Dr. Rəfadar Xəlilov

Dr. Rəfadar Xəlilov Dr.Rəfadar Xəlilov
Oftalmoloq cərrah (Göz həkimi)
Tibb Elmləri Namizədi

30/11/2025

"Gizli gedən çəpgözlük" - maraqlı bir mövzudur. Bəzi insanlarda əslində çəpgözlük var, amma əlamətsiz gedir. Amma hər an ortaya çıxa bilər. Bu barədə məlumat verdim.

Videoya baxın, suallarınız yaranarsa qeyd edin.

Şüşələr təxminən 65-70 mm diametrdə disk formasında olur və onların ən aydın göstərən yeri tam mərkəzidir. Buna "fokus n...
26/11/2025

Şüşələr təxminən 65-70 mm diametrdə disk formasında olur və onların ən aydın göstərən yeri tam mərkəzidir. Buna "fokus nöqtəsi" deyirik.

Eynək hazırlanarkən şüşə çərçivəyə uyğun olaraq yonulur və formaya salınır. Elə edilməlidir ki, şüşələrin fokus nöqtəsi ilə pasiyentin bəbəklərinin ortası üst-üstə düşsün. Əgər belə olarsa, o göz rahat fəaliyyət göstərər, rahat işləyər, yorulmaz və istədiyimiz nəticəni əldə edərik.

Bəzən pasiyent gəlir, görürsən ki, nömrədə problem yoxdur, həmin nömrədir, amma fokus nöqtəsi düzgün yerinə oturdulmayıb. Hətta 1 sm fərqli yerdə (aşağıda, sağda, solda) olan eynəklər görürük.

Bu daha çox eynəyin çərçivəsi qırıldıqda, amma şüşələr salamat qaldıqda olur. Bəzən valideynlər qənaət məqsədilə eyni şüşələri yeni çərçivəyə taxmağa qərar verirlər. Ancaq bir halda çıxan şüşə başqa çərçivəyə taxıla bilər: əgər çərçivələrin kodları eynidirsə!

Eynəklərin hamısının qulplarının kənarında onların kodları var. Ancaq eyni kodlu çərçivəyə başqa bir eynəyin şüşəsi taxıla bilər. Əgər kodlar fərqlidirsə, əvvəlki eynəyin şüşəsi buraya taxılmamalıdır.

Yoxsa pasiyent eynəkdən məmnun qalmır, gözü tez yorulur.

Valideynlərdən ən böyük xahişim budur. Onlar özlərini aldatmasınlar, uşaqlarını zərərə salmasınlar.

19/11/2025

Normalda 100% görən uşaq, amma dərindən müayinə etdikdə gözündə əslində nömrə olduğu aşkarlanır. Deməli beyin, akkomodasiya əzələləri bu nömrəni aradan qaldırmaq, normal görüntü əldə etmək üçün çox çalışırlar. Nəticədə uşaq 100% görür, amma çox yorulur. Bu uşağa kömək üçün həkim eynək yazır. İlk başlarda eynəklə dumanlı görür uşaq. Eynəyi çıxardıqda isə, gözlərdə ani çəpləşmə yaranır. Bunu görən valideynlər panikləyir və eynəyi taxmaqdan imtina edirlər.

Bu mövzuda məlumat verdim. Oxşar hadisəylə qarşılaşmısınızsa açıqlaması böyük ehtimalla budur.

Yəqin ki, yaşlı insanların telefon ekranını yaxşı görmək üçün əli ilə özündən maksimum uzaqlaşdırdığının şahidi olmusunu...
18/11/2025

Yəqin ki, yaşlı insanların telefon ekranını yaxşı görmək üçün əli ilə özündən maksimum uzaqlaşdırdığının şahidi olmusunuz. 40 yaşdan sonra əksər insanlar yaxını yaxşı görə bilmir. Bu problem presbiopiya adlanır.

Bu insanlara yaxın üçün eynək yazılır. Kitab oxuyarkən və ya telefonla, kompüterlə məşğul olarkən yaxın eynəyi rahat görməni təmin edir. Daha qalıcı həll yolu axtaranlar üçün isə, gözdaxili linza (İOL) seçimi var.

10/11/2025

Bəzən çəpgözlük çox bariz məlum olur. Gözün biri düz baxır, digəri isə, başqa istiqamətdə. Bəzən isə, valideynlər hiss etmir uşağın gözlərində çəplik olduğunu. Hətta bəzən çəplik olmadığı halda çəpgözlükdən şübhələnilir.

Çəpgözlüyün olub-olmadığını necə ayırd etmək olur? Bu videoda bu mövzudan danışdım.

Katarakta əməliyyatında gözün artıq bulanmış təbii bülluru çıxarılır, yerinə süni büllur - linza qoyulur.Linzalar müxtəl...
07/11/2025

Katarakta əməliyyatında gözün artıq bulanmış təbii bülluru çıxarılır, yerinə süni büllur - linza qoyulur.

Linzalar müxtəlifdir. Yaxın, orta və uzaq məsafəyə fokuslanmağına görə 3 çeşid linza təklif olunur: tək fokus məsafəli - monofokal, 2 fokus məsafəli - bifokal və 3 fokus məsafəli - trifokal linzalar (ağıllı linza deyirlər).

Adətən xəstələrə monofokal linza implantasiya olunur və onlar uzağı yaxşı görürlər. Yaxın üçün isə, eynək istifadə edirlər.

Aktiv həyat tərzi olan, həm uzaq, həm orta, həm də yaxın məsafəni eynəksiz yaxşı görmək istəyənlər üçün trifokal linzalar çox işə yarayır. Hətta gənc ikən eynək taxanlar artıq eynəksiz də yaxşı görə bilirlər.

Əlbəttə ki, multifokal linzaya neyroadaptasiya prosesi var və pasiyent trifokal linza üçün uyğun namizəd olmalıdır.

29/10/2025

Başqa bir videoda əməliyyatdan əvvəl əyri görmələr və onların əsas səbəbləri haqqında danışmışdım. Bu dəfə onları aradan qaldırma yolları haqqında danışdım.

Videoya baxın, suallarınız yaranarsa qeyd edin.

24/10/2025

Eksimer Lazer əməliyyatlarından biri, son zamanlar “no-touch” adı ilə popularlaşan Fotorefraktiv Keratektomi (Photorefractive keratectomy – PRK) metodudur. Digəri, flepli cərrahiyyə - LASIK metodudur. Başqa metodlar: Femto-LASIK, (flep lezerlə düzəldilir) və SMILE metodudur.

Hər bir əməliyyat metoduna xüsusi göstərişlər var. Hansı metodun seçiləcəyinə müayinələrdən sonra gözün parametrlərinə uyğun olaraq həkim qərar verir.

21/10/2025

Bəzən valideynlər övladlarını müayinəyə gətirirlər: "Doktor, uşaqda çəpgözlük hiss edirik!" Amma yoxladıqda çəpgözlüyün olmadığı ortaya çıxır. Tibbi olaraq çəpgözlük nəyə deyirik? Bu videoda ondan danışdım.

Videoya baxın, suallarınız yaranarsa qeyd edin.

“Qara su” əlamətsiz, gizli gedən xəstəlikdir.Qlaukoma təhlükəli xəstəlikdir! Qlaukoma sinsi xəstəlikdir! Qlaukomanın xüs...
20/10/2025

“Qara su” əlamətsiz, gizli gedən xəstəlikdir.

Qlaukoma təhlükəli xəstəlikdir! Qlaukoma sinsi xəstəlikdir! Qlaukomanın xüsusiyyətlərindən biri də budur ki, əksər hallarda qlaukoma əlamətsiz gedir! Yəni insan bilmir ki, onun gözündə qlaukoma var.

Düşünün, bəlkə sizdə də qlakoma var, amma xəbərimiz yoxdur! Yəni əlamətsiz olduğuna görə insanların ağlına gəlmir ki, mənim problemim ola bilər.

O xəstələr şanslıdır ki, gözdaxili təzyiqinin yüksək olduğu təsadüfən aşkarlansın. Yəni, hər hansı səbəbdən (başqasını gətirmişkən özü də yoxlanılarsa, eynək yazmaq üçün gələndə və s.) müayinə olunduqda diaqnoz qoyulsun. Belə hallarda, görmə siniri çox da zədələnmədən müalicəyə başlaya bilirik.

12/10/2025

Pasiyentlərdən gələn suallar həmişə konkret olmur. Çox vaxt ümumi olur. Ümumi suala da cavab verərkən hər variantı əhatə etməli oluram ki, sual soruşanın bir işinə yarasın. Bu isə, çox vaxt və enerji aparır. Təsəvvür edin ki, hər gün bunun kimi 20 sual gəlir.

Məsələn, bu sualın qısa bir cavabı yoxdur. Tək gözdən su gəlməsinin təxminən 10 səbəbini saydım bu videoda. Bunlardan biri sualı verənin gözünə aiddir. Əlbəttə, səbəb müayyən olunduqdan sonra sonrakı addımlara keçirik: dara irəli müayinələr və müalicə taktikası.

Ona görə də, bütün suallarınıza cavab verməyə imkan olmayanda, üzürlü hesab edin. Sual soruşanda mümkün qədər konkretləşdirməyə çalışın. Əlbəttə ən yaxşısı müayinə olunmaqdır.

Hər il oktyabr ayının ikinci cümə axşamı Dünya Görmə Günü olaraq qeyd olunur.Gözlərinizi sevin, görmənizin qayğısına qal...
09/10/2025

Hər il oktyabr ayının ikinci cümə axşamı Dünya Görmə Günü olaraq qeyd olunur.

Gözlərinizi sevin, görmənizin qayğısına qalın!

Address

20 Yanvar Küçəsi 1B
Baku
1134

Opening Hours

Monday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Saturday 09:00 - 16:30

Telephone

+994515555850

Alerts

Be the first to know and let us send you an email when Dr. Rəfadar Xəlilov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Rəfadar Xəlilov:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram