almamasını dəstəkləyir
🔻 Onkoloji xəstələrdə analiz tələb olunan zaman xəstəni incitmədən portdan qan alma imkanı verir.

📱 +994 70 202 07 37
📱 +994 55 850 54 31
📍 Ünvan: Medistyle Hospital

Əziz Qubalılar və şimal zonasının sakinləri!📢 6 Dekabr tarixində Quba şəhəri Mediaz Klinikasında pasiyent qəbulu həyata ...
02/12/2025

Əziz Qubalılar və şimal zonasının sakinləri!

📢 6 Dekabr tarixində Quba şəhəri Mediaz Klinikasında pasiyent qəbulu həyata keçiriləcəkdir.

Əgər ürək-damar xəstəliklərindən şikayətiniz varsa, buyurub müraciət edə bilərsiniz.

Tərəfimizdən bütün növ damar xəstəliklərinin müasir üsullarla müayinə və müalicəsi həyata keçirilir.eçirilir.

Müalicə etdiyimiz xəstəliklər:
🔻Ürək-damar çatışmazlığı
🔻Aorta patologiyası
🔻Periferik damarların aterosklerozu
🔻Aşağı ətraf venoz damar çatışmazlığı
🔻Damarların varikoz genişlənməsi
🔻Limfostaz (Fil xəstəliyi)
🔻Diabetik pəncələr (trofiki xoralar)

Həyata keçirdiyimiz əməliyyatlar:
🔻Endovenoz Radiofrekans Ablasiya (qapalı damar əməliyyatı)
🔻Flebektomiya
🔻Skleroterapiya
🔻Aorta anevrizması
🔻Aşağı ətraf arteriyaların şuntlanması
🔻Arteria-venoz fistula
🔻Aota-koronar şuntlanma
🔻Trombektomiya aşağı ətraf
🔻Karotid endarteriaektomiya
🔻Limfa-venoz anastomoz
🔻Kimyaterapiya üçün portun taxılması

Əlaqə nömrələri:
📱 +994 55 850 54 31
📱 +994 70 202 07 37
📍 Ünvan: Quba şəhəri, Qələbə 26

Yüksək təzyiq illərlə heç bir simptom vermədən ürək-damar sisteminə zərər vurur.🔻 Qan damarlarının divarını sərtləşdirir...
01/12/2025

Yüksək təzyiq illərlə heç bir simptom vermədən ürək-damar sisteminə zərər vurur.
🔻 Qan damarlarının divarını sərtləşdirir, daraldır.
🔻 Ürəyin oksigen tələbatını artırır.
🔻 Aterosklerozun inkişafını sürətləndirir.
🔻 Gecikmiş müdaxilə ağır fəsadlara səbəb ola bilər.

Nəzarətsiz hipertenziya uzunmüddətli dövrdə ürək çatışmazlığı, infarkt və insult riskini xeyli yüksəldir.

Nə etməli?
🔻 Təzyiqi evdə mütəmadi ölçün.
🔻 Duz istifadəsini minimuma endirin.
🔻 Gündəlik 30 dəqiqə yüngül fiziki aktivlik edin.
🔻 Həkim məsləhəti olmadan dərmanları dəyişməyin və ya dayandırmayın.
🔻 İllik ürək-damar müayinələrini gecikdirməyin.

Normal görünən gündəlik təzyiq dəyişkənlikləri belə ürək üçün risk yarada bilər. Vaxtında tədbir alın!

📱 +994 70 202 07 37
📱 +994 55 850 54 31
📍 Ünvan: Medistyle Hospital

Şəkər xəstəliyi (diabet) yalnız qan şəkərini yüksəltmir, həm də damar sağlamlığına ciddi təsir göstərir. Uzun müddət yük...
28/11/2025

Şəkər xəstəliyi (diabet) yalnız qan şəkərini yüksəltmir, həm də damar sağlamlığına ciddi təsir göstərir. Uzun müddət yüksək şəkər səviyyəsi damar divarlarını zədələyir, elastikliyini azaldır və qan dövranını çətinləşdirir. Bu proses damar tıxanıqlığı (arterial və venoz) riskini artırır.

Belə hallarda minimal invaziv və rahat balon diletasiyası ilə damar problemlərinizdən azad olun.

Balon diletasiyası nədir?
🔻 Minimal invaziv prosedurdur və tıxanmış damarları genişləndirir.
🔻 Lokal anesteziya altında aparılır, xəstə rahatdır və ağrı minimaldır.
🔻 Damar içindəki qan axını bərpa olunur, ayaqların və ürəyin qan dövranı yaxşılaşır.

Niyə vacibdir?
🔻 Şəkər xəstələrində damar tıxanıqlığı tromb və qan dövranı pozulması riskini artırır.
🔻 Balon diletasiyası fəsadların qarşısını alır və həyat keyfiyyətini yüksəldir.

📱 +994 70 202 07 37
📱 +994 55 850 54 31
📍 Ünvan: Medistyle Hospital

26/11/2025

Doppler müayinə vasitəsilə damar genişlənməsi, qanın geri axını, tromb və digər struktur dəyişikliklər erkən mərhələdə aşkarlanır. Bu, həm müalicə seçimlərini optimallaşdırır, həm də ciddi fəsadların qarşısını alır.

Kimlər Doppler müayinədən keçməlidir?
🔻 Ayaqlarında varikoz və ya damar genişlənməsi olanlar: Varikoz damarlar yalnız estetik problem deyil, qan dövranını pozaraq tromb riskini artırır.
🔻 Ürək-damar xəstəlikləri riski yüksək olanlar: Hipertoniya, yüksək xolesterol, diabet kimi xəstəliklər damar tutulması riskini yüksəldir.
🔻 Uzun müddət oturaqlı və ya ayaqüstə işləyənlər: Hərəkətsizlik və ya uzun müddət ayaqda qalmaq venoz qan axınını çətinləşdirir.
🔻 50 yaşdan yuxarı şəxslər: Yaşla birlikdə damar divarlarının elastikliyi azalır, varikoz və tromb riski artır.
🔻 Damar tutulması riski olanlar: Əvvəlki tromboloji hadisələr, ailəvi damar problemləri və hormonal faktorlar risk yaradır.

📱 +994 70 202 07 37
📱 +994 55 850 54 31
📍 Ünvan: Medistyle Hospital

Müasir varikoz damar müalicəsində Endovenoz Lazer Ablasiyası (EVLA) minimal invaziv və effektiv üsuldur. Xəstələr prosed...
24/11/2025

Müasir varikoz damar müalicəsində Endovenoz Lazer Ablasiyası (EVLA) minimal invaziv və effektiv üsuldur. Xəstələr proseduru ağrısız və rahat keçirir.

🔻 Prosedur yerli anesteziya altında aparılır, buna görə xəstələr ağrı hiss etmirlər.
🔻 Lazer enerjisi zədələnmiş damarları bağlayır, qan dövranı normal axına qayıdır.
🔻 Müalicədən sonra kiçik bir yüngül həssaslıq ola bilər, lakin adətən bir neçə gün ərzində keçir.
🔻 Ayaqları yuxarıda saxlamaq və kompresiya corablarının istifadəsi bərpanı sürətləndirir.

Müasir lazer müalicəsi xəstələr üçün təhlükəsiz və effektivdir. Ağrı minimaldır, bərpa sürətlidir və həyat keyfiyyətiniz qısa zamanda bərpa olunur.

📱 +994 70 202 07 37
📱 +994 55 850 54 31
📍 Ünvan: Medistyle Hospital

Varikoz hər fəsildə müalicə oluna bilər amma onun ən effektiv müalicə vaxtı soyuq mövsümdür. Payız–qış ayları müalicə üç...
21/11/2025

Varikoz hər fəsildə müalicə oluna bilər amma onun ən effektiv müalicə vaxtı soyuq mövsümdür. Payız–qış ayları müalicə üçün ideal hesab edilir və bunun tibbi səbəbləri var.

🔻 Soyuq hava damarları daraldır, şikayətlər azalır, müalicə daha effektiv olur.
🔻 Kompressiya corabları bu aylarda həm daha rahat geyilir, həm də təsiri artır.
🔻 Skleroterapiya sonrası ola biləcək qızartı və göyərmələri qapalı geyimlə gizlətmək daha asandır.
🔻 Günəşə məhdudiyyət tələb edən prosedurları qışda etmək daha təhlükəsizdir.
🔻 Payız–qışda müalicə olunan damarlar yaya qədər tam sağalır — daha yüngül və estetik ayaqlarla mövsümə başlamaq olur.

📱 +994 70 202 07 37
📱 +994 55 850 54 31
📍 Ünvan: Medistyle Hospital

19/11/2025

Ayaqlarınız günün sonunda şişir və yorğun hiss edirsiniz?

Bu sadə görünən problem bəzən ciddi damar xəstəliklərinin ilk siqnalı ola bilər!

🔻 Venoz çatışmazlıq (varikozun əsas səbəbi)
Damar qapaqları zəifləyəndə qan ayaqlarda yığılır. Bu isə axşama doğru şişkinlik, ağırlıq və gərginlik yaradır.
🔻 Uzun müddət oturmaq və ya ayaq üstə qalmaq
Hərəkətsizlik venalarda qan dövranını yavaşladır. Ofis işçiləri və uzun məsafə sürücülərində çox rast gəlinir.
🔻 Duzun çox qəbulu
Bədəndə suyun saxlanmasına səbəb olur — nəticədə ayaqlarda və topuqlarda şiş yaranır.
🔻 Hamiləlik
Artan təzyiq və hormonal dəyişikliklər venoz axını çətinləşdirir, buna görə hamilələrdə şişkinlik daha tez görünür.
🔻 Ürək, böyrək və qaraciyər problemləri
Bu orqanların fəaliyyətində pozulma bədəndə maye tutulmasına və ayaqlarda davamlı şişə səbəb ola bilər.
🔻 Damar iltihabı və ya tromboz
Şişkinlik tək bir ayaqda, ağrı və qızartı ilə birlikdədirsə — bu təcili vəziyyətdir və həkim müdaxiləsi tələb edir.

📱 +994 70 202 07 37
📱 +994 55 850 54 31
📍 Ünvan: Medistyle Hospital

Ayaqlarda yaranan ağrılar bəzən sadəcə yorğunluqla bağlı olmur — bu, daha ciddi problemlərin ilkin siqnalı ola bilər.Ən ...
17/11/2025

Ayaqlarda yaranan ağrılar bəzən sadəcə yorğunluqla bağlı olmur — bu, daha ciddi problemlərin ilkin siqnalı ola bilər.

Ən çox rast gəlinən səbəblər:
🔻 Bel nahiyəsinin osteoxondrozu (onurğa problemləri)
🔻 Oynaq xəstəlikləri və düzdabanlıq
🔻 Damarların varikoz genişlənməsi
🔻 Aşağı ətraf arteriya xəstəlikləri
🔻 Dərialtı və dərin damarların trombozu (damar tutulması)
🔻 Periferik damar xəstəlikləri
🔻 Zədələnmələr və hematomalar

Əgər ayaqlarınızda davamlı ağrı, şişkinlik, ağırlıq hissi varsa - bu siqnallara laqeyd yanaşmayın.

📱 +994 70 202 07 37
📱 +994 55 850 54 31
📍 Ünvan: Medistyle Hospital

Ürək damarlarının tıxanması ciddi, bəzən həyati təhlükə yaradan bir vəziyyətdir.Bu problem iki əsas metodla aradan qaldı...
14/11/2025

Ürək damarlarının tıxanması ciddi, bəzən həyati təhlükə yaradan bir vəziyyətdir.
Bu problem iki əsas metodla aradan qaldırıla bilər:
🔻 Dərman müalicəsi:
Laxtalanmanın qarşısını alan və qanı duruldan dərmanlar damar yolu ilə verilir.
Bu üsul, təcili angioqrafiya laboratoriyası və ixtisaslaşmış komanda olmayan hallarda istifadə edilir. Effektivliyi məhduddur, amma həyati əhəmiyyət daşıyır.
🔻 Angioqrafiya və stent tətbiqi:
Ən effektiv və nəticə verən müalicə üsuludur.
Qasıq və ya bilək nahiyəsindən daxil edilən kateter vasitəsilə ürək damarlarına girilir.

Tıxanmış damar müəyyən edilərək balonla açılır və təkrar tıxanmanın qarşısını almaq üçün stent yerləşdirilir.

Bu prosedur sayəsində ürək əzələsinin qanlanması bərpa olunur və ürək funksiyalarının pozulma riski əhəmiyyətli dərəcədə azalır.

📱 +994 70 202 07 37
📱 +994 55 850 54 31
📍 Ünvan: Medistyle Hospital

12/11/2025

Damarlarda qan dövranını yaxşılaşdırmaq, varikozun qarşısını almaq və ayaqlarda yüngüllük hissi yaratmaq üçün gündə cəmi bir neçə dəqiqə kifayətdir.

Ayaqlar üçün ən faydalı 6 sadə hərəkət:
🔻 Barmaq uclarına qalxın, sonra enin – gündə 15-20 dəfə təkrarlayın.
🔻 Ayaqları dairəvi hərəkətlə fırladın – oturarkən hər iki istiqamətə 10 dəfə.
🔻 Velosiped hərəkəti edin – uzanın və ayaqlarınızı havada “velosiped çevirirmiş” kimi hərəkət etdirin.
🔻 Ayaqları növbə ilə yuxarı qaldırın – hər ayaq üçün 10-15 dəfə.
🔻 Ayaq biləklərinizi hərəkət etdirin – yuxarı-aşağı və dairəvi şəkildə.
🔻 Hər bir saatdan bir qalxıb bir az gəzin – 5 dəqiqəlik gəzinti belə damar sağlamlığını qoruyur.

Bu hərəkətlər qan dövranını aktivləşdirir, damar gərginliyini azaldır və varikoz riskini minimuma endirir.

📱 +994 70 202 07 37
📱 +994 55 850 54 31
📍 Ünvan: Medistyle Hospital

Address

Medistyle Hospital
Baku
1001

Alerts

Be the first to know and let us send you an email when MD. PhD, Ürək-Damar Cərrahı Azər Abdullayev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to MD. PhD, Ürək-Damar Cərrahı Azər Abdullayev:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category