Dr Farid Abbasov

Dr Farid Abbasov Fərid Abbasov
: +994(55)555 54 95; +994(50)555 51 9

01/06/2019

Allah balalari qorusun papamin mamamin usaqiyam 😁 bayraminiz gununuz mubarek

Sabahiniz xeyir    .abbasovfarid her hefte ferqli mövzular olacaq.Bu həftə dişlərə qulluqdur 🦷👄
04/04/2019

Sabahiniz xeyir .abbasovfarid her hefte ferqli mövzular olacaq.Bu həftə dişlərə qulluqdur 🦷👄

Diş siniri (tibdə o, pulpa adlanır) – olduqca mürəkkəb quruluşlu sinir və damarlar dəstidir. Məhz pulpa sayəsində diş is...
23/07/2018

Diş siniri (tibdə o, pulpa adlanır) – olduqca mürəkkəb quruluşlu sinir və damarlar dəstidir. Məhz pulpa sayəsində diş isti, soyuğa (qida və içkilərə) reaksiya verə, həmçinin ağrını hiss edə bilər.
Bəs hansı hallarda stomatoloqlar dişlərdən sinirləri çıxarırlar? Əksər hallarda sinir sonluğunun çıxarılmasını kariyesə görə təyin edirlər. Bu mərhələdə ağız boşluğunun xəstəliyi yumşaq toxumaların dərinliyinə keçir və təəssüf ki, sinirin çıxarması mütləq olur. Bu cür zədələnmə müxtəlif ağrılar (hər dəfə sinir müxtəlif yerlərdə ağrıya bilər) ilə müşayiət olunur. Əksər hallarda bu, isti soyuq qida, həmçinin içki qəbul etdikdən sonra yaranan döyünən, sızıldayan və kəsilməyən ağrı olur.
Bilmək vacibdir: Zədələnmənin dərinliyindən və inkişafından asılı olaraq sinir sonluqlarının çıxarılması və ya müalicə oluna bilməsi qərarı stomatoloq tərəfindən veriləcək.

sağlamlığınızın keşiyində⚕️

📌Babək pr. 10 A (Miracle Dent)
📞050-555-51-95 012-464-16-36

Sürətlə axıb-gedən zaman dilimi içərisində özünüzə vaxt ayırmağı unutmayın. Fiziki sağlamlığa gedən yol mənəvi sağlamlıq...
21/07/2018

Sürətlə axıb-gedən zaman dilimi içərisində özünüzə vaxt ayırmağı unutmayın. Fiziki sağlamlığa gedən yol mənəvi sağlamlıqdan keçir.

Gummy smile gülümsəmə zamanı üst çənədə diş ətinin 2 mm-dən çox görünməsidir. Bu isə insanlarda kompleks yaradaraq sosia...
20/07/2018

Gummy smile gülümsəmə zamanı üst çənədə diş ətinin 2 mm-dən çox görünməsidir. Bu isə insanlarda kompleks yaradaraq sosial həyatlarına mənfi təsir göstərir. Bunun yaranmasının bir nəçə səbəbi var. Əzələ, diş əti , üst dodaq və s. problemlərdən qaynaqlana bilər. Bu narahatçılıqdan qurtulması üçün ortodontik, terapevtik və cərrahi mətodlardan istifadə olunur.

sağlamlığınızın keşiyində⚕️

📌Babək pr. 10 A (Miracle Dent)
📞050-555-51-95 012-464-16-36

  sağlamlığınızın keşiyində⚕️📌Babək pr. 10 A (Miracle Dent)📞050-555-51-95  012-464-16-36
19/07/2018

sağlamlığınızın keşiyində⚕️

📌Babək pr. 10 A (Miracle Dent)
📞050-555-51-95 012-464-16-36

Elm sərkərdə, təcrübə isə onun əsgəridir.(Leonardo da Vinçi)
18/07/2018

Elm sərkərdə, təcrübə isə onun əsgəridir.
(Leonardo da Vinçi)

Dişlərdə həssaslıq✅İsti, soyuq, şəkər və ya turş yeməklər, içkilər ağıza alındığında dişlərdə ani bir reaksiya və sızlam...
17/07/2018

Dişlərdə həssaslıq

✅İsti, soyuq, şəkər və ya turş yeməklər, içkilər ağıza alındığında dişlərdə ani bir reaksiya və sızlama meydana gələr. Bu diş sızlaması iti, ani və dərindir (bu vəziyyət xalq arasında diş qamaşması olaraq da adlandırılır).
✅Diş həssaslığının səbəbləri:
✔Sərt və travmatik diş fırçalama (zamanla mina və sementi aşındırar);
✔Dişəti çəkilməsi;
✔Dişəti xəstəliyi (şiş və iltihablı dişətləri də həssaslığa gətirib çıxarar);
✔Qırıq dişlər;
✔Diş qıcırdatma - sıxma;
✔Ərp yığılması və s.

sağlamlığınızın keşiyində⚕️

📌Babək pr. 10 A (Miracle Dent)
📞050-555-51-95 012-464-16-36;

Dişlərin peşəkar səviyyədə təmizlənməsi nə üçün vacibdir? ✅Kariyesin inkişaf etməsinin əsas səbəbi olan diş daşlarının m...
16/07/2018

Dişlərin peşəkar səviyyədə təmizlənməsi nə üçün vacibdir?

✅Kariyesin inkişaf etməsinin əsas səbəbi olan diş daşlarının müstəqil şəkildə təmizlənməsi, əksər hallarda diş ərpinin (diş daşlarının) tam şəkildə xaric edilməsini təmin etmir. Dişlərin peşəkar səviyyədə təmizlənməsi ilk öncə diş daşlarının təmizlənməsini (mexaniki və ya ultrasəs aparatı ilə), sonra diş səthinin xüsusi fırçalarla hamarlanmasını, daha sonra isə tərkibində ftor elementi olan xüsusi qoruyucu lakla işlənməsindən ibarətdir. İldə 2 dəfə profilaktik olaraq stomatoloqun müayinəsindən keçmək, damaq xəstəlikləri riskinin 80%, kariyes xəstəliyinin baş vermə ehtimalının isə 40% azalmasına səbəb olur.

sağlamlığınızın keşiyində⚕️

📌Babək pr. 10 A (Miracle Dent)
📞050-555-51-95 012-464-16-36;

✅Breketlər- dişlərin daxili və xarici səthlərinə bərkidilən ortodontik qurğulardır. Breket-sistemlərin quraşdırılması üç...
14/07/2018

✅Breketlər- dişlərin daxili və xarici səthlərinə bərkidilən ortodontik qurğulardır. Breket-sistemlərin quraşdırılması üçün ən optimal yaş həddi 12-18 yaşlar arasıdır. Uşaqda bütün süd dişləri daimi dişlərlə əvəz olunmalıdır.
✅Öz xarici görünüşlərinə görə breketlər metallik və estetik olaraq 2 yerə bölünür:
✔Metallik breketlər tibbi poladdan hazırlanır.
✔Estetik breketlər – keramik, elastik və ya sapfir breketlər istifadə olunur.
⚠Breket-sistemi tətbiq etməmişdən qabaq kariesli dişlər müalicə olunmalı, peşəkarcasına təmizlənməlidir.

sağlamlığınızın keşiyində⚕️

📌Babək pr. 10 A (Miracle Dent)
📞050-555-51-95 012-464-16-36;

Siqaret və Ağız Sağlamlığı✅Siqaret və tütün istifadəsi ağız üçün olduqca zərərlidir.Bu zərərlər aşağıdakılardır: ✔Dişlər...
13/07/2018

Siqaret və Ağız Sağlamlığı

✅Siqaret və tütün istifadəsi ağız üçün olduqca zərərlidir.
Bu zərərlər aşağıdakılardır:
✔Dişlərin üzərində qətran artıqları və ya tünd qəhvə rəngli ləkələr toplanır
✔Damaqda qırmızı rəngli iltihabi əlamətlər;
✔Diş əti xəstəliyinə meyillilik;
✔Pis ağız qoxusu;
✔Qara tüklü dil görüntüsü;
✔Ağız içi lezyonlar;
✔Diş əti çəkilməsi;
✔Ağız içi xərçəngi;
⚠Ağız sağlamlığınızı qorumağa siqaret çəkməkdən imtina etməklə başlayın!

sağlamlığınızın keşiyində⚕️

📌Babək pr. 10 A (Miracle Dent)
📞050-555-51-95 012-464-16-36;

Diş formasının anomaliyaları – diş qapaqları və ya köklərinin anadangəlmə anatomik konfiqurasiya pozğunluğudur.Diş forma...
12/07/2018

Diş formasının anomaliyaları – diş qapaqları və ya köklərinin anadangəlmə anatomik konfiqurasiya pozğunluğudur.
Diş formasının anomaliyası dişləmə və çeynəmə zamanı problemlər, dişlərin düzgün yerləşməməsi, estetik pozğunluqlar ilə müşayiət olunur.
Müşahidələrə əsaslanaraq demək olar ki, diş formasının anomaliyaları onların formasının dəyişməsi ilə müşayiət olunur.
Diş formasının anomaliyalarının yaranmasının səbəbləri: əlverişsiz irsiyyət, həmçinin ana bətnində olarkən müxtəlif amillərin (fiziki, kimyəvi agentlər, zökəm və s.) və müxtəlif bətndaxili infeksiyaların (toksoplazma, sifilis və s.) təsiri altında dişlərin yaranıb inkişaf etməsinin patologiyaları.
Diş formasının anomaliyaları endokrin sistemin funksionallığının pozğunluğuna görə yarana bilər, məsələn, hipotireoza görə.
Bu problemin yaranma səbəbi yalnız ana namizədin orqanizmində baş verən patoloji proseslər deyil, həmçinin uşağın ilk illərində orqanizmin maddələr mübadiləsinin pozğunluğuna görə yaranır.
Diş formasının hər cür anomaliyaları zamanı həkim-stomatoloqa müraciət edə bilərsiniz.

sağlamlığınızın keşiyində⚕️

📌Babək pr. 10 A (Miracle Dent)
📞050-555-51-95 012-464-16-36

Address

Babek Pr. 10A
Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Dr Farid Abbasov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr Farid Abbasov:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category