Mehri Həsənova

Mehri Həsənova Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mehri Həsənova, Doctor, Baku.

Diabetik neyropatiya nədir?(Ətraflarda olan neyropatiya)Ayaqlarda diabetə bağlı əmələ gələn sinir (neyropatiya) və damar...
08/07/2019

Diabetik neyropatiya nədir?(Ətraflarda olan neyropatiya)
Ayaqlarda diabetə bağlı əmələ gələn sinir (neyropatiya) və damar (angiopatiya) zədələnmələri.
Aşağı ətrafların diabetik neyropatiyası şəkərli diabet səbəbiylə ayağın sinir sistemi funksiyanın pozulması nəticəsində ortaya çıxan kliniki əlamətlərlə və ya bəzən əlamətsiz özünü göstərən diabetin xroniki ağırlaşmasıdır.
📌Ayaqlardakı neyropatiyanın əlamətləri:
Ayaqda ağrı, toxunma və temperatur (isti-soyuq) hissinin azalması və ya tamamilə itməsi. -Sümüklərdə hiss edilən zoqquldayıcı dərin ağrı. Ağrı əsasən gecələr olur.
-Ayaqarda, xüsusilə pəncədə və barmaq uclarında keyimə, yanma, qarışqa gəzməsi, iynə batırılması, elektrik vurması kimi hissiyatlar.
-Toxunma duyğusundakı anormal dəyişikliklər (məsələn, xəstə adi toxunmanı ağrı kimi hiss edir).
-Ayaqlarda gücsüzlük, yorğunluq.
-Əzələlərdə “arıqlama”.
-Ayaq dərisində, xüsususilə də dabanda quruma, çatlar .
-Ayaqda şəkil dəyişiklikləri-deformasiyalar.
-Bəzən asimptomatikdir, yəni heç bir əlamətlər olmur.
📱051 750 00 61

Hiperprolaktinemiya - müxtəlif səbəblərdən qanda prolaktinin miqdarının artması ilə müşahidə olunan endokrin sindromdur....
05/07/2019

Hiperprolaktinemiya - müxtəlif səbəblərdən qanda prolaktinin miqdarının artması ilə müşahidə olunan endokrin sindromdur. Hiperprolaktinemiya bugünkü gündə qadın və kişi sonsuzluğunun əsas səbəblərindən biridir.
Qanda prolaktin hormonunun normadan artıq olması həm başqa patologiyaların simptomu kimi özünü biruzə verə bilər, həm də müstəqil nozoloji vahid olaraq aşkarlana bilər. Əksər hallarda hiperprolaktinemik hipoqonadizmin yaranması hipofizin mutasiya nəticəsində birincili zədələnməsi ilə əlaqədardır.
♦Ən çox rast gəlinən simptomlar bunlardır:
-Sonsuzluq.
-Menstrual tsiklin pozulması/menstruasiyanın tam kəsilməsi. -Libidonun zəifləməsi.
-Ereksiyanın zəifləməsi.
-Qalaktoreya.
-Çəkinin artması.
-Depressiya.
-Baş ağrıları və kranial sinirlərin iflici (hipofizdə şiş olduğu halda).

📱051 750 00 61

Hipofiz xəstəlikləri:Hipofiz – endokrin sistemin əsas vəzisidir. Hipofiz hormonları bütün endokrin orqanların fəaliyyəti...
04/07/2019

Hipofiz xəstəlikləri:
Hipofiz – endokrin sistemin əsas vəzisidir. Hipofiz hormonları bütün endokrin orqanların fəaliyyətinə təsir edir , eləcə də müstəqil olaraq bədən funksiyalarını birbaşa tənzimləyir.
Hipofiz hormonlarının artıqlığı və ya çatışmamazlığı ciddi xəstəliklərə gətirib çıxardır.
Hipofiz vəzi əsas sümüyün türk yəhəri çuxurunda yerləşir.
♦Hipofizar hormon çatışmamazlığının nəticələri :
-Cinsi inkişafın ləngiməsi və cinsi istəyin olmaması-
follikulstimulaşdırıcı və lüteinləşdirici hormonların ( cinsi hormonların ifrazını stimulə edən hormonlar ) defisiti
-İkincili hipotireoz- qalxanabənzər vəz hormonlarının defisiti
-Hipopituitarizm – bütün hipofiz hormonlarının defisiti

📱051 750 00 61

Hestasion diabet – şəkərli diabetin hamiləlik dövründə hormonal disbalans nəticəsində yaranan xüsusi formasıdır. Patolog...
03/07/2019

Hestasion diabet – şəkərli diabetin hamiləlik dövründə hormonal disbalans nəticəsində yaranan xüsusi formasıdır. Patologiyanın əsas əlaməti qida qəbulundan sonra qlükozanın qanda miqdarının artması, acqarına isə bu göstəricinin normada olması sayılır. Hestasion diabet anadangəlmə ürək və baş beyin anomaliyalarına səbəb olduğundan döl üçün təhlükəli hesab olunur. Xəstəliyin erkən aşkar olunması məqsədilə hestasiyanın 24-28-ci həftələrində qlükozaya qarşı tolerantliq testi aparılmalıdır. Hestasion diabetin müalicəsi pəhriz, əmək və istirahət rejiminə riayət olunmasından ibarətdir. Ağır hallarda insulinoterapiya təyin olunur.
♦Hestasion diabet və ya hamilələrin diabeti – qadınlarda insulinorezistentlik (hüceyrələrin insulinə qarşı həssaslığının pozulması) fonunda karbohidrat mübadiləsinin pozulması nəticəsində yaranan xəstəlikdir. Bu patologiyaya hamilə qadınların 3-4%-də rast gəlinir. Qanda qlükozanın səviyyəsinin birincili yüksəlməsi əksər hallarda 18 yaşdan kiçik və 30 yaşdan böyük qadınlarda qeyd olunur. Hestasion diabetin ilkin əlamətləri adətən II-III trimestrdə yaranır və doğuşdan sonra öz-özünə itir.

📱051 750 00 61

Diffuz eutireoid zob – qalxanabənzər vəzinin kompensator hipertrofiya və hiperplaziyasıdır. Bu zaman onun fəaliyyətində ...
02/07/2019

Diffuz eutireoid zob – qalxanabənzər vəzinin kompensator hipertrofiya və hiperplaziyasıdır. Bu zaman onun fəaliyyətində heç bir pozğunluq müşahidə edilmir. Diffuz eutireoid zob klinik təzahürlərə malik olmur; qalxanabənzər vəzinin kifayət qədər böyüdüyü hallarda boyun nahiyəsində təzyiq hissi və kosmetik qüsur yarana bilər. Diffuz eutireoid zobun diaqnostikası vəzinin palpasiyası, USM, sintiqrafiya, punksion biopsiyanın aparılması, TTH səviyyəsinin təyinindən ibarətdir. Patologiyanın ifadə dərəcəsindən asılı olaraq, yod preparatları, levotiroksinlə supressiv terapiya, radioaktiv yodla müalicə təyin edilir.
♦Diffuz eutireoid zob – qalxanabənzər vəzinin funksional aktivliyinin dəyişilmədiyi halda onun həcminin artması (kişilərdə 25ml>, qadınlarda isə 18ml>) ilə xarakterizə olunan patologiyadır. Diffuz eutireoid zob zamanı qalxanabənzər vəzinin böyüməsi kompensator xarakter daşıyaraq, orqanizmdə tireoid hormonların lazımi səviyyədə saxlanılmasına yönəlir. Patologiya qalxanabənzər vəzinin palpasiya olunan və/və ya gözlə görünən böyüməsi ilə səciyyələnir.

📱051 750 00 61

📌Qalxanabənzərətraf vəzilərin adenoması – parathormonun hipersekresiyası və hiperparatireozun təzahürü ilə müşayiət olun...
01/07/2019

📌Qalxanabənzərətraf vəzilərin adenoması – parathormonun hipersekresiyası və hiperparatireozun təzahürü ilə müşayiət olunan qalxanabənzərətraf vəzilərin hormonal-aktiv xoşxassəli şişidir. Patologiya zamanı sümük (osteoporoz, patoloji sınıqlar), böyrək (nefrolitiaz), mədə-bağırsaq (mədə xorası, pankreatit), ürək-damar (arterial hipotoniya) klinik sindromları ilə özünü göstərə bilən hiperkalsiemiya inkişaf edir. Qalxanabənzərətraf vəzilərin adenomasının diaqnostikası laborator analizlər (parathormon, Ca, fosfor, qələvi fosfatazalar, Ca-un sutkalıq ekskresiyasının səviyyəsi müəyyənləşdirilir), rentgenoloji müayinə (ümumi uroqrafiya, sümüklərin rentgenoqrafiyası, densitometriya), radioizotop skanlama, paratiroid vəzilərin USM, MRT və KT-i; selektiv angioqrafiya; materialın sitoloji müayinəsi ilə biopsiyasına əsasən aparılır. Müalicə qalxanabənzərətraf vəzinin adenomalarının ləğv edilməsindən ibarətdir.
♦Qalxanabənzərətraf vəzilərin adenomasının simptomları:
Qalxanabənzərətraf vəzin adenomalarının klinik təzahürləri dəyişkən ola bilər. Bu patologiyanın səbəb olduğu hiperparatireozun böyrək, sümük, ürək-damar, mədə-bağırsaq formaları ayırd edilir.

Tipik ümumi simptomları nasazlıq, iştahasızlıq, arıqlama, ürəkbulanma, qusma, qəbizlik, sümüklərdə diffuz ağrılar, artralgiyalar, əzələ zəifliyindən (xüsusən ətrafların proksimal əzələlərində) ibarətdir. Qalxanabənzərətraf vəzin adenomalarının inkişafı polidipsiya və poliuriya, psixi pozulmalarla (yaddaşın pisləşməsi, depressiya, qıcolmalar, komatoz vəziyyətlər) müşayiət oluna bilər.

https://vektormap.az/?go=company¢er=40.37796064151002,49.80320334434509&city=baku&zoom=17&site_lang=az&company=26065
📱051 750 00 61

Vitamin D başqa cür günəş vitamini adlanır. Demək olar ki, qidaların tərkibində çox az miqdarda olan vitamin D maksimal ...
29/06/2019

Vitamin D başqa cür günəş vitamini adlanır. Demək olar ki, qidaların tərkibində çox az miqdarda olan vitamin D maksimal dozalarda bizim dərimizin gün şüalarının təsirinə maksimal məruz qaldığı zaman ifraz olunur.

Vitamin D defisitinin ən xoşagəlməz fəsadı sümük və oynaqların düzgün inkişaf etməməsi və zəif olmasıdır. Belə fəsadlardan qaçmaq üçün insanlar sağlamlığına, həyatılarına daimi nəzarət etməli və bütün həyatı ərzində diqqətcil olmalıdırlar.
SİMPTOMLARI:
♦Əhvalın dəyişkən olması
♦ Yorğunluq
♦Теz-tez təkrarlanan infeksiyalar
♦ Sümük ağrıları
♦ Əzələlərdə ağrılar
https://vektormap.az/?go=company¢er=40.37796064151002,49.80320334434509&city=baku&zoom=17&site_lang=az&company=26065
📱051 750 00 61

Osteoporoz – sümük toxumasının həcminin azalması ilə müşayiət edilən xəstəlikdir. Bunun nəticəsində xəstəlik zamanı sümü...
28/06/2019

Osteoporoz – sümük toxumasının həcminin azalması ilə müşayiət edilən xəstəlikdir. Bunun nəticəsində xəstəlik zamanı sümüklər daha kövrək olurlar.
Bu isə hətta kiçik zərbə və travmalar nəticəsində onların asanlıqla sınmasına səbəb olur. Qadınlar bu xəstəliyə kişilərdən bir neçə dəfə artıq hallarda düçar olurlar.

Osteoporoz prosesinə onurğa sütunu da daha çox məruz qalır. Fəqərələrdə çoxlu sayda kiçicik sınıqlar əmələ gəlir. Daxildən zədələnməyə məruz qalmış fəqərə onurğa sütununa olan təzyiqə davam gətirməyərək sınır. Onurğa sütununun bu dəyişikliyə uğraması tədricən boyun qısalmasına və onurğanın əyilməsinə səbəb olur. Onurğa sütununun əyilməsi nəticəsində daxili orqanların fəaliyyəti də pisləşir. Belə ki, bu zaman tənəffüsün çətinləşməsi, onurğa beynindən çıxaraq qabırğaların arası ilə gedən sinirlərin sıxılması nəticəsində belin aşağı hissəsində və ürək nahiyəsində baş verən ağrılar, mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulması və digər bu kimi əlamətlər yaranmış olur.

📱051 750 00 61

Hipertireoz (Zəhərli Zob) – qalxanabənzər vəzinin xəstəliyi olub qanda tireoid hormonlarının miqdarının artması ilə xara...
27/06/2019

Hipertireoz (Zəhərli Zob) – qalxanabənzər vəzinin xəstəliyi olub qanda tireoid hormonlarının miqdarının artması ilə xarakterizə olunur. Bir çox hallarda buna səbəb diffuz toksiki zob (Bazedov-Qreyvs xəstəliyi) və qalxanabənzər vəzinin funksional avtonomiya xəstəliyidir (toksiki adenoma, çoxlu düyünlü toksiki zob). Bu xəstəliklər zamanı qalxanabənzər vəzidə çoxlu miqdarda tiroksin (T4) və triyodtironin (T3) hormonları əmələ gəlir ki, bu da zülal və lipid mübadiləsinin, ürək-damar və sinir sisteminin funksiyalarının pozulmasına gətirib çıxarır.
♦Hipertireozun kliniki göstəriciləri :
- Saçların tökülməsi
- Gözlərin bərəlməsi
- Taxikardiya (ürək döyüntülərinin tezləşməsi)
- Əllərdə tremor (əsmə)
- Qalxanabənzər vəzinin böyüməsi
- Boğulma
- Təngnəfəslik
- Çəkinin azalması
- İştahanın artması
- Tərləmənin artması
- Əsəbilik
- Əhval ruhiyyə dəyişkənliyi
- Yuxu pozğunluğu

📱051 750 00 61

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr günüdür. Bu mötəbər gündə hərbi qulluqçularımıza uğurlar arzu edir...
26/06/2019

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr günüdür. Bu mötəbər gündə hərbi qulluqçularımıza uğurlar arzu edir, möhkəm və əzmkar olmalarını diləyirik

Piylənmə – dərialtı qatda, orqan və toxumalarda piy toxumasının həddindən artıq toplanması ilə xarakterizə olunur. Piy y...
25/06/2019

Piylənmə – dərialtı qatda, orqan və toxumalarda piy toxumasının həddindən artıq toplanması ilə xarakterizə olunur. Piy yığıntıları hesabına bədən kütləsi orta göstəricilərlə müqayisədə 20% və daha çox yüksəlir. Piylənmə psixo-fiziki diskomfort törədir, cinsi pozğunluqlara, onurğa və oynaq xəstəliklərinə səbəb olur. Ateroskleroz, ürəyin işemik xəstəliyi, hipertoniya, miokard infarktı, insult, şəkərli diabet, böyrək və qaraciyər zədələnmələrinin inkişaf riskini, eləcə də bu xəstəliklərdən əlillik və ölüm ehtimalını artırır. Piylənmənin müalicəsində pəhriz, fiziki yüklənmə və pasiyentin psixoloji vəziyyətinin korreksiyası müştərək formada aparıldıqda daha yüksək nəticələr əldə edilir.
♦Yaranma səbəbləri:
Piylənmə əksər hallarda orqanizmə qida vasitəsilə daxil olan enerji ilə onun sərfi arasındakı disbalans nəticəsində əmələ gəlir. Artıq kalori piyə çevrilərək, depo şəklində dərialtı qat, piylik, qarın divarı və daxili orqanlarda toplanır. Piy ehtiyatlarının artması bədən kütləsinin yüksəlməsinə və bir çox sistemlərin fəaliyyətinin pozulmasına gətirib çıxarır. Piylənmə hallarının 90%-i izafi qida qəbulu, 5%-i isə metabolik pozğunluqlarla bağlı olur.
♦Piylənmənin əlamətləri:
Piylənmənin spesifik əlaməti artıq bədən çəkisidir. Piy yığıntılarına çiyin, qarın, kürək, bud və çanaq nahiyəsində, eləcə də gövdənin yan hissələrində rast gəlinir. Pasiyentlərdə əzələ sisteminin zəifliyi nəzərə çarpır. Xəstənin xarici görünüşündə dəyişikliklər baş verir: buxaq formalaşır, psevdoginekomastiya inkişaf edir, qarın nahiyəsindəki piy büküşləri önlük şəklində sallanır, bud qalife formasını alır. Göbək və qasıq yırtıqları xarakterikdir.

📱051 750 00 61

Qalxanabənzər vəzin adenoması — sərbəst böyümə və funksiyaları ilə xarakterizə olunan, tireoidin epitelisindən inkişaf e...
24/06/2019

Qalxanabənzər vəzin adenoması — sərbəst böyümə və funksiyaları ilə xarakterizə olunan, tireoidin epitelisindən inkişaf etmiş şərti xoşxassəli şişdir. Endokrinologiyada qalxanabənzər vəzin adenomalarının payına tireoidin bütün düyünlü törəmələrinin 45-75%-i düşür. Şişə qadınlarda 4 dəfə çox rast gəlinir; adenomalı pasiyentlərin orta yaş həddi 45-55 yaşdır. Qalxanabənzər vəzin adenoması – tireoid toxumanın düyünlü xoşxassəli törəməsidir. Tireoidin adenomaları simptomsuz gedə və ya hipertireoz əlamətləri (bədən çəkisinin azalması, zəiflik, taxikardiya, tərləmə və s.), boyunda yerləşən üzvlərin kompressiyası ilə təzahür edə bilər.
♦Qalxanabənzər vəzin adenomalarının simptomları:
Qalxanabənzər vəzin funksiyası qorunmamış adenoması uzun müddət simptomsuz gedir və tez-tez endokrinoloqun rutin tibbi müayinəsi və ya qalxanabənzər vəzin USM-i zamanı aşkar olunur. Bu zaman boynun palpasiyasında tireoidin paylarından birində solitar düyünəbənzər törəmə aşkar olunur. Həmin törəmə ağrısız, hərəkətli, bərk və ya yumşaq-elastik olur.

📱051 750 00 61

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Mehri Həsənova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category