29/12/2021
Bayrama hazırlaşırsiz?🎄🎄🎄🎄
Yeni il tətilləri, bir tərəfdən, istirahət, güc və yaxşı əhval-ruhiyyə qazanmaq üçün yaxşı bir yoldur, digər tərəfdən, həddindən artıq yemək təhlükəsi var. Təəssüf ki, bu, yalnız qarında ağırlıq hissi deyil, həm də proktoloji xəstəliklərin kəskinləşməsinə səbəb olur. Bu gün sizə tez-tez danışdığım xəstəliklərin kəskinlənməməsinin yollarını xatırlatmaq istəyirəm.
📢Süfrəyə bitki yağları və xama ilə salatlar(mayonezsiz) , bol bol bişmiş tərəvəzlər, yağsız ət və balıq qoymağa çalışın. Bu, bağırsaqlarınızın daha yaxşı işləməsinə kömək edəcək. Yadınıza salmaq istəyirəm ki ağ
çörək və düyü yemək qəbizliyə gətirib çıxarır.
📢Həddindən artıq yeməyin! Gün ərzində normal yeməyə çalışın və axşam Yeni il süfrəsində oturacağam düşüncəsi ilə ac qalmayın‼️Yediyiniz miqdarlara nəzarət etmək çox çətin olacaq. Bu qəbizliyə səbəb olacaq. Və sonra bilirsiz... 🤕
📢İçkilərdən su və kompotlar çalışın içmək. Yaxşı olar ki, bir-iki stəkandan artıq şərab və ya bir-iki stəkandan cox güclü spirtli içki qəbul etmiyəsiz. (Əziz müalicə alan pasiyentlər, sizə xatırlatmaq istəyirəm ki, dərmanları və spirtli içkiləri bir yerdə qəbul etmək olmaz‼️‼️)
📢Yeməkləri çox bişirməməyə çalışırın. Çox bişirəndə insan çox yeyir😉
📢Tətil üçün aktiv tədbirlər planlaşdırın.
Ailə və dostlarla təmiz havada çox gəzin ! Qoy bu bayramlar sizə çoxlu müsbət emosiyalar və ailəniz və dostlarınızla ünsiyyət sevinci bəxş etsin!
Özünüzü goruyun!