16/09/2025
Avropa Kardioloji kongresi (ESC) 29 Avqust-1 Sentyabr tarixlərində Madriddə keçirildi. Önəmli tədqiqatların açıqlandığı HOT LINE oturumlarında 42 tədqiqat təqdim edildi.
1. Oturum
POTCAST (Targeted Potassium Levels to Decrease Arrhythmia Burden in High-Risk Patients with Cardiovascular Diseases) tədqiqatında ventrikulyar aritmiya riski yüksək xəstələrdə serum potasium səviyyəsinin yüksək normal səviyyələrdə tutulmasının faydası və güvənliyi araşdırılmışdır. Tədqiqata ICD və ya CRT-Dsi olan, serum potasium səviyyəsi ≤4.3 mmol/L xəstələr alınmış, yüksək normal potasium qrupuna (n=600) və ya standart müalicə (n=600) qrupuna randomizasiya edilmişdir. Primer sonlanma dokumentasiya olunmuş davamlı VT və ya uyğun ICD şoku, aritmiya və ya planlanmamış ÜÇ səbəbiylə xəstəxanaya yatış və ya ölüm toplamıdır və normal potasium qrupunda 136 (22.7%), standart müalicə qrupunda 175 (29.3%) xəstədə görülmüşdür (HR= 0.76; 95% GA 0.61-0.95, p=0.01). Primer sonlanmada tam azalma vardır. AMALFI (Active Monitoring for Atrial Fibrillation) tədqiqatında insult riski orta və yüksək yaşlılarda tək leadli, noninvaziv, 14 günlük davamlı EKQ Patch monitor (Zio XT, iRhythm) ilə AF srininqinin faydası araşdırılmışdır. Tədqiqata 65 yaş və üzəri, CHA2DS2VASc skoru kişidə 3 və üzəri, qadında 4 və üzəri olan kişilər alınmış, EKQ patch monitor (n=2520) və ya kontrol qrupuna randomizasiya edilmişdir. Primer sonlanma randomizasiya sonrası 2.5 il içində ailə həkimi qeydlərində AF -nin olmasıdır və skrininq qrupunda 6.8% , kontrol qrupunda 5.4% olmuşdur (p=0.03). Ortalama antikoaqulyant istifadəsi sırası ilə 1.63 və 1.14 aydır (p