30/09/2022
Katarakt əməliyyatının nə vaxt aparılması cərrah və xəstənin birgə qərarından asılıdır. Ümumiyyətlə, katarakta səbəbiylə görmə səviyyəsi 60% düşdüyündə və ya görmə səviyyəsindən asılı olmayaraq xəstənin görmə qabiliyyəti pozulduqda katarakt əməliyyatının aparılması məqsədəuyğundur.
Müalicə çox gecikdikdə katarakta sərtləşir və linzanı əritmək üçün çox yüksək enerji tələb olunur, əməliyyat müddəti uzanır. Buynuz qişada ödəm əmələ gələ bilər və sağalma prosesi gecikə bilər. Əməliyyat nə qədər tez aparılsa, bərpa prosesi bir o qədər tez olar.
Bu səbəbdən katarakta əməliyyatının gecikdirilməsinə həm xəstənin göz sağlamlığı, həm də əməliyyatın müvəffəqiyyəti üçün üstünlük verilmir. Katarakta müalicə edilməzsə, irəliləyir və görmə qabiliyyəti tamamilə itirilir.
🌐 www.drfuadhidayetov.az
➡️ .fuadhidayetov
➡️ https://www.facebook.com/dr.fuadhidayetov
📱 (051) 310 15 20
📍Ünvan: Gəncə Beynəlxalq Xəstəxanası