20/11/2025
18-24 noyabr tarixlərində Ümumdünya Antimikrob Müqavimət (AMR) Həftəsi çərçivəsində Qəbələ Rayon Mərkəzi xəstəxanasında “Antimikrob rezistenlik və düzgün antibiotik istifadəsi” mövzusunda təlim keçirilib.
Təlim Yoluxucu xəstəliklər şöbəsinin müdiri Nərmin Əzimova tərəfindən aparılan təlimdə aidiyyəti şöbələrin əməkdaşları iştirak edib.
Təlimin məqsədi antimikrob müqavimətinin (AMR) nə olduğunu və yarada biləcəyi təhlükələri izah etmək, antibiotiklərin düzgün və məsuliyyətli istifadəsi barədə tibbi personalın məlumatlılığını artırmaq, gərəksiz və nəzarətsiz antibiotik istifadəsinin qarşısını almaq və s. ibarət olub.
Təlim zamanı antimikrob müqavimətinin qlobal səhiyyə üçün yaratdığı risklər, antibiotiklərin düzgün istifadəsi prinsipləri və profilaktik yanaşmalar haqqında iştirakçılara ətraflı məlumat verilib.
Təlim interaktiv formada davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.