Neftçala Rayon Mərkəzi Xəstəxanası

Neftçala Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir. Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

Neftçala Rayon Mərkəzi Xəstəxanasının Akt zalında İnformasiya texnologiyaları üzrə mütəxəssislər tərəfindən “Komputer bi...
16/03/2026

Neftçala Rayon Mərkəzi Xəstəxanasının Akt zalında İnformasiya texnologiyaları üzrə mütəxəssislər tərəfindən “Komputer biliklərinin artırılması” məqsədi ilə təlim keçirilib.

Təlimdə baş tibb bacıları və Xəstə xidmətləri şöbəsinin işçiləri iştirak ediblər.

Təlimin məqsədi vətəndaş məmuniyyətini təmin etmək üçün daha sürətli və keyfiyyətli xidmət göstərmək, işçilərin texnoloji biliklərini yeniləmək, növbələri azaltmaq və sənədləşmə işlərini sürətləndirməklə vaxta qənaət etmək olub.

13/03/2026

  rublikasında həkim-nefroloq Bəşirov Vüqar “Ümumdünya böyrək günü” ilə əlaqədar məsləhətlər verib. Çoxları elə düşünür ...
12/03/2026

rublikasında həkim-nefroloq Bəşirov Vüqar “Ümumdünya böyrək günü” ilə əlaqədar məsləhətlər verib.

Çoxları elə düşünür ki, böyrəklərin tək işi sidik ifraz etməkdir. Lakin bir nefroloq kimi sizə deməliyəm ki, böyrəklər bədənimizin əsas idarəetmə mərkəzidir. Bu gün, Ümumdünya Böyrək Günündə gəlin bu "səssiz qəhrəmanların" əsl funksiyalarına nəzər salaq:
1. Təzyiqin tənzimlənməsi
Təzyiq problemi çox vaxt ürəklə əlaqələndirilsə də, əslində arterial təzyiqin uzunmüddətli tənzimlənməsində böyrəklər həlledici rol oynayır. Böyrəklər ifraz etdiyi hormonlar və bədəndəki duz-su balansını qorumaqla təzyiqə birbaşa nəzarət edir.
2. Vitamin D
Vitamin D-nin bədəndə aktiv formaya çevrilməsi məhz böyrəklərdə baş verir. Əgər böyrəklər düzgün çalışmasa, qəbul etdiyiniz vitaminlər faydasız qala bilər, bu isə sümük əriməsi və daimi yorğunluğa səbəb olur.
3. Diabet dünyada böyrək çatışmazlığının bir nömrəli səbəbidir.Şəkər qanda yüksək olduqda, böyrəklərdəki kiçik qan damarlarını "aşındırır".
4. Hamiləlik zamanı böyrəklər normaldan 50% daha artıq yüklə işləyir. Bu dövrdə böyrəkləri qorumaq həm ananın, həm də körpənin sağlamlığı üçün kritikdir.

Nə etməli?
• Su qəbulu: Ürək-damar sistemini və böyrəkləri qorumaq üçün (əks göstəriş yoxdursa) gün ərzində 2 litrdən çox təmiz su içilməlidir.
• Aşındırıcı və duzlu qidalar: Həddindən artıq duzlu, ədviyyatlı və kimyəvi qatqılı qidalar böyrək toxumasını birbaşa zədələyir.
• Mütəmadi nəzarət: Əgər keçmişdə böyrəyinizlə bağlı bircə dəfə də olsun problem yaşamısınızsa (daş, iltihab, zədə), "sağaldım" deyib keçməyin.
Əgər hamiləlikdə qəfil şişkinlik, güclü baş ağrısı və təzyiq yüksəlməsi varsa, bu, böyrəklərin siqnalıdır. Sidikdə zülalın çıxması mütləq yoxlanılmalıdır.
Şəkər xəstələri ildə ən azı 1-2 dəfə sidikdə zülal (albumin) analizi verməlidir. Bu, böyrək zədələnməsini hələ ağrı və şişkinlik yaranmadan çox erkən mərhələdə aşkar etməyə imkan verir.

Bu gün Ümumdünya Böyrək Günüdür!Böyrəklər orqanizmdə zərərli maddələrin xaric olunmasında, su-duz balansının saxlanılmas...
12/03/2026

Bu gün Ümumdünya Böyrək Günüdür!

Böyrəklər orqanizmdə zərərli maddələrin xaric olunmasında, su-duz balansının saxlanılması və ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır.

Onların sağlam qalması üçün:

💧 Kifayət qədər su için;
🥦 Sağlam qidalanın, duz və şəkəri məhdudlaşdırın;
🏃‍♂️ Aktiv həyat tərzi keçirin;
🩺 Müntəzəm tibbi müayinələrdən keçin.

Böyrəklərinizi qoruyun, sağlamlığınızı gücləndirin!

Bu gün Yel çərşənbəsidir! 🍃Qədim inanclara görə, Yel çərşənbəsində əsməyə başlayan külək qışın son izlərini aparır, təbi...
10/03/2026

Bu gün Yel çərşənbəsidir! 🍃

Qədim inanclara görə, Yel çərşənbəsində əsməyə başlayan külək qışın son izlərini aparır, təbiəti dirçəldir.🌱 Xalq arasında bu gün “Küləkli çərşənbə”, “Badi çərşənbə” və “Nəfəs çərşənbə”si kimi də tanınır. 🌬️

Bu gündən etibarən əsən külək torpağı canlandırır, od alovlanır, su hərəkətə gəlir, baharın nəfəsi daha çox hiss olunur.

Yel çərşənbəsi evinizə bərəkət, qəlbinizə ümid və sevinc gətirsin!

Əziz xanımlar, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hər birinizi təbrik edir, sizə möhkəm cansağlığı və xoşbəx...
08/03/2026

Əziz xanımlar, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hər birinizi təbrik edir, sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq!

Ölkəmizin parlaq gələcəyi, xalqımızın rifahı naminə qazanılan bütün böyük uğurlarda qadınların rolu əvəzsizdir!

Bu gün qadınlar ictimai-siyasi, elm, təhsil, mədəniyyət və səhiyyə sahələrində uğurlu fəaliyyətləri ilə fərqlənirlər.

Bayramınız mübarək!

🌹

08/03/2026
08/03/2026

Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

https://president.az/az/articles/view/71808

Neftçala Rayon Mərkəzi Xəstəxanasında vebinar-təlim keçirilib.Neftçala Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatrların i...
07/03/2026

Neftçala Rayon Mərkəzi Xəstəxanasında vebinar-təlim keçirilib.

Neftçala Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatrların iştirakı ilə Zoom platforması üzərindən “Uşaqlarda bronxial astma və xəstəxanadankənar pnevmoniyaların diaqnostika, müalicəsi üzrə klinik protokol” mövzusunda vebinar-təlim təşkil olunub.

Bu təlimin əsas məqsədi uşaqlarda ən çox rast gəlinən aşağı tənəffüs yolları xəstəliklərinin diaqnostika və müalicəsində vahid, sübutlu təbabətə əsaslanan yanaşmanı tətbiq etməkdir.

Neftçala Rayon Mərkəzi Xəstəxanasında Tibbi Şura İclası keçirildi.Neftçala Rayon Mərkəzi Xəstəxanasında və həkim tibb mə...
06/03/2026

Neftçala Rayon Mərkəzi Xəstəxanasında Tibbi Şura İclası keçirildi.

Neftçala Rayon Mərkəzi Xəstəxanasında və həkim tibb məntəqələrində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə növbəti Tibbi Şuranın iclası keçirildi. İclasda rəhbərlik, şöbə və tibb məntəqə müdirləri, baş tibb bacıları iştirak ediblər.

Gündəlikdə duran məsələ ilə bağlı çıxış edən direktor Elman Quliyev şöbələrdə və kənd həkim tibb məntəqələrində olan vəziyyətlə maraqlandı. Kənd həkim tibb məntəqələrində patronaj xidmətinin vəziyyəti, yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi barədə məlumat verildi. Nizam intizam və davamiyyət məsələlərinə riayət olunması bir daha işçilərin diqqətinə çatdırıldı.
Neftçala Rayon Mərkəzi Xəstəxananın rəhbərliyi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanım əməkdaşları təbrik edib, onların fədakar əməyi və cəmiyyətdəki rollarının əvəzsiz olduğunu vurğulayaraq həyat və iş fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Həmkarlar İttifaqı tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səhiyyədə fəaliyyət göstərən işçilərə tort hədiyyələri təqdim olunub.

👁️Qlaukoma gözdaxili təzyiqin artması nəticəsində gözün optik sinirinin atrofiyasına və xəstənin görmə qabiliyyətinin it...
06/03/2026

👁️Qlaukoma gözdaxili təzyiqin artması nəticəsində gözün optik sinirinin atrofiyasına və xəstənin görmə qabiliyyətinin itməsinə səbəb olan xəstəlikdir.

📌Qlaukomanın əsas əlamətləri:

- gözdə ağrı,
- bulanıq görmə,
- işıq ətrafında rəngli halqaların görülməsi,
- qusma və s.

📌 Qlaukoma xəstəliyi üzrə risk faktorları:

- genetik faktorlar,
- hipertoniya,
- şəkər xəstəliyi,
- qanazlığı,
- gərgin həyat tərzi,
- göz travmaları və s.

Qlaukoma vaxtında müalicə olunmazsa, ciddi görmə itkisinə səbəb ola bilər. Görmə qabiliyyətinizi qorumağın əsas şərti erkən diaqnostika, müalicə və profilaktik tədbirlərə riayət etməkdir.

👁️

04/03/2026

Address

Neftçala M. Ə. Sabir Küçəsi 506
Neftçala
AZ4700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:45

Telephone

+994212633848

Alerts

Be the first to know and let us send you an email when Neftçala Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Neftçala Rayon Mərkəzi Xəstəxanası:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram