monolab.az

monolab.az 📱Mob.: (055) 9410011
📱Watsap.: (070) 9410011
monolab.az

🧪🧪Tibbi kurslar Monolab tədris mərkəzində!🔬Tibb bacısı kursu (Klinikada praktika)🔬Əczaçı kursu (Aptekdə praktika)🔬Hicama...
18/06/2024

🧪🧪Tibbi kurslar Monolab tədris mərkəzində!
🔬Tibb bacısı kursu (Klinikada praktika)
🔬Əczaçı kursu (Aptekdə praktika)
🔬Hicama kursu, Zəli terapiya kursu
🔬Tibbi massaj kursu
🚩🚩Kursun sonunda diplom verilir!

​​​​​​​ ​​​​​​​ ​​​​​​​ ​​​ ​​​​​ ​​ ​

📱Mob.: (055) 9410011
📱Whatsapp.: (070) 9410011

🩸🔬  metioninin aminturşusunun metabolizmi nəticəsində əmələ gəlib, qısa müddət ərzində parçalanan və orqanizmdə çox az m...
02/09/2022

🩸🔬 metioninin aminturşusunun metabolizmi nəticəsində əmələ gəlib, qısa müddət ərzində parçalanan və orqanizmdə çox az miqdarda olan aminturşudur. Miqdarı orqanizmdə artdığı zaman ürək-damar xəstəlikləri, insult, Altsheymer, osteoporoz (sümüklərdən kalsiumun itirilməsi) kimi xəstəliklərin yaranma riski artır.

⚠️☝️Homosistein iki yolla parçalanır: B qrupu vitaminlər və ya fermentasiya yolu ilə. Homositeinin parçalanmasında B6, B12 və B9 (folat turşusu) vitaminləri iştirak edir. Beləliklə, orqanizmdə bu vitaminlərin çatışmazlığı zamanı qanda homosisteinin miqdarı artır.

📌Homosistein infarkt və ya insult riski yüksək olan insanlar üçün önəmli göstərici hesab oluna bilər. Ailə tarixçəsində ürəyin işemik xəstəliyi olan, lakin, yüksək qan təzyiqindən, piylənmədən və siqaret çəkmə vərdişindən əziyyət çəkməyən insanlarda ürək-damar xəstəliklərinin diaqnozu üçün əhəmiyyətli sayılır. Bu halda homosisteinin yüksək miqdarı damar divarlarının zədələnməsinə və qan laxtalarının yaranmasına səbəb olub, ateroskleroz xəstəliyinin yaranma riskini artırır.

​⚕️​​ MONOLAB —​ Klinika və laboratoriya🔬
📱​ Mob.: (055) 9410011
📱​ Whatsapp.: (070) 9410011
🚩MİDA - Hövsan Yaşayış Kompleksi
🌐monolab.az

​​​​  ​​​​​  ​​​​​  ​​​​​  ​​​​​  ​​​​​​​​​​​​ 

⚕️☝️Pəhriz və qidalanma ilə bağlı daha çox məlumat sahibi olmağa başlayanda   kimi ifadələr də eşidəcəksiz. Bir çox vəzi...
31/08/2022

⚕️☝️Pəhriz və qidalanma ilə bağlı daha çox məlumat sahibi olmağa başlayanda kimi ifadələr də eşidəcəksiz. Bir çox vəziyyətdə idmançılar metabolizmin nə olduğu haqqında qeyri müəyyən fikrə sahibdirlər və tam olaraq nə olduğunu bilmirlər. Bu yazıda bunun nə olduğunu anlamağınıza kömək edə bilmək üçün enerji metabolizmi anlayışını detallı araşdıraq.

📌​Birincisi, insan orqanizminin sadəcə hərəkət kimi fəaliyyətləri icra etmədiyini bilmək vacibdir. Hər hansı bir anda bədən, bədən temperaturunu tənzimləmək, qidaları həzm etmək, hormon ifrazı kimi çox sayda enerji tələb edən fəaliyyətlə məşğul olur.

⚠️Hüceyrə şəklində bədənin fəaliyyətinə baxsaq, hər bir hüceyrə həyatda qala bilmək üçün müəyyən miqdarda enerji və oksigenlə təmin edilməlidir.

⚡Hüceyrə qida qəbul edir və onları qlükoza və enerji əldə etmək üçün istifadə etdikləri Krebs dövranı​ kimi qarışıq prosesdə istifadə edirlər. Bundan əlavə olaraq, bəzi fəaliyyətlər hüceyrələrə zərər verə bilər, buna görə də düzgün işləmələri üçün bərpa edilməlidirlər.



​⚕️​​ MONOLAB —​ Klinika və laboratoriya🔬
📱​ Mob.: (055) 9410011
📱​ Whatsapp.: (070) 9410011
🚩MİDA - Hövsan Yaşayış Kompleksi
🌐monolab.az

​​​  ​​​​  ​​​​  ​​​​  ​​​​​​​​​​​  ​​​​​​​​​​​ 

↗️Hipoksiya, yəni oksigen çatışmazlığı tibdə ən ciddi problemlərdən sayılır. Belə bir halın yaranmasının isə bir çox səb...
29/08/2022

↗️Hipoksiya, yəni oksigen çatışmazlığı tibdə ən ciddi problemlərdən sayılır. Belə bir halın yaranmasının isə bir çox səbəbləri ola bilər.

🩺Hipoksiya nədir? Hansı səbəblər oksigen çatışmazlığı yaradır? Oksigen çatışmazlığının olduğunu necə bilmək olar?

⚕️Oksigen bütün canlıların tәmәlidir. İnsan qidasız bir neçə ay, susuz bir neçә gün, oksigensiz isә ancaq bir neçә dәqiqә yaşaya bilәr. Hipoksiya oksigen çatışmazlığıdır. ​

⚠️Hipoksiyanın müəyyən simptomları var ki, bu əlamətlər hipoksiyanın bütün növlərində eyni şəkildə özünü göstərir. İlk növbәdә sinir sistemi qıcıqlanmış vәziyyәtdә olur, nәfәs vә ürәk döyüntüsü tez tez olur, dәrinin rәngi qaçır vә soyuq tәr gəlir.

💥Sonra beyin funksiyaları yavaşlayır: hissiyat​ itkisi, baş gicәllәnmә, yuxululuq, şüurun qismәn sonra isә tamamilә itmәsi.

​⚕️​​ MONOLAB —​ Klinika və laboratoriya🔬
📱​ Mob.: (055) 9410011
📱​ Whatsapp.: (070) 9410011
🚩MİDA - Hövsan Yaşayış Kompleksi
🌐monolab.az

​​  ​​​  ​​​  ​​​​​​​​​​  ​​​​​​​​​​  ​​​​​​​​​​ 

🫀🩺 ​ – anadangəlmə və sonradan qazanılma ürək qüsurları haqqında ən dəqiq və eyni zamanda qeyri invaziv müayinə üsulu he...
26/08/2022

🫀🩺 ​ – anadangəlmə və sonradan qazanılma ürək qüsurları haqqında ən dəqiq və eyni zamanda qeyri invaziv müayinə üsulu hesab edilir.Ürəyin ultrasəs müayinəsini aparmaq üçün əsas göstərişlər aşağadakılardır:📝

⚡​Anadangəlmə və ya sonradan qazanılma ürək qüsurlarına şübhə olduqda.
⚡Ürəkdə hər hansı bir küy eşidilərsə.
⚡Adi kardioqramma zamanı dəyişiklk tapılarsa
⚡Miokard infarktına şübhə olduqda habelə infarktı keçirmiş xəstələr
⚡Xəstələrdə ürək nahiyyəsində ağrılar, tənginəfəslik olduğu zaman
⚡Qan təzyiqinin yuxarı və ya aşağı olarsa
⚡Keçirilən ürək əməliyyatlarından sonrakı nəzarət məqsədi ilə.
⚡Hal hazirda müasir exokardioqrafiya bir neçə variantlarda aparıla bilər
⚠️Sadə B-rejimli exokardioqrafiya– adından bəlli olduğu kimi ürəyin və onun müxtəlif hissələri(qapaqlar, ürək boşluğu) adi olaraq görməyə imkan yaradı
⚠️M-rejim burada ürəyin yoxlanılması xüsusi qrafik formasında alınmış təsvirin üzərində aparılır.Köməkşi üsul hesab edilir və əksəriyyət hallarda birinci üsul ilə birlikdə aparılır.



​⚕️​​ MONOLAB —​ Klinika və laboratoriya🔬
📱​ Mob.: (055) 9410011
📱​ Whatsapp.: (070) 9410011
🚩MİDA - Hövsan Yaşayış Kompleksi
🌐monolab.az

​  ​​  ​​​​​​​​​  ​​​​​​​​​  ​​​​​​​​​  ​​​​​​​​​ 

⚕️🩺Analiz acqarna verilməlidir​ – qaraciyər bildiyimiz kimi həzm prosesində aktiv iştirak edir, ona görə də analiz öncəs...
24/08/2022

⚕️🩺Analiz acqarna verilməlidir​ – qaraciyər bildiyimiz kimi həzm prosesində aktiv iştirak edir, ona görə də analiz öncəsi qəbul edilən qida nəticənin dəyişməsinə səbəb ola bilər.​ ​ Son qida qəbulu analizdən azı 8 saat öncə olmalıdır. Həmçinin bu içkilərə də aiddir. Analiz öncəsi yalnız su içilə bilər. Bundan əlavə analiz öncəsi heç olmasa 24 saat acılı və yağlı qidadan çəkinmək tövsiyə olunur.

⚠️ Alkoqol qadağandır!​ – Hətta az dosada belə alcohol qaraciyərə yuk salır və qanın xarakteristikasını (xüsusən də laxtalanma) dəyişir. Ona görə də qan analizi və son alkohol qəbulu arasında azı 3 gün olmalıdır.

☝️ Siqarət çəkmək olmaz​ – Əgər qeyd olunan zərərli vərdişiniz varsa son siqaret analizdən 12 saat əvvəl çəkilməlidir.

↗️ İdman gözləyə bilər​ – Analiz verməzdən 3 gün öncə fiziki yükün azaldılması və idmanın dayandırılması tövsiyə olunur. Bu kateqoriyaya həmçinin psixoemosional gərginlik, stress vəziyyəti də aiddir. Yuxu normasının gözlənilməsi də vacibdir.

📌 Dərman qəbulu dayandırılır​ – Analiz nəticəsinə hətta adi vitamin qəbulu da təsir edə bilər, ona görə analizdən 1 həftə öncə dərman qəbulunun dayandırılması lazımdır. Bəzi dərman maddələri qanın xarakteristikasına uzun müddətli təsir göstərə bilər, ona görə hər bir halda müalicə həkimi ilə məsləhətləşmək lazımdır.

Qaraciyər analizlərinə aiddir: total Bilirubin, düz bilirubin, ALT, AST, QQT, qələvi fosfataza.


​⚕️​​ MONOLAB —​ Klinika və laboratoriya🔬
📱​ Mob.: (055) 9410011
📱​ Whatsapp.: (070) 9410011
🚩MİDA - Hövsan Yaşayış Kompleksi
🌐monolab.az

​​​​​​​  ​  ​​​​​​​​  ​​​​​​​​  ​​​​​​​​  ​​​​​​​​ 

🔴İnsanın orqanizmində ifraz olunan hormonlar inkişaf, böyümə, bəzi metabolik funksiyaların yerinə yetirilməsində xüsusi ...
22/08/2022

🔴İnsanın orqanizmində ifraz olunan hormonlar inkişaf, böyümə, bəzi metabolik funksiyaların yerinə yetirilməsində xüsusi rola sahibdir.
🔴Bu hormonlardan biri kortizoldur. Kortizolun vəzifəsi fiziki və psixoloji gərginliyi nəzarət altında saxlamaqdan ibarətdir və böyrəküstü vəzidən ifraz olunur. İnsan stressli olduğu zaman orqanizmdə kortizol hormonunun səviyyəsi yüksəlir.

​Kortizolun uzun müddət yüksək səviyyədə olması müxtəlif mənfi nəticələrə səbəb olur:

🔹Yüksək qan şəkəri
🔹 İmmunitetin zəifləməsi
🔹 Artıq çəki

🔴Kortizol ifrazı fərdlər arasında dəyişir. İnsan bioloji olaraq stressə fərqli reaksiya verir. Bir insan digər insana nəzərən eyni hadisəyə fərqli reaksiya verə bilər. Sağlam həyat üçün stresdən uzaq olmaq vacibdir.



​⚕️​​ MONOLAB —​ Klinika və laboratoriya🔬
📱​ Mob.: (055) 9410011
📱​ Whatsapp.: (070) 9410011
🚩MİDA - Hövsan Yaşayış Kompleksi
🌐monolab.az

​​​​​​  ​​​​​​​  ​​​​​​​  ​​​​​​​  ​​​​​​​  ​​​​​​​ 

🔬🩸Bu analiz ən informativ analizlərdən biridir, böyrək, öd kisəsi, həzm, qaraciyər, ürək-damar sisteminin vəziyyətini qa...
19/08/2022

🔬🩸Bu analiz ən informativ analizlərdən biridir, böyrək, öd kisəsi, həzm, qaraciyər, ürək-damar sisteminin vəziyyətini qanda əks etdirir.

🫀​Biokimyəvi analizə nələr daxildir?

​- Bilirubin, ALT, AST – qaraciyər və öd

- Ümumi zülal və kreatin – böyrəklərin funksiyası

- Xolesterin, lipid –ürək-damar

​- Qanazlığı üçün qanda dəmir, ferritin

- Şəkərli diabet üçün qanda qlükoza

​- Eləcə də baza olaraq analizə CRZ – C reaktiv zülal – bədəndə iltihabı göstərən daxil edilir.

⚕️​Biokimyəvi analizi profilaktik olaraq ildə 2 dəfə verə bilərsiz.

Analiz səhər acqarına verilməlidir.

​Axşam yağlı ət qidası yemək, spirtli içki, qəhvə içmək olmaz.

​Analizdən 30 dəqiqə qabaq siqaret çəkməyin.

​⚕️​​ MONOLAB —​ Klinika və laboratoriya🔬
📱​ Mob.: (055) 9410011
📱​ Whatsapp.: (070) 9410011
🚩MİDA - Hövsan Yaşayış Kompleksi
🌐monolab.az

​​​​​  ​​​​​​  ​​​​​​  ​​​​​​  ​​​​​​  ​​​​​​ 

📌 Allergiya testi allergiyaya səbəb olan qida, toz, ev tozu gənəsi, arı və başqa müxtəlif allergenlərə qarşı spesifik Ig...
17/08/2022

📌 Allergiya testi allergiyaya səbəb olan qida, toz, ev tozu gənəsi, arı və başqa müxtəlif allergenlərə qarşı spesifik IgE miqdarını ölçərək həm bütün tənəffüs yollarını, həm də bütün qida allergiyalarını və bədənimizin allergiya səviyyəsini təsbit edə bilən yeni nəsil testdir ✅

🖇 Molekulyar allergiya testi nano texnologiyaya əsaslanan və elmi cəhətdən sübut edilmiş allergiya test üsuludur.

🖇 Molekulyar Allergiya Paneli testi - allergik xəstəliklərin diaqnozunda:
- müalicəyə qeyri-adekvat cavab verən xəstələrdə İgE anticisiminin təyinində
- səbəbi müəyyən edilə bilməyən mədə-bağırsaq disfunksiyalarında
- həqiqi və çarpaz allergenlərin təyinində
- geniş spektrli allergenlərə qarşı həssaslığın aşkarlanmasında
- kəskin allergik reaksiyaların riskinin qarşısının alınmasında
- allergen spesifik immunoterapiya (ASIT) üçün dərman seçimində
- allergiyaya səbəb olan faktorlar tam müayinə edilə bilmədikdə
-qeyri-stabil astma, ağır ekzema, xroniki qırmızı qurd eşənəyi (Lupus eritromozis) xəstəliyində istifadə olunur.



⚕️​​ MONOLAB —​ Klinika və laboratoriya🔬
📱​ Mob.: (055) 9410011
📱​ Whatsapp.: (070) 9410011
🚩MİDA - Hövsan Yaşayış Kompleksi
🌐monolab.az

​​​​  ​​​​​  ​​​​​  ​​​​​  ​​​​​  ​​​​​ 

🩸🩺Leykositlər insanlar arasında “ağ qan” deyə bilinə​ hüceyrələr orqanizmi mikroblardan və zərərli toksinlərdən qoruyan ...
15/08/2022

🩸🩺Leykositlər insanlar arasında “ağ qan” deyə bilinə​ hüceyrələr orqanizmi mikroblardan və zərərli toksinlərdən qoruyan immun sistemimizin mübarizə aparan hüceyrələridir.

🔬Ağ qan hüceyrələri 5 növə ayrılır:

📝Neytrofillər: Ağ qan hüceyrələrinin 55-70% -ni təşkil edən neytrofillər (NEU), bədənə daxil olan xarici orqanizmlərə ilk reaksiya verən ağ qan növüdür. İmmun sisteminin əsas hissəsini təşkil edən neytrofillər bakteriya və göbələkləri məhv etmək üçün kimyəvi fermentlər ifraz edərək onların lizisini həyata keçirir.

📝Limfositlər: Sümük iliyi tərəfindən istehsal olunan limfositlər (LYM) limfa toxumasında və sümük iliyində olur. İstehsal olunduğu yerdə qalan limfositlərə B hüceyrələri deyilir. Çox hissəsi sinə nahiyəsində timus adlanan limfa düyününə gedir və T hüceyrələrinə çevrilir. T hüceyrələrinə çevrilən limfositlər limfa düyünlərinə, limfoidə, dalağa, badamcıqlara və bağırsaqlara gəlir. Bədənə digər orqanizmlər düşdükdə immun sistem hüceyrələrini stimullaşdırmaq üçün linfokin ifraz edir və bu hüceyrələrin kənar orqanizmlərə hücum etməsinə imkan yaradır.

📝Monositlər və makrofaqlar: Ağ qan hüceyrələrinin təxminən 8% -ni təşkil edən monositlər (MON) sümük iliyində istehsal olunur. Daha sonra qana daxil olan monositlər qısa müddətdə toxumalara çatır. Bu nöqtədən sonra makrofaq olaraq bilinən ​ bu hüceyrələr bakteriyalara hücum edərək onları məhv edir və toxumalardakı ölü hüceyrələri təmizləyir.

📝Eozinofillər: Bədəndə iltihaba səbəb olan parazitləri məhv edən eozinofillər (EOS), bədəni allergik reaksiyaların səbəb olduğu iltihabdan qoruyur.

📝Bazofillər: Bədəndə ağ qan hüceyrələrinin ən az sayına malik olan bu növ, immunoqlobulin E anticisimlərini istehsalından məsuliyyət daşıyırlar. Qanın axıcılığını artıran bu hüceyrə növü, parazitlərin yaratdığı infeksiya növləri ilə mübarizədə aktiv rol oynayır. Xərçəng hüceyrələrini çox erkən mərhələdə aşkar etmək və məhv etmək kimi funksiyaları da var.

⚕️​​ MONOLAB —​ Klinika və laboratoriya🔬
📱​ Mob.: (055) 9410011
📱​ Whatsapp.: (070) 9410011
🚩MİDA - Hövsan Yaşayış Kompleksi
🌐monolab.az

​​​  ​​​​  ​​​​  ​​​​  ​​​​  ​​​​ 

🧠Beyin qan dövranının pozulması ciddi problemdir. Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəc...
12/08/2022

🧠Beyin qan dövranının pozulması ciddi problemdir. Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə problemlidir. Statistikaya görə, buna nail olan pasiyentlər cəmi 30% təşkil edir. Ən p*s nəticə isə odur ki, insanın hərəkətində, nitqində, çanaq orqanlarının funksiyalarında kobud pozulmalar olur və uzun illər o, iflic vəziyyətində qalır.​

⚠️Yadda saxlayın, insultun qarşısını almaq daha asandır, nəinki onu müalicə etmək! Hipertoniyanı, lipid mübadilənin pozulmasını, şəkərli diabeti müalicə etmək daha asandır, nəinki insultu!

⚠️↗️Düzgün qidalanma rasionuna
Müntəzəm fiziki aktivlik
Tütünün istifadəsindən çəkinmək
Qan təzyiqinizi bilmək
Qanda şəkərin səviyyəsini bilmək
Qanda lipidlərin səviyyəsini bilmək

🩺Yüksək təzyiq damarların divarını zədələməklə damarların daxili qatının (endotelin) funksiyasının pozulmasını yaradır. Zədələnmiş endotelə xolesterin toplanır və bu da damarları daraldır. Bu proses “ateroskleroz” adlanır. Damarda toplanmış xolesterindən ibarət “düyün” artdıqca qan dövranı pozulur və nəticədə stenokardiya yaranır.

⚕️Ən xoşagəlməz hal o zaman meydana çıxır ki, məsələn, hipertonik kriz fonunda koronar arteriyadakı “aterosklerotik düyün” partlayır və bu yerə trombositlər “istiqamət almağa” başlayır. Tromb yaranır, buraya qan axını tamamilə dayanır və bu da nəticədə ürək əzələsinin məhvinə gətirib çıxarır.

🫀Miokard infarktı ən çox hallarda kürək arxasında həddən artıq güclü ağrılarla (çiyinlərə, boyuna və çənənin alt hissəsinə yayılan) müşayiət olunur.​



⚕️​​ MONOLAB —​ Klinika və laboratoriya🔬
📱​ Mob.: (055) 9410011
📱​ Whatsapp.: (070) 9410011
🚩MİDA - Hövsan Yaşayış Kompleksi
🌐monolab.az

​​​​​​​​​  ​​​  ​​​  ​​​  ​​​  ​​​ 

🔬🩺Müxtəlif xəstəliklərin diaqnozunun dəqiq və vaxtında qoyulması laborator tədqiqatlarsız mümkün deyil. Ümumdünya Səhiyy...
10/08/2022

🔬🩺Müxtəlif xəstəliklərin diaqnozunun dəqiq və vaxtında qoyulması laborator tədqiqatlarsız mümkün deyil. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına istinadən laborator tədqiqatlar pasient haqqında 60%-80% diaqnostik informasiya verir. Təbii ki, yalnız analizlə diaqnoz qoyulmur. Laborator analiz növbəti addımın istiqamətini müəyyən edir. Ona görə də, mütəmadi profilaktik laborator müayinələr xəstəliyin vaxtında aşkar edilməsinə təminat verir.

🩸Laboratoriyanın tədqiqat sahəsinə daxil olanlar: kliniki, hematoloji, biokimyəvi, koaquloji, allergik, hormonal, immunoloji, seroloji, mikrobioloji müayinələr, iltihab prosesinin və autoimmun xəstəliklərin markerlərinin təyini, PZR-diaqnostika, dərman monitorinqi.



⚕️​​ MONOLAB —​ Klinika və laboratoriya🔬
📱​ Mob.: (055) 9410011
📱​ Whatsapp.: (070) 9410011
🚩MİDA - Hövsan Yaşayış Kompleksi
🌐monolab.az

​​​​​​​​  ​​  ​​  ​​  ​​  ​​ 

Address

Monolab Tibb Mərkəzi, Hövsan Yaşayış Kompleksi, Qələbə Küçəsi 2
Hövsan
AZ1089

Telephone

+994559410011

Alerts

Be the first to know and let us send you an email when monolab.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category