N-MED Native Medical Center

N-MED Native Medical Center Tibbi mərkəz, PRP, Медицина Native Medical Center

Həkim - ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insa...
02/02/2017

Həkim - ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına həsr edən insan.
Həkim Təkcə bu demək deyil...
Həkim -həm də gözəl dost,mehriban insan,gayğıkeş ailə başçısı olmalıdır. Bütün bu keyfiyyətləri özündə toplayan gözel insan , böyük hərflərlə yazılan həkim Cavanşir doktordur. Sizi bütün kollektiv adından Ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik!!! Size yaradıcılıq uğurları,uzun ömür ve can sağlığı arzu edirik!!🎂🎂🎂

Hipertireoz-Bazedov(diffuz toksiki zob)Hipertireoz-qalxanvari vəzin hiperfunksiyası daha çox 30-50 yaşlarda,qadınlarda k...
25/01/2017

Hipertireoz-Bazedov(diffuz toksiki zob)
Hipertireoz-qalxanvari vəzin hiperfunksiyası daha çox 30-50 yaşlarda,qadınlarda kişilərə nisbətən 5-10 dəfə şox rast gəlinir.
Səbəbləri
Xəstəliyin səbəbləri psixi travmalar, infeksiyalar (tonzillit, revmatizm və s.),digər endokrin vəzlərin pozğuluqları (hipotalamo-hipofizar,neyrosekretor sistemlər),irsi meyllilik ola bilər.Qalxanvari vəzin hiperfunksiyası müxtəlif maddələr mübadiləsinin pozulmasına (yağ zülal, karbohidrat,mineral və s.),orqan və toxumaların funksiyalarının pozulmasına səbəb olur.
Simptomları
Simptomları –qalxanvari vəzin böyüməsi,ekzoftalm,tezləşmiş ürək döyünmə,psixi oyanıqlıq,yuxunun pozulması,narahatlıq, tremor, çox tərləmə,arıqlama,əzələ zəifliyi.Ürək-damar sistemi tərəfindən taxikardiya,sistolik təzyiqin yüksəlməsi, diastolik təzyiqin aşağı düsməsi müşahidə olunur.Mədə-bağırsaq tərəfindən qara ciyərin funksiyallarının pozulması, iştahanin artması, diareya qeyd olunur.endokrin sistemi tərəfindən amenoreya,hiperkortisizm müşahidə olunur, səkərli diabet qoşula bilər.Xəstəliyin ağrlıq dərəcəsindən asılı olaraq xəstəlik 3 dərəcəyə bölünür
1-ci-ağırlaşma olmadan
2-ci-qabarıq simptomları ilə
3-cü –qabarıq simptomları və ağılaşmaları ilə
Müalicəsi
Müalicə məqsədilə antitireoid preparatlar təyin olunur:yod preparatları,tiourasil və midazol törəmələri istifadə olunur
3-cü dərəcə zobda cərrahi müdaxilə olunmalıdır.

Hərəkət koordinasiyasının pozulmasıAtaksiyaBeyincik qabığının hərəki zonaları,görmə qabarı,beyin kötüyü,labirint və beyi...
23/01/2017

Hərəkət koordinasiyasının pozulması
Ataksiya
Beyincik qabığının hərəki zonaları,görmə qabarı,beyin kötüyü,labirint və beyin qabığının arxa buynuzları sümük-əzələ sisteminin reseptorlarından,gözdən və vestibülyar aparatın reseptorlarından bədənin ayrı-ayrı hissələrinin vəziyyəti,hərəkət sürəti və hərəkətə qarşı müqaviməti haqqında impulslar alır.Bu impulslara qarşı mərkəzi sinir sisteminin müvafiq şöbələrdən verilən reflektor cavab reaksiyaları bədən müvazinatının saxlanılmasına və hərəkət koordinasiyasının tənziminə şərait yaradır.Sinir sisteminin adı çəkilən şöbələrinin zədələnmələri və həmin şöbələrin hissi reseptorlar vasitəsilə işçi orqanlardan kifayət qədər siqnal almaması hərəkət koordinasiyasının pozulmasına səbəb olur.Buna ataksiya deyilir.
Ataksiya insanın sakitlik halında bədən müvazinatının saxlaya bilməməsi ilə xarakterizə olunur.Ataksiyanın müxtəlif növləri var:
- statik ataksiya
- dinamik ataksiya
Lokalizasiyasına görə ataksiyanın beyincik və dəhliz,serebral,labirint və onurğa beyni ataksiyaları ayırd edilir.
Bunlardan ən çox rast gəlinəni beyincik və dəhliz ataksiyasıdır.Bu zaman xəstənin müvazinatını saxlamaq qabiliyyəti pozulur,xəstə yeriyərkən ayaqlarının aralı qoyaraq müvazinatını saxlamağa çalışır.O xəstə tərəfə doğru səndələyir,həmin tərəfə yıxılır.Belə xəstələrdə sərxoş yerişinə bənzəyən yeriş meydana gəlir.
Onurğa beyni ataksiyası olan xəstə aşağı ətraflarının hərəkətini idarə edə bilmir,onlar gözlərini yumub ayaqlarının birləşdirmiş şəkildə dayandıqda yıxılırlar.Ataksiyanın bu növü onurğa beyinin arxa sütununun zədələnməsi ilə əlaqədardır.Onurğa sütununun zədələnməsi zamanı insan müvafiq hissiyyatın idarə edilməsini itirir.Bu zaman o aşağı ətrafın vəziyyətininə nəzarət edə bilmir.

Buynuz qişanın anomaliyalarıBuynuz qişanın anomaliyaları müxtəlif şəkildə ola bilər.1. Mikro cornea – kiçik buynuz qişa ...
21/01/2017

Buynuz qişanın anomaliyaları
Buynuz qişanın anomaliyaları müxtəlif şəkildə ola bilər.
1. Mikro cornea – kiçik buynuz qişa çox vaxt anadangəlmə olub, bəzən kiçik göz alması ilə birlikdə təsadüf olunur. Buynuz qişanın ölçüləri bəzən kiçik dairə şəklində görünür. Qazanılma kiçik buynuz qişa göz alması atrofiyasnda təsadüf olunur.
2. Meqalocornea kerato- qlobus-böyük buynuz qişa. Buynuz qişa normaya nisbətən böyüyür, belə ki, diametri 14- 16 mm-ə çatır. Limb genişlənır, ön kamera dərinləşir, buynuz qişa önə doğru qabarmış kimi görünür, buynuz qişanın əyrilik radiusu isə dəyişmir. Böyük buynuz qişa anadangəlmə hidroftalmiyada rast gəlinir. Bu zaman uşaqda anadangəlmə qlaukoma nəticəsində, qlaukomanın digər əlamətləri ilə yanaşı görmə itiliyi də çox tez pozulur, bəzən tam itir. Bu anomaliya sərbəst anomaliya kimi də rast gəlinə bilər. Bu zaman görmə itiliyi pozulmur, ailəvi xarakter daşıyır.
3. Keratoconus – buynuz qişanın bu növ anomaliyasında buynuz qişa konus şəklində olur. Zirvəsi buynuz qişa mərkəzinə müvafiq olmayıb onun aşağı hissəsində yerləşır. Keratokonus nadir hallarda anadangəlmə olur, çox vaxt isə 15-20 yaşlarda meydana çıxır. Buynuz qişanın forması tədricən dəyişir. Xəstəlik inkişaf etdikcə bu, xususilə yandan baxdıqda hiss olunur. Konusun zirvəsi nazikləşir, sonralar bulanıqlaşır. Əsasında isə yaşılımtraq halqa əmələ gəlir. Xəstəlik adətən iki gözdə olur, müəyyən səviyyəyə qədər inkişaf edib sonralar həmin vəziyyətdə də qalır. Xəstəliyin əsas səbəbi endokrin sisteminin pozulması ilə əlaqələndirilir.
Müalicəsi:
Xəstəliyin ilk günlərində əmələ gəlmiş miopiyanın və astiqmatizmin korreksiyası görmə itiliyini artırır. Sonralar bu korreksiya heç bir nəticə vermir. Bu zaman ancaq kontakt linzalarla korreksiya etmək lazımdır. Əgər bulanıqlaşma konusun zirvəsində baş vermişsə əməliyyat tələb olunur.

Qara Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hi...
20/01/2017

Qara Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarin 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

AstiqmatizmAstiqmatizm termini yunanca “stiqma” sözündən olub, nöqtə deməkdir. Bu xəstəlik zamanı əşyanın aydın şəkli al...
19/01/2017

Astiqmatizm
Astiqmatizm termini yunanca “stiqma” sözündən olub, nöqtə deməkdir. Bu xəstəlik zamanı əşyanın aydın şəkli alınmır.
Astiqmatizm – gözün optik sisteminin qüsurudur. Normada potik səth sferik formadadır, astiqmatizdə o, deformasiyaya uğrayır. Bu zaman işıq seli keçərək bir nöqtədə deyil, iki bir –birinə perpendikulyar xətlərdə kəsişir. Buna görə də normal təsvir əvəzinə deformasiyaya olunmuş, bulanıq təsvir alınır. Astiqmatizmi olan insan həm uzağı, həm də yaxını p*s görür.
Səbəbləri:
Səbəbi qeyri-düz əyrilik, ən çox buynuz qişa, büllur deformasiyaya üğradıqda baş verir.
Astiqmatizmin bir neçə növü var: uzaqgörmə – bu zaman yaxındakı əşyaları p*s görür, əşyalar yaxında da öz formasını itirir. Bu zaman insan həm yaxını, həm də uzağı p*s görür.
Astiqmatizmdə həm uşaqlar, həm də böyüklər əziyyət çəkirlər. Uşaqlar anadangəlmə, irsən bu xəstəliyə düçar olurlar. Qazanılma astiqmatizm buynuz qişanın travmaları və ya operasiyalarından sonra olur.
Bəzi insanlar astiqmatizmi hiss etmir, əşyaları dağınıq, uzanmış səkildə görürlər. Tez-tez baş ağrıları, tez yorulma, gözlərdə ağırlıq hissi xəstəni oftalmoloqa müraciət etməyə sövq edir.
Oftalmoloq xəstəni müayinə edərək diaqnozu təsdiq edir.
Müalicəsi:
Müalicə 3 istiqamətdə – linzalar, eynəklər, cərrahi yolla aprılır.
Gözlərin xüsusiyyətlərini nəzərə alaraq eynək və linzalar fərdi olaraq seçilir.
Astiqmatizmdə görməni korreksiya etmək üçün silindrik linzalar tətbiq olunur. Zəruri olduqda uzaqdangörmə və yaxındangörməni korreksiya etmək üçün xüsusi linzalardan da istifadə etmək olar. Bunların heç biri müalicə etmir.
Eynəklər seçildikdən sonra mütəmadi həkimə müraciət etmək lazımdır.
Yalniz cərrahi əməliyyat yolu ilə astiqmatizmdən qurtulmaq olar (keratomiya, termokeratokoaqulyasiya).

KƏSKİN LEYKOZKəskin leykoz qanyaranma sisteminin şiş xəstəliyidir.Şiş transformasiyası qanyaranmanın kötük hüceyrələrini...
17/01/2017

KƏSKİN LEYKOZ
Kəskin leykoz qanyaranma sisteminin şiş xəstəliyidir.Şiş transformasiyası qanyaranmanın kötük hüceyrələrinin differensasiyasının ilk mərhələlərində baş verir və onun sonrakı yetişməsi baş vermir.Kəskin leykoz termini şiş hüceyrələrinin morfoloji və sitokimyəvi xüsusiyyətlərini ifadə edir.
Kəskin leykoz hemoblastozların ən ağır formalarından biridir. Kəskin leykoz bütün yaş dövrlərində rast gəlindiyinə baxmayaraq ən çox 3-4 və 60-70 yaşlarında xəstələrdə təsadüf olunur.Kişilər qadınlara nisbətən daha çox xəstələnirlər.XX əsrin 70 ci illərinə qədər bu xəstəliyə tutulan hər kəs ölürdü.Müasir dövrdə tibbin inkişafı ilə əlaqədar xəstəliyin müalicəsində bir sıra nəaliyyətlər əldə olunmuşdur.
ETİOLOGİYASI
Xəstəliyin etiologiyası məlum deyil. Lakin bir sıra faktorların rolunun böyük olduğu danılmazdır:
1) xromosom anomaliyaları
2) şüalanma
3)ətraf mühitin çirklənməsi və dərmanların toksiki təsiri
4) qanyaranma sisteminin xəstəlikləri
PATOGENEZ
Yuxarıda göstərildiyi kimi xəstəliyin əsasında şiş blast hücüeyrələrinin sümük iliyində fəaliyyəti durur, hansı ki bu toxulalar müxtəlif orqanlara metastaz verir( qara ciyərə beyinə,dalağa)
Kəskin leykozda qanyaranmanın tormozlanması bir sıra faktorlarla əlaqədardır
1) şış ətrafında qanyaranma mühitinin zədələnməsi
2)normal hemopoyezin sıxışdırılması
3) bıast hüceyrələri tərəfindən normal qanyaratma hüceyrələrinin artımının inhibisiya edən maddələrin sintezi
TƏSNİFATI:
Kəskin leykoz zamanı şiş transformasiyası kötük hüceyrələrinin ilk differensiasiya mərhələsində baş verdiyindən kəskin leykoz limfoblast və qeyri – limfoblast olmaqla 2 yerə bölünür.Bu iki qrup özlüyündə müxtəlif formalara malikdir
1) kəskın limfoblast leykoz
2)kəskin mieloblast leykoz
3) kəskin mieloblast leykoz
4)kəskin monoblast leykoz
Xəstəlik bir neçə mərhələyə bölünür
1.Başlanğıc
2.İnkişaf etmiş
3 .Terminal
KLİNİKİ MƏNZƏRƏ:
Kəskin leykoz zamanı aşağıdakı sindromlar meydana gəlir:
Xəstənin sümük iliyində şiş toxumaları inkişf edir.Dalaqda, qara ciyərdə,limfatik düyünlərdə şişkinliklər , qarın boşluğunda metastaz baş verir.Xəstənin dərisində , beyin qişalarında , böyrəyində , ağ ciyərlərində zədələnmələr baş verir,Anemik sindrom meydana çıxır, bədən kütləsinin azalması, qızdırma, tərləmə,həddindən artıq zəifləmə baş verir.
MÜALİCƏSİ
Xəstəliyin müalicəsində leykozun remissiyasının qarşısını alamğa çalışılar,Xəstəyə antileykemik preparatlar, kimya terapiyası təyin edirlər.

MASTOPATİYASüd vəziləri 9-10 yaşlı qızlarda böyüməyə başlayır, hamiləlik vaxtı tam morfoloji yetkinliyə çatır. Onun ölçü...
16/01/2017

MASTOPATİYA
Süd vəziləri 9-10 yaşlı qızlarda böyüməyə başlayır, hamiləlik vaxtı tam morfoloji yetkinliyə çatır. Onun ölçüləri toxumanın artması hesabına böyüyür. Zahılıq dövründə südün sekresiyası intensiv artdığına görə süd vəziləri daha da böyüməyə başlayır. Uşaq əmizdirmə zamanı süd vəzində dəyişikliklər baş verir. Bu dəyişikliklərin mahiyyəti sekretor proseslərin kəsilməsindən və birləşdirici toxumanın piy toxuması ilə əvəz edilməsindən ibarət olur. Süd vəzisinin böyüməsinin və inkişafının tənzimlənməsi mürəkkəb hormonal nəzarət altında baş verir. Əsas rol esterogenlərə, progestrona və prolaktinə məxsusdur.
Süd vəzilərinin dishormonal patologiyasının əmələ gəlməsində müəyyən rolu qaraciyərin xəstəlikləri oynayır. Məlumdur ki, qaraciyərdə steroid hormonların inaktivasiyasi və konyuqasiyası baş verir. Qaraciyərin patologiyaları esterogenlərin qaraciyərdə itilizasiyasının ləngiməsi sayəsində, əksər hallarda xroniki hiperesterogeniyanın inkişafına təkan verir. Beləliklə də, süd vəzində bəzi xəstəliklər meydana çıxır.
Bu xəstəliklərdən biri mastopatiyadır.
Mastopatiyanın iki növü var:
1.diffuz vəzili fibroz kistoz mastopatiya
2. düyünlü fibroz kistoz mastopatiya
Bu proseslərin ifadə olunma dərəcəsi birləşdirici toxuma, vəzili komponentin və piy toxumasının nisbətinə əsaslanaraq təyin edilir.
Süd vəzilərinin dishormonal patologiyalarının əmələ gəlməsində bir sıra amillər ətraflı olaraq öyrənilmişdir. Xəstəliyin əmələ gəlməsində irsi amilin, menstural funksiyanın endokrin pozulmalarının, endokrin vəzilərin xəstəliklərinin, neyroendokrin tənzimləəmnin pozulmasına gətirib çıxaran streslərin, hamiləliyin erkən müddətində baş verən abort və düşüklərin, piylənmənin rolu vardır.
Bundan başqa mastopatiya döşlə əmizdirmənin qızamüddətli olması ilə əlaqədar da baş verə bilir. Qadının yaşının 40-dan çox olması ən güclü və təbii kanserogen amil sayılır. Çünki 45-50 yaş arası dövrdə qadında menopauzanın başlaması ilə orqanizmdə əhəmiyyətli hormonal dəyişikliklər baş verir. Bu dövrdə də mastopatiyanın və ya süd vəziləri şişlərinin əmələ gəlməsi ehtimalı artır. Süd vəzi xəstəliklərinin əsas etioloji faktoru esterogenlərin səviyyəsinin həddən artıq olması və progesteron səviyyəsinin azalmasıdır. Xəstə süd vəzilərinin ağrılı, gərgin, ödemli olmasından şikayətlənir.
Diaqnozu:
Diaqnoz USM və əllə müayinə nəticəsində müəyyənləşdirilir. Diaqnozun təsdiqlənməsində əsas obyektiv müayinə metodu rentgenomammoqrafiyadır.
Müalicəsi:
Müalicəsi fizioterapevtik, hormonal müalicə üsulu ilə aparılır. Xəstələrə ümumi möhkəmləndirici və vitaminlərin istifadəsi tövsiyyə olunur. Süd vəzində ocaqlı zədələnmələr olduqda və kistalar müəyyən edildikdə cərrahi müdaxilə tələb edilir.

Ağciyərlərin alveolyar mikrolitiazı alveollarda mineral birləşmələr və proteinlərdən təşkil olunmuş maddələrin çikməsi i...
11/01/2017

Ağciyərlərin alveolyar mikrolitiazı alveollarda mineral birləşmələr və proteinlərdən təşkil olunmuş maddələrin çikməsi ilə xarakterizə olunan xəstəlikdir. Xəstəliyə 20-40 yaşlı adamlarda rast gəlinir. Xəstəliyin əmələ gəlməsində irsi faktor və peşə zərərlərinin təsi olduğu güman edilir. Xəstəliyin mahiyyəti alveollarda zülalların hiperproduksiyası və yığılmasından ibarətdir ki, burada da kalsium fosfat və karbonatın mikrokristalları toplanaraq ventilyasiya sistemini pozur.Bu da intersistal fibroz və tənəffüs çatışmazlığına səbəb olur. Xəstəlik aşağıdakı patologiyalara səbəb olur:
– ağciyər toxumasının, xüsusən aşağı payıarın sıxılması artır
– alveollarda və bronxiollarda kalsiumkarbonat, mis, natrium, kalium, sink, maqnezium mikroelementlərinin 1-3 mm diametrli mikrokonkrementləri aşkar edilir
– xəstəlik proqressivləşdikcə mikroelementlər artır
– mikrolitlər yerləşən zonada makrofaqlar qalır.
Xəstəlıik uzun müddət narahatçılıq vermədən keçir. Lakin əlamətlər artdıqda xəstələrdə aşağıdakı şikayətlər baş qaldırır:
– tez yorulma
– təngnəfəslik
– ümumi zəiflik
– ürəkdöyünmə
– döş qəfəsində ağrı.

Böyrəkdaşı xəstəliyi böyrəklərin kasacıq ləyən sistemində daşların əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlikdir.Bu x...
09/01/2017

Böyrəkdaşı xəstəliyi böyrəklərin kasacıq ləyən sistemində daşların əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlikdir.Bu xəstəlik bədəndə baş verən pozğunluqların bir növ təzahürüdür.Azərbaycan ərazisi Yer kürəsində böyrəkdaşı xəstəliyinin yayılmılş olduğu endemik zonalardan biridir,
Daşların kimyəvi tərkibi müxtəlif olur.
– kalsium tərkibli
– fosfat tərkibli
– urat tərkibli
Etialogiyası:Xəstəliyin etialogiyası və patigenezi elmə tam aydın deyil.Amma böyrəkdaşının əmələ gəlməsində bir çox faktorların rolu vardır,Bunların arsında sidik yollarının anadangəlmə və ya qazanılmış qüsurları nəticəsində sidikdə əmələ gələn durğunluq urodinamk dəyişikliklər,sidik yollarının infeksiyası mühüm rol oynayır.
Maddələr mübadiləsinin pozğunluqları,o cümlədən sidik turşusu,oksalat turşusu,fosfat kalsium mübadiləsinin pozulması nəticəsində baş verən diatezlərin də rolunu xüsusi qeyd eləmək olar.
Patogenezi:Böyrək daşını əmələ gəlməsi mürəkkəb bir prosesdir Onun əsasını böyrək parenximasında və sidikdə maddələr mübadiləsinin pozulması tutur.
Böyrəkdaşının yerləşdiyi yer çox vaxt onun ölçüsünə uyğun gəlmir,Daşlar adətən böyrək məməciyində və böyrəklərdə əmələ gəlir.Sidiyin tərkibindəki pH dan asıiı olaraq daşın kimyəvi tərkibi də müxtəlif olur.
Klinikası:Böyrəkdaşı xəstəliyinin əsas əlamətləri böyrəklərdə sancı,hemoturiya,piuriya,daşların öz özünə düşməsidir.Sidik yollarında sidiyin normal hərəkət edə bilməməsinə görə böyrəklərdə ağrılar olur.Ağrının intensivliyi urodinamikanın pozulmasının dərəcəsindən asılıdır.Böyrəklərdəki daşlar mərcanvari daşlardırsa ağrı küt,kiçik daşlardırsa ağrılar güclü olur.Böyrəklərdəki ağrılar çox vaxt daşların sidik axarına düşməsi səbəbli olur.Ağrıdan başqa .ürəkbulanma. tez tez sidiyəgetmə olur Xəstə özünə yer tapmır,beldən başlayan ağrılar sidik axarları boyunca yayılırXəstələr isti vanna qəbul edəndə sakitləşir sonra isə yenidən ağrının şiddətindən əzab çəkirlər.Çox vaxt ağrıkəsicilər onları sakitləşdirmir.Hərarətin artması da müşayət olunur.
Müayinəsi: Böyrək daşının müayinəsində əsasən USM və kompyuter tomoqrafiyanın cavabları böyük rol oynayir .Bundan başqa sidiyin bütün növ analizləri , qanda sidik cövhərinin,sidik turşusunun,kreatinin miqdarı analiz olunmalıdır.Xəstənin
arterial təzyiqinə nəzarət olunmalıdır
Ağırlaşmaları: Böyrəkdaşı xəstəliyinin ağırlaşmaları piolonefrit, böyrəyin hidronefrozu,paranefpitdir.
Müalicəsi:Xəstəliyin müalicəsi daşın növündən,kimyəvi tərkibindən, yerləşdiyi yerindən asılıdır.Müalicəsində antibiotiklərdən,ağrıkəsicilərdən , daşı parçalayan dərmanlardan istifadə olunur.
Hal hazırda böyrək daşları müalicəyə tabe olmursa onudistansion ekstrakorporal zərbə dalğaları ilə parçalayıb tökdürürlər. 3 ay müddətində daş heç bir müalicəyə tabe olmursa onu cərrahi yolla xaric edirlər.

Kəmərləyici herpes.Xəstəliyi onurğa beyni qanqleonlarında qalmış sulu çiçək virusu törədir. Çox vaxt bahar və payız ayla...
06/01/2017

Kəmərləyici herpes.
Xəstəliyi onurğa beyni qanqleonlarında qalmış sulu çiçək virusu törədir. Çox vaxt bahar və payız ayları sporadik olaraq təsadüf edilir. Xəstəliyə ən çox 10 yaşından yuxarı şəxslərdə rast gəlinir.
Xəstəliyin gizli dövrü 2-3 həftə çəkir. Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir:
– üşütmə
– qızdırma
– sinir boyu ağrı
– yara yerində göynəmə
– yaranın sancması
– qaşınma hissi
– baş ağrıları.
Xəstəliyin gizli dövrü başa çatdıqdan sonra dəridə 3-5 sm ölçüdə çəhrayı ləkələr əmələ gəlir. 1-2 gün ərzində ləkələrin mərkəzi içərisi şəffaf maye ilə dolu 0,1-0,3 sm böyüklükdə suluqcuqlara çevrilir. Suluqcuqlar eyni vaxtda meydana çıxsa da ləkələr 1-2 gün fasilə ilə əmələ gəldiyi üçün səpgi polimorf xarakter daşıyır. Zədələnmə ocaqlarında bir və ya bir-neçə suluq ola bilir. Onlar bir-birinə çox yaxın yerləşdikdə birləşir və zolaq əmələ gətirirlər. Xəstəlik irəlilədikcə möhtəviyyat bulanır, qırmızılılıq azalır, suluqcuqlar sanki sağlam dəri üzərində yerləşir. Suluqlar 6-8 günə quruyur, qabıqlanır və 3 həftə ərzində tökülərək yerində piqmentləşmiş dəri qalır.
Xəstəlik zamanı sinirlərin zədələnməsi baş verdiyindən xəstələrdə suluq əmələ gələn nahiyələrdə ağrılar uzun müddət davam edir. Kəmərləyici herpes adından göründüyü kimi belin kəmər hissəsinə yaxın nahiyələrdə baş verir.
Xəstəlik kəskin ağrılara səbəb olur. Ağrılar bəzən elə güclü olur ki, onu sakitləşdirmək çox çətin olur. Xəstəlik sağaldıqdan sonra suluqların yerində çapıq toxuma inkişaf edir.

Arterial təzyqin göz damarlarına təsiri.Yüksək arterial təzyiqin zərər verdiyi orqanlar siyahısında damarlar ön sıralard...
05/01/2017

Arterial təzyqin göz damarlarına təsiri.
Yüksək arterial təzyiqin zərər verdiyi orqanlar siyahısında damarlar ön sıralardan birində durur. Yüksək arterial təzyiq zamanı damarlarda baş verən patologiyalara aiddir:
– beyinin xırda arteriyalarının zədələnməsi
– okklüziya
– mikroanevrizmlər
– insult
– böyrək arteriyalarının zədələnməsi
– damar zədələnmələri səbəbli orqanlarda baş verən funksional pozğunluqlar.
Arterial təzyiqin damarları zədələnməsini bilməyin informativ üsulu göz dibinin yoxlanmasıdır. Bunun xəstəliyin proqnozmaşlasmasında əhəmiyyəti böyükdür. Keyt Vaqnerin təsnifatına görə hipertonik retinopatiyanın 4 mərhələsi ayırd edilir:
1-ci mərhələ
arteriolların azca daralması, angioskleroz
2-ci mərhələ
arteriolların daha çox daralması, arteriya-venoz çarpazlaşma, retinopatiya yoxdur
3-cü mərhələ
angiospastik retinopatiya, gözlərə qansızma, göz qişasının şişməsi
4-cü mərhələ
göz siniri diskinin şişməsi və damarların əhəmiyyətli dərəcədə daralması.
Arterial təzyiq səbəbli retinopatiya zamanı ilkin mərhələlərdə görmə qabiliyyəti pozulmur. Çoxlu eksudatlar və qansızmalar görmə sahəsində qüsurlar, makulanın zədələnməsi zamanı isə korluq yaranmasına səbəb olur.
1-ci və 2-ci mərhələ retinopatiya xoşxassəli, 3-cü və 4-cü mərhələ retinopatiya isə bədxassəli arterial təzyiq üçün xarakterikdir.

Address

Şərifzadə 160A
Baku

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when N-MED Native Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to N-MED Native Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category