Gence Beynelxalq Xestexanasi

Gence Beynelxalq Xestexanasi Gəncə Beynəlxalq Xəstəxanasının rəsmi Facebook səhifəsi

Milli Mətbuat Günü münasibətilə müasir dövrdə informasiyaların geniş auditoriyaya peşəkar şəkildə çatdırılmasında əvəzsi...
22/07/2025

Milli Mətbuat Günü münasibətilə müasir dövrdə informasiyaların geniş auditoriyaya peşəkar şəkildə çatdırılmasında əvəzsiz rolu olan jurnalistləri, media nümayəndələrini səmimi qəlbdən təbrik edir, hər bir qələm əhlinə cansağlığı, cəmiyyətimizin aparıcı qüvvələrindən birinə çevrilmiş milli mətbuatımızın inkişafı sahəsindəki fəaliyyətində uğurlar və yeni-yeni nailiyyətlər arzulayırıq!
✍️Əziz jurnalistlər, qələminiz iti, düşüncələriniz aydın, yolunuz hər zaman açıq olsun!

Gəncə Beynəlxalq Xəstəxanası və Gəncə SOS Uşaq Kəndinin birgə  təşkilatçılığı ilə uşaqlara və müəllimlərə “İlk tibbi yar...
12/07/2025

Gəncə Beynəlxalq Xəstəxanası və Gəncə SOS Uşaq Kəndinin birgə təşkilatçılığı ilə uşaqlara və müəllimlərə “İlk tibbi yardımın göstərilməsi” üzrə təlim keçirildi.

Uşaqlar yalnız ailələrin deyil, bütün cəmiyyətin ümumi məsuliyyətidir. Buna görə də onların həyatı, sağlamlığı və rifahı hər bir toplum üçün əsas olmalıdır. Erkən yaşlardan əldə edilən bacarıqlar, xüsusilə ilkin tibbi yardım sahəsindəki bilik və təcrübələr uşaqların təkcə məktəb mühitində deyil, həm də gələcək həyatlarında böyük əhəmiyyət daşıyır. İlkin tibbi yardım bacarıqlarının uşaqlara erkən yaşda öyrədilməsi onların özlərini daha təhlükəsiz və güvənli hiss etmələrinə səbəb olur. Bu həm də onların sağlam şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.

  sümük toxumasının sıxlığını və mineral kütləsini müəyyən etmək üçün istifadə olunan müayinə üsuludur.Sümük toxumasının...
12/07/2025

sümük toxumasının sıxlığını və mineral kütləsini müəyyən etmək üçün istifadə olunan müayinə üsuludur.
Sümük toxumasının sıxlığı rentgen və ya ultrasəs densitometriyası vasitəsi ilə təyin olunur.

Rentgen densitometriyası zamanı sümük toxumasının sıxlığı rentgen şəkillərinin çəkilməsi vasitəsi ilə aparılır.
Ultrasəs densitometriyası isə sümük toxuması boyunca ultrasəs dalğalarının yayılması sürətini ölçən cihaz vasitəsi ilə aparılır.
Densitometriya zamanı alınan nəticələr kompyüter proqramı vasitəsilə eyni yaşa və cins qrupuna daxil olan insanların normal göstəriciləri ilə müqayisə edilir. Sümük toxumasının möhkəmliyini və eləcə də mexaniki təzyiqlərə qarşı davamlılığını aşkara çıxaran metod, məhz densitometriyadır.

Densitometriyanın aparılmasında əsas məqsəd osteopeniya və osteoparozu müəyyən etməkdir. Densitometriya osteoparozun ilkin əlamətlərini belə aşkara çıxarmağa imkan verir.

Osteoparoz – sümük toxumasında mineral sıxlığın azalması və kövrəkliyin artması deməkdir. Osteoparoz çox geniş yayılmış bir xəstəlik olub, xüsusilə qadınlarda menopauza dövründə daha çox rast gəlinir. Sümük toxumasının sıxlığına və mineral kütləsinin azalmasına şübhə olan hallar densitometriyada göstərillir. 40 yaşdan yuxarı qadınlarda və erkən menopauza dövründə, kişilərdə isə 60 yaşdan yuxarı bu müayinənin aparılması məsləhətdir. Qalxanvariətraf vəzin xəstəliklərində (hiperparatireoz), cüzi travmalar nəticəsində yaranan sınıqlarda, qlükokortikoidlər, oral kontraseptlər, trankflizatorlar və psixotrop preparatlar qəbul edən şəxslər üçün də densitometriyanın aparılması vacibdir.
Ultrasəs densitometriya müayinəsi tez bir zaman ərzində aparılması və orqanizmə tam zərərsiz olması ilə fərqlənir. Hamilə qadınlarda belə densitometriya müayinəsi aparıla bilər.

Əlavə məlumat almaq üçün:
☎ (022) 303
📞 (055) 500 71 00 (WhatsApp)

#Гянджа #госпиталь

11/07/2025

Endokrinoloq Dr.Şəhla Verdiyevadr.shahlaverdiyeva

26/06/2025

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən naminə müqəddəs və şərəfli xidmətdə olan hərbiçilərimizi 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirik!
Bayramınız mübarək olsun!🇦🇿❤️

12-si Beynəlxalq Tibb Bacısı/Tibb Qardaşı Günüdür. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında, həkim ...
12/05/2025

12-si Beynəlxalq Tibb Bacısı/Tibb Qardaşı Günüdür.
Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında, həkim göstərişlərini yerinə yetirənlər, üzərlərinə böyük vəzifə düşən, fədakar tibb bacılarımızı, qardaşlarımızı və o cümlədən, onların bütün həmkarlarını Gəncə Beynəlxalq Xəstəxanasının kollektivi adından başda rəhbərlik olmaqla təbrik edir, möhkəm can sağlığı və işlərində bol-bol uğurlar arzulayır!
Özəl gün münasibətilə Gəncə Beynəlxalq Xəstəxanasında çalışan tibb bacılarına və tibb qardaşlarına xəstəxanada çalışdıqları müddətdə üzərilərinə düşən xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə rəhbərlik tərəfindən hədiyyələr verildi.

Bird aha təbrik edirik!

05/05/2025

5 MAY DÜNYA ƏL GİGİYENA GÜNÜ


Bu gün bizim əziz və hörmətli  Otorinolarinqoloq Dr. Mayil Əliyevin yubileyidir. Bütün Gəncə Beynəlxalq Xəstəxanasının k...
01/05/2025

Bu gün bizim əziz və hörmətli Otorinolarinqoloq Dr. Mayil Əliyevin yubileyidir. Bütün Gəncə Beynəlxalq Xəstəxanasının kollektivi başda rəhbərlik olmaqla hörmətli Doktorumuzu təbrik edir, uzun ömür və can sağlığı arzulayırıq!

Ad gününüz mübarək olsun Doktor! .mayileliyev

22/04/2025


Hörmətli İzləyicilərimiz!
Çox saylı istəklərinizi nəzərə alaraq estetik və plastik əməliyyatlara endirim kompaniyasına start verdik.
Qeyd edək ki, həkim müayinəsi

Kompaniya 1 ay ərzində davam edəcəkdir.
dr.raufnamazaliyevuzman.dr.rauf

⚠️Daha ətraflı məlumat almaq üçün bu nömrə ilə əlaqə saxlamağınız xahiş olunur 055 500 71 00

Address

G***a
2010

Telephone

+994555007100

Alerts

Be the first to know and let us send you an email when Gence Beynelxalq Xestexanasi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Gence Beynelxalq Xestexanasi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category