07/10/2025
- Pantoprazol (Pantap) və bu qrupdan olan digər dərmanların ilkin müalicə kursu 3 aya kimi təyin oluna bilər.Bundan sonra isə ehtiyac olduqda içilməlidir.(2 gündən,3 gündən bir,şikayət olduqda və s..). Əvvəlki xəstəlik təkrarlanarsa isə yenidən kurs müalicə təyin oluna bilər.
- Bu dərmanlar uzun zaman (İllərlə) içilərsə,
bəzi problemlər,yan təsirlər yarada bilər:
• Fundik gland polipləri (Mədədə riskli olmayan hiperplastik poliplər)
• Osteoporoz ("Sümük əriməsi" )
• B12 vitamini defisiti
• Nəbz artışı (ürəkdöyünmə)
• Qaraciyər və böyrək funksiyasının pozulması və s..
- Bu qrup dərmanların Canser
(Onkoloji xəstəlik) yaratması barədə sübut olunmuş dəlillər yoxdur.