Vest Medical Center

Vest Medical Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vest Medical Center, Hospital, H. Məmmədquluzadə küçəsi, Ganja.

🦠Bağırsaq parazitləri (qurdlar) böyüklərdə də geniş yayılıb və bəzən gizli gedə bilər.🔍 Əsas simptomlar:➡️Qarın ağrısı v...
25/03/2026

🦠Bağırsaq parazitləri (qurdlar) böyüklərdə də geniş yayılıb və bəzən gizli gedə bilər.

🔍 Əsas simptomlar:
➡️Qarın ağrısı və köp
➡️İştahanın artması və ya azalması
➡️Səbəbsiz çəki itkisi
➡️Anal nahiyədə qaşınma (xüsusilə gecə)
➡️Yorğunluq və halsızlıq
➡️Ürəkbulanma
➡️Dəri səpgiləri və allergik reaksiyalar

💡 Nə etməli?
✅Gigiyenaya ciddi riayət etmək
✅Əlləri tez-tez yumaq
✅Təmiz qida və su istifadə etmək
✅Həkim müayinəsi və analizlər

📍 Erkən diaqnoz və müalicə çox vacibdir!

🧪 West Medical Center klinikasının müasir laboratoriyası ilə sizlərin xidmətinizdədir!

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

⚠Metabolik sindrom - qarın tipli piylənmə, arterial təzyiqin yüksəlməsi, karbohidrat mübadiləsinin pozulması və lipid gö...
24/03/2026

⚠Metabolik sindrom - qarın tipli piylənmə, arterial təzyiqin yüksəlməsi, karbohidrat mübadiləsinin pozulması və lipid göstəricilərinin dəyişməsi ilə xarakterizə olunan metabolik pozğunluqlar kompleksidir. Bu vəziyyət 2-ci tip şəkərli diabet, miokard infarktı, insult və digər ürək-damar ağırlaşmalarının riskini artırır.

🆘Əsas səbəblər və risk amilləri:
⭕Artıq bədən çəkisi, xüsusilə qarın nahiyəsində
⭕Fiziki aktivliyin az olması
⭕Sadə karbohidratlar və doymuş yağlarla zəngin qidalanma
⭕İnsulinə qarşı həssaslığın azalması
⭕Xroniki stress
⭕Yuxu çatışmazlığı
⭕İrsi meyillilik

❌Mümkün əlamətlər:
🔵Bel çevrəsinin artması
🔵Arterial təzyiqin yüksəlməsi
🔵Tez yorulma
🔵Susuzluq hissi
🔵İştahanın artması
🔵Qanda qlükoza səviyyəsinin dəyişməsi

🧨Metabolik sindrom çox vaxt tədricən inkişaf edir və uzun müddət aydın əlamətlər verməyə bilər. Buna görə erkən diaqnostika və həyat tərzinin vaxtında korreksiyası ağırlaşma riskinin azalmasında mühüm rol oynayır.

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

🦴Boyun protruzası - boyun fəqərələri arasındakı diskin zəifləyərək kənara doğru qabarmasıdır. Bu vəziyyət sinir köklərin...
23/03/2026

🦴Boyun protruzası - boyun fəqərələri arasındakı diskin zəifləyərək kənara doğru qabarmasıdır. Bu vəziyyət sinir köklərinə və ya onurğa beyninə təzyiq göstərə bilər.

🆘Niyə təhlükəlidir?
🔵Sinirlərin sıxılması nəticəsində boyun, çiyin və qollarda ağrı
🔵Əllərdə keyimə, qarıncalanma və zəiflik
🔵Başgicəllənmə və baş ağrıları
🔵Ağır hallarda hərəkət məhdudluğu və ya koordinasiya pozğunluğu

❓Hansı hallarda risk artır?
🔵Müalicə olunmadıqda
🔵Uzun müddət düzgün olmayan oturuş
🔵Fiziki yüklənmə və travmalar

Erkən mərhələdə həkimə müraciət etmək vacibdir. Müalicəyə fizioterapiya, məşqlər və lazım olduqda dərmanlar daxildir.

Boyun protruzası vaxtında müalicə olunmazsa sinir zədələnməsinə və həyat keyfiyyətinin ciddi pisləşməsinə səbəb ola bilər.

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

✨Bu gün İslam dünyasında müqəddəs günlərdən biri olan Ramazan bayramıdır!🤲West Medical Center Klinikası kollektivi olara...
20/03/2026

✨Bu gün İslam dünyasında müqəddəs günlərdən biri olan Ramazan bayramıdır!

🤲West Medical Center Klinikası kollektivi olaraq sizləri Müqəddəs Ramazan Bayramı münasibəti ilə təbrik edirik!

🙏Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!

20/03/2026

✨Əziz və dəyərli həmvətənlərimiz!

West Medical Center Klinikası kollektivi adından elimizin ən dəyərli bayramı olan Novruz bayramı münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edirik.

Sizə can sağlığı, evlərinizə əminəmanlıq, süfrələrinizə ruzi bərəkət arzulayırıq.

💔Miokard infarktı (ürək tutması) — ürək əzələsinin bir hissəsinə qan axınının qəfil dayanması nəticəsində həmin sahənin ...
19/03/2026

💔Miokard infarktı (ürək tutması) — ürək əzələsinin bir hissəsinə qan axınının qəfil dayanması nəticəsində həmin sahənin zədələnməsi ilə xarakterizə olunan həyati təhlükəli vəziyyətdir. Ən çox səbəb koronar arteriyanın tromb (laxta) ilə tıxanmasıdır.

🆘 Əlamətlər:
🔵Döş qəfəsində güclü, sıxıcı və ya yandırıcı ağrı (20 dəqiqədən çox davam edə bilər)
🔵Ağrının sol qola, boyuna, çənəyə və ya kürəyə yayılması
🔵Nəfəs darlığı
🔵Soyuq tər, halsızlıq, ürəkbulanma

⚠ Risk faktorları: Siqaret çəkmə, yüksək arterial təzyiq, yüksək xolesterin, şəkərli diabet, artıq çəki, az hərəkətlilik və xroniki stress.

Miokard infarktı şübhəsi olduqda dərhal təcili tibbi yardım çağırmaq lazımdır. Vaxtında müdaxilə ürək əzələsinin zədələnməsini azaldır və həyatı xilas edə bilər.

❗Erkən tanı və düzgün müdaxilə miokard infarktının ağır nəticələrinin qarşısını almaqda həlledici rol oynayır.

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariu
👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

Depressiya niyə təhlükəlidir❓📌Depressiya sadəcə “pis əhval” deyil, ciddi tibbi vəziyyətdir və müalicə olunmadıqda bir ço...
18/03/2026

Depressiya niyə təhlükəlidir❓

📌Depressiya sadəcə “pis əhval” deyil, ciddi tibbi vəziyyətdir və müalicə olunmadıqda bir çox risklər yaradır:

🔻Psixoloji təhlükələr bunlardı:
➡️Uzunmüddətli kədər, ümidsizlik və həyat marağının itməsi
➡️İnamsızlıq və günahkarlıq hissi
➡️Konsentrasiya və qərarvermə qabiliyyətinin zəifləməsi
➡️Sosial təcrid (insanlardan uzaqlaşma)

🔻Fiziki təsirlər bunlardı:
➡️Yuxu pozuntuları (çox yatmaq və ya yuxusuzluq)
➡️İştaha dəyişiklikləri (həddən artıq yemək və ya iştahasızlıq)
➡️Xroniki yorğunluq
➡️Baş ağrısı, ürək problemləri kimi somatik şikayətlər

Nə etmək lazımdır❓
✅Psixoloq və ya psixiatr dəstəyi almaq
✅Ailə və dostlarla ünsiyyətdə qalmaq
✅Fiziki aktivlik və sağlam həyat tərzi
✅Lazım olduqda dərman müalicəsi.

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

👦 Uşaqlarda boyun kiçik qalmasının hormonal səbəbləri bəzən böyümə prosesinə cavabdeh olan hormonların çatışmazlığı və y...
17/03/2026

👦 Uşaqlarda boyun kiçik qalmasının hormonal səbəbləri bəzən böyümə prosesinə cavabdeh olan hormonların çatışmazlığı və ya pozğunluğu ilə əlaqəli olur. Normalda uşağın boyu genetik faktorlar, qidalanma və hormonların düzgün işləməsi ilə formalaşır.

🆘 Əsas hormonal səbəblər:
⭕ Böyümə hormonunun çatışmazlığı – hipofiz vəzinin kifayət qədər böyümə hormonu ifraz etməməsi uşağın boy artımını ləngidə bilər.
⭕ Qalxanabənzər vəzinin zəif fəaliyyəti (hipotireoz) – maddələr mübadiləsini və böyüməni yavaşlada bilər.
⭕ Kortizol hormonunun artıqlığı – bəzi hormonal pozğunluqlarda boy artımına mənfi təsir göstərə bilər.

⚠ Diqqət edilməli əlamətlər:
➡️ Yaşıdlarına nisbətən boyun xeyli geri qalması
➡️ Boy artımının yavaşlaması
➡️ Gecikmiş fiziki inkişaf

‼️ Uşağın boy artımı ilə bağlı şübhə olduqda, pediatr və ya endokrinoloq müayinəsi vacibdir. Erkən diaqnoz və düzgün müalicə uşağın normal böyümə potensialını qorumağa kömək edə bilər.

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

📌 Göy öskürək (boğmaca) – tənəffüs yollarının bakterial infeksiyasıdır və əsasən uşaqlarda rast gəlinir. Xəstəliyin törə...
16/03/2026

📌 Göy öskürək (boğmaca) – tənəffüs yollarının bakterial infeksiyasıdır və əsasən uşaqlarda rast gəlinir. Xəstəliyin törədicisi Bordetella pertussis bakteriyasıdır və çox yoluxucudur. İnfeksiya əsasən hava-damcı yolu ilə yayılır.

🆘Əsas əlamətləri:
⭕️Uzunmüddətli və tutma şəklində güclü öskürək
⭕️ Öskürəkdən sonra dərin və səsli nəfəs alma (“göy” səsi)
⭕️ Qusma ilə müşayiət olunan öskürək tutmaları
⭕️ Halsızlıq və yuxu pozğunluğu

Xəstəlik xüsusilə körpələr üçün təhlükəli ola bilər və bəzən nəfəs dayanması kimi ağırlaşmalara səbəb ola bilər.

👍Qorunma və müalicə
Göy öskürəyin qarşısını almağın ən effektiv yolu peyvənddir. Erkən mərhələdə diaqnoz qoyulduqda antibiotik müalicəsi və həkim nəzarəti ilə ağırlaşma riskini azaltmaq mümkündür.

‼️ Uzun müddət davam edən və tutma şəklində olan öskürək müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

💓Stress Test ( bəzən də Tredmil və ya fiziki yüklənmə testi adlanır) xəstənin ürəyinin iş yükünü hesablamağa imkan verir...
14/03/2026

💓Stress Test ( bəzən də Tredmil və ya fiziki yüklənmə testi adlanır) xəstənin ürəyinin iş yükünü hesablamağa imkan verir.

❗Bu xidmətdən West Medical Center-də icbari sığorta ilə yararlana bilərsiniz/

🟣Bu test ürəyi qidalandıran koronar arteriyalarda qan təchizatının pozulması olarsa, onu aşkar edər, həmçinin xəstə üçün lazım olan fiziki aktivliyin dərəcəsini və səviyyəsini təyin etməyə kömək edir.

Nə zaman pasiyentlərə Stress test etmək lazımdır❓
🟣Fiziki gərginlik ilə aritmiyaların meydana gəlib-gəlmədiyini aşkar edilməsi.
🟣Ürək damar sistemi xəstəliklərinin araşdırılması.
🟣Sinədə olan ağrı və təngənəfəsliyin ürəklə bağlı olub olmamasını.
🟣Aparılan müalicənin effektivliyinin təyin edilməsi.
🟣Fiziki gərginliyin arterial təzyiqin yüksəlməsinə nə dərəcədə təsir göstərdiyini təyin etmək üçün
🟣Pasient kardio reabilitasiyaya və ya digər idman proqramına başlayarkən hansı səviyyədə bunu edəcəyini təyin edən bir müayinə üsuludur.

⚡Ürəyi yoxlamaq üçün Stress Test adətən Tredmil adlanan qaçış zolağı üzərində,veloerqometrlə aparılır.

‼️Ürəyin fiziki yükə nə qədər dözümlü olub-olmamasını bilmək üçün həm sakit,dinc halda,həm də fiziki hərəkət zamanı test olunur.

❗Həkim Kardioloq Xəstənin şikayətlərinə görə Stress Test(Tredmili) təyin edir və pasiyentə lazımı tapşırıqlarını verir. Alınan nəticə həkim kardioloq tərəfindən qiymətləndirilir.

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

🧬 Kalsium bədən üçün ən vacib minerallardan biridir. O, sümüklərin möhkəmliyi, əzələlərin işi, sinir sistemi və ürəyin n...
13/03/2026

🧬 Kalsium bədən üçün ən vacib minerallardan biridir. O, sümüklərin möhkəmliyi, əzələlərin işi, sinir sistemi və ürəyin normal fəaliyyəti üçün mühüm rol oynayır.

‼️ Kalsium çatışmazlığı isə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

🔻 Çatışmazlığın mümkün təsirləri:
✅ Sümüklərin zəifləməsi və qırıq riskinin artması
✅ Əzələ spazmları və zəiflik
✅ Sinir sistemində pozğunluqlar, yuxusuzluq və əsəbilik
✅ Ürək ritmində dəyişikliklər
✅ Diqqət və yaddaşın zəifləməsi

🔻 Kalsium səviyyəsini qorumaq üçün:
✔️ Kalsiumla zəngin qidalar qəbul edin
✔️ D vitamini səviyyəsini qoruyun
✔️ Mütəmadi fiziki aktiv olun

‼️ Əgər kalsium çatışmazlığı əlamətləri müşahidə olunursa, həkimə müraciət etmək və analizlərlə səviyyəni yoxlatmaq vacibdir.

🩺 West Medical Center laboratoriyasında bütün analizlər müasir tibbi standartlara uyğun həyata keçirilir.

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)

👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/

🔎Sidikdə qan tibdə hematuriya adlanır.✅Bu artıq sidik sisteminin xəstəliklərinə işarədir.🔻Sidikdə qan o halda baş verir ...
12/03/2026

🔎Sidikdə qan tibdə hematuriya adlanır.

✅Bu artıq sidik sisteminin xəstəliklərinə işarədir.

🔻Sidikdə qan o halda baş verir ki, sidik sisteminə daxil olan orqanların birində: sidik kisəsi, sidik yolları, böyrəklərdə hansısa sahə müxtəlif agentlər tərəfindən zədələnsin.

🔻Hematuriyanın 2 növü var:
🟣Masroskopik - insan öz gözü ilə asanlıqla sidikdə qanı, izlərini görür, sidiyin rəngi dəyişir, çəhrayı və ya qəhvəyi olur.
🟣Mikroskopik - Sidikdə qan yalnız analizlərlə təyin olunur. İnsan özü heç nə görmür.

🔻Simptomları:
⚡Tez-tez ağrılı sidiyə getmə
⚡Qaşınma, yanma, göynəmə
⚡Sidiyin rəngi və qoxusunun pisləşməsi
⚡Çanaq, qasıq və beldə ağrılar

✅İnfeksiya vaxtında aşkar olunmadıqda infeksiya irəliləyir, xronikləşir, ağırlaşmalar verə bilir.

❗Diaqnoz üçün Uroloq müayinəsi məsləhət görülür birinci sidik sistemini yoxlanılır. Qadınlar isə yanaşı ginekoloqa da getməlidir. USM, KT, analizlər, lazım gələrsə bağırsaqların müayinəsi təyin edilir.

✨Həyat sağlam olunca gözəl!

Əlaqə üçün:
📲(+994) 55 643 36 24
📍 H.Məmmədquluzadə küçəsi
(Yeni Gəncə 6 nömrəli notariusun yanı)
👉 https://www.facebook.com/vest.medical.center
👉 https://www.instagram.com/vest_medical_center/


̈mumianalizi

Address

H. Məmmədquluzadə Küçəsi
G***a
2000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994556433624

Website

Alerts

Be the first to know and let us send you an email when Vest Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Vest Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category