11/04/2022
Fəqərəarası disk yırtıqları Osteoxondrozun ən çox rast gəlinən və ən böyük ağırlaşmalarındandır. Xəstəlik zamanı əmələ gələn yırtıq arxaya və kənara yayılaraq sinir kötüyünün sıxılmasına səbəb olur, iltihabi proses yaranır və ödem meydana çıxır. Bu isə ağrı və hissiyyat pozğunluqlarının məhz bir sutkadan sonra meydana çıxmasını izah edən səbəbdir. Sıxılmış sinir kötüyü beynə ağrı impulsları göndərərək xəstələrə ağrının sanki ayaqdan gəldiyini göstərir. Yırtığın sıxdığı sinir isə ümumiyyətlə funksiyasını itirir və nəticədə də ayaqda kəskin hissiyyatsızlıq, zəiflik, şiddətli dartılma ağrısı hətda ayağın arıqlamasına (atrofiyasına) gətirib çıxara bilir.
Əsas şikayətlər ayaqda şiddətli ağrı sindromu, zəiflik və hissiyyat pozğunluğudur. Ağır hallarda isə pəncənin sallanması, ayağın arıqlaması, sidik və nəcisin ixtiyarsız ifrazı meydana gəlir hansı ki bu hallar bir başa əməliyyata göstərişdir. Adətən yırtığın əmələ gəlmə səbəbi ağır fiziki yük götürülməsi, yatağın komfortlu olmaması, oturaq-passiv həyat tərzi, artıq çəki, genetik faktorlar və müalicə olunmamış skolioz göstərilə bilər. Ağrı hissi yırtığın yerləşdiyi bölgəyə görə deyişə bilər, adətən ağır qaldıran zaman, bir tərəfə əyildikdə, öskürən zaman, bədənin gərginləşməsi zamanı və hər hansı bir hərəkət etdikdə baş verir. Bu ağrılar o dərəcədə şiddətli olur ki xəstənin yataq rejiminə ehtiyacı olur.
Xatırladım ki fəqərəarası disk yırtıqlarının 98%-i müalicəyə tabe olur!
Müalicə kompleks şəkildə həm medikamentoz, həm fizioterapevtik həm də müalicəvi idmanla olur. Əsas müalicədən sonra pasientlərə sanator-kurort müalicəsi və üzgüçülük tövsiyə olunur.
______________________
📍GƏNCƏ ŞƏHƏRİ
👨🏻⚕️Həkim Ortoped-Vertebroloq Əmiraslanov Yolçu
📱055 976 98 38
#азербайджан #гянджа #доктор #врач #ортопед #вертебролог #грыжа #грыжадиска #межпозвоночнаягрыжа #спина #спинаболит #лечениегрыж #лечениегрыжи #боли #больвспине