02/04/2026
Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Jurnalının (Azerbaijan Journal of Cardiovascular Surgery) növbəti sayı işıq üzü gördü. Ürək və damar xəstəliklərinin (böyüklərdə və uşaqlarda) bütün sahələrini əhatə edən jurnalımız beynəlxalq bazalara üzv olmaq yolunda inamla irəliləyir. Onu da qeyd edim ki, jurnalımız Ali Attestasiya Komissiyasının qəbul etdiyi dövri nəşrlər siyahısındadır.
Əməyi keçən hər kəsə təşəkkür edirəm! Xüsusilə, azərbaycanlı həmkarlarımızdan bu sahəyə həsr olunmuş məqalə və tezisləri gözləyirik!