Qusar RMX PHŞ Bədirqala kənd Tibb Məntəqəsi

Qusar RMX PHŞ Bədirqala kənd Tibb Məntəqəsi Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs BƏDİRQALA KƏND TİBB MƏNTƏQƏSİ

02/02/2026
01/02/2026
03/01/2026

18 yaşındaki Melisa Metin, Malatya İnönü Üniversitesi Hastanesi’nde temizlik görevlisiydi. Şimdi ise çalıştığı hastanenin Tıp Fakültesi öğrencisi!
Depremde dershanesi kapanınca evde hazırlandı.
Gündüz temizlik yaptı, gece ders çalıştı.
Ve başardı.
"Bir gün bu hastanede doktor olacağım."
diyen Melisa, azmiyle herkese ilham oldu.
👏 Medya görmese de biz yürekten alkışlıyoruz.

20/12/2025

14.2K likes, 306 comments. “İnme (Felç) Çinli bir profesörden tavsiye. Evde bir şırınga veya iğne bulundurun. Bu, kendinizi felçten kurtarmanın şaşırtıcı ve alışılmadık bir yoludur. Sonuna kadar okuyun ve sonra iletin, asla bilemezsiniz, bir gün birine yardımcı olabilir. Şa....

14/12/2025
30/11/2025

Elektrotravma zamanı ilk yardım

Elektrik cərəyanı ilə zədələnmə, adətən, elektrik cihazlarının nasazlığı, uşaqların onlarla ehtiyatsız və şıltaq hərəkətləri nəticəsində baş verir. Bədəndən elektrik cərəyanının keçməsi insan orqanizminin orqan və toxumalarda sağlamlıq üçün təhlükəli olan bir sıra fəsadlara səbəb ola bilər.

Sözsüz ki, söhbət uşaq orqanizmindən gedərsə, bu daha təhlükəlidir.

Elektrik cərəyanının insanın ona toxunan ətrafını “özünə yapışdırmaq” xüsusiyyəti vardır. Buna görə də bu zaman qarşıda duran əsas vəzifə zərərçəkənin elektrik cərəyanı ilə “əlaqəsini” kəsməkdən ibarətdir, çünki, zərərçəkən özü bunu edə bilmir.

Bunun üçün ilk növbədə cərəyanı kəsmək lazımdır (evdəki rubilniki söndürmək, elektrik qoruyucularını açmaq və ya elektrik məftilini quru tutacaqlı balta ilə kəsmək). Bunları etmək mümkün olmazsa, qalın quru (!) taxta və ya kitabın üstünə çıxaraq elektrik cərəyanı xətlərini plastik bir əşya və ya quru döşəməsilənlə (“şvabra”) kənara çəkmək və ya zərərçəkəni quru taxta, rezin və ya plastik bir əşya və ya “şvabra” ilə kənara itələmək lazımdır.

Hadisədən nə qədər çox qorxsanız da zərərçəkənə yardım etmək üçün əliboş qaçmayın – bu halda siz ona kömək edə bilmərsiniz, həmçinin özünüz də travma ala bilərsiniz!Zərərçəkəni elektrik xəttindən ayırmaq üçün metal əşyalardan, məftildən, nəm dəsmaldan istifadə etmək olmaz – onların hamısı cərəyan keçirəndirlər!

Yadda saxlayın ki, zərərçəkən elektrik xəttindən ayrılmayana qədər elektrik cərəyanının keçiricisi hesab olunur. Buna görə də özünüzün də zərər çəkməməyiniz üçün onun bədəninin açıq yerlərinə toxunmayın!

Zərərçəkəni cərəyan mənbəyi ilə təmasdan azad etdikdən sonra dərhal “təcili yardım” çağırın. Əgər zərərçəkənin huşu özündə olarsa və o, heç nədən şikayət etməsə də, yadda saxlamaq lazımdır ki, elektrik cərəyanının orqanizmə təsiri dərhal deyil, bir müddət keçdikdən sonra özünü göstərə bilər. Ona görə də zərərçəkən mütləq təcili şəkildə həkim tərəfindən müayinə edilməli və onun hazırda xəstəxanada müalicə almasına ehtiyac olub-olmaması müəyyən edilməlidir.

“Təcili yardım” xidməti gələnə qədər zərərçəkənin sıxıcı paltarlarını çıxarmaq, onu başının altına balış qoyulmadan yatağa uzatmaq (başı yana olmalıdır ki, qusma baş verdikdə xəstə boğulmasın!), üstünü isti örtmək, içməyə isti çay vermək lazımdır.

Zərərçəkən huşsuz vəziyyətdə olarsa, onu özünə gətirməyə çalışın. Bu məqsədlə üzünə soyuq su çiləmək, naşatır spirti damızdırılmış pambığı burnuna yaxınlaşdırmaq (3-5 sm-dən yaxın olmamaqla), gicgahlarını sirkədə isladılmış pambıqla sürtmək olar.

Zərərçəkənin nəfəs alıb-almadığını, onun ürəyinin döyünüb-döyünmədiyini yoxlayın. Bir çox hallarda güclü elektrotravmadan sonra həyat əlamətlərini aşkar etmək çox çətin olur. Ancaq əksər hallarda bu dəyişikliklər geriyədönən proses olur. Buna görə yanınızdakı şəxsə “təcili yardım” çağırmasını tapşıraraq özünüz dərhal zərərçəkənə ilk tibbi yardım göstərməyə başlayın. Nəbz və tənəffüsün olmadığı halda, nəfəs gələnədək və ürək döyünməsi bərpa olunanadək və ya həkim gələnədək zərərçəkənə süni tənəffüs vermək və ürəyin qapalı masajını icra etmək lazımdır (bax, “Ürəyin xarici masajı”).

İldırımvurma da elektrotravmalara aiddir. İldırım vurmasının xarakterik əlaməti, ildırım xətti üzrə dəridə şaxəli izin olmasıdır. Zədələnmə əksər hallarda huşun itirilməsi, ifliclər ilə müşayiət edilir və adətən, tədricən keçib gedir.

İldırımvurma zamanı ilk tibbi yardım adi elektrotravmada olduğu kimidir. Vaxtında başlanan aktiv müalicəvi tədbirlər, hətta ildırımdan ağır zədə alan insanı da xilas etməyə imkan verir.

Qeyd etmək lazımdır ki, əhali arasında, elektrik cərəyanı və ya ildırımvurma zamanı zərərçəkənin bədənindən elektriki “çıxarmaq” üçün onu quma basdırmaq fikri nadanlıq, çox kobud səhv hesab edilir və bu, zərərçəkənin ölməsinə səbəb ola bilər!
Фотография: Elektrotravma zamanı ilk yardım Elektrik cərəyanı ilə zədələnmə, adətən, elektrik cihazlarının nasazlığı, uşaqların onlarla ehtiyatsız və şıltaq hərəkətləri nəticəsində baş verir. Bədəndən elektrik cərəyanının keçməsi insan orqanizminin orqan və toxumalarda sağlamlıq üçün təhlükəli olan bir sıra fəsadlara səbəb ola bilər. Sözsüz ki, söhbət uşaq orqanizmindən gedərsə, bu daha təhlükəlidir. Elektrik cərəyanının insanın ona toxunan ətrafını “özünə yapışdırmaq” xüsusiyyəti vardır. Buna görə də bu zaman qarşıda duran əsas vəzifə zərərçəkənin elektrik cərəyanı ilə “əlaqəsini” kəsməkdən ibarətdir, çünki, zərərçəkən özü bunu edə bilmir. Bunun üçün ilk növbədə cərəyanı kəsmək lazımdır (evdəki rubilniki söndürmək, elektrik qoruyucularını açmaq və ya elektrik məftilini quru tutacaqlı balta ilə kəsmək). Bunları etmək mümkün olmazsa, qalın quru (!) taxta və ya kitabın üstünə çıxaraq elektrik cərəyanı xətlərini plastik bir əşya və ya quru döşəməsilənlə (“şvabra”) kənara çəkmək və ya zərərçəkəni quru taxta, rezin və ya plastik bir əşya və ya “şvabra” ilə kənara itələmək lazımdır. Hadisədən nə qədər çox qorxsanız da zərərçəkənə yardım etmək üçün əliboş qaçmayın – bu halda siz ona kömək edə bilmərsiniz, həmçinin özünüz də travma ala bilərsiniz!Zərərçəkəni elektrik xəttindən ayırmaq üçün metal əşyalardan, məftildən, nəm dəsmaldan istifadə etmək olmaz – onların hamısı cərəyan keçirəndirlər! Yadda saxlayın ki, zərərçəkən elektrik xəttindən ayrılmayana qədər elektrik cərəyanının keçiricisi hesab olunur. Buna görə də özünüzün də zərər çəkməməyiniz üçün onun bədəninin açıq yerlərinə toxunmayın! Zərərçəkəni cərəyan mənbəyi ilə təmasdan azad etdikdən sonra dərhal “təcili yardım” çağırın. Əgər zərərçəkənin huşu özündə olarsa və o, heç nədən şikayət etməsə də, yadda saxlamaq lazımdır ki, elektrik cərəyanının orqanizmə təsiri dərhal deyil, bir müddət keçdikdən sonra özünü göstərə bilər. Ona görə də zərərçəkən mütləq təcili şəkildə həkim tərəfindən müayinə edilməli və onun hazırda xəstəxanada müalicə almasına ehtiyac olub-olmaması müəyyən edilməlidir. “Təcili yardım” xidməti gələnə qədər zərərçəkənin sıxıcı paltarlarını çıxarmaq, onu başının altına balış qoyulmadan yatağa uzatmaq (başı yana olmalıdır ki, qusma baş verdikdə xəstə boğulmasın!), üstünü isti örtmək, içməyə isti çay vermək lazımdır. Zərərçəkən huşsuz vəziyyətdə olarsa, onu özünə gətirməyə çalışın. Bu məqsədlə üzünə soyuq su çiləmək, naşatır spirti damızdırılmış pambığı burnuna yaxınlaşdırmaq (3-5 sm-dən yaxın olmamaqla), gicgahlarını sirkədə isladılmış pambıqla sürtmək olar. Zərərçəkənin nəfəs alıb-almadığını, onun ürəyinin döyünüb-döyünmədiyini yoxlayın. Bir çox hallarda güclü elektrotravmadan sonra həyat əlamətlərini aşkar etmək çox çətin olur. Ancaq əksər hallarda bu dəyişikliklər geriyədönən proses olur. Buna görə yanınızdakı şəxsə “təcili yardım” çağırmasını tapşıraraq özünüz dərhal zərərçəkənə ilk tibbi yardım göstərməyə başlayın. Nəbz və tənəffüsün olmadığı halda, nəfəs gələnədək və ürək döyünməsi bərpa olunanadək və ya həkim gələnədək zərərçəkənə süni tənəffüs vermək və ürəyin qapalı masajını icra etmək lazımdır (bax, “Ürəyin xarici masajı”). İldırımvurma da elektrotravmalara aiddir. İldırım vurmasının xarakterik əlaməti, ildırım xətti üzrə dəridə şaxəli izin olmasıdır. Zədələnmə əksər hallarda huşun itirilməsi, ifliclər ilə müşayiət edilir və adətən, tədricən keçib gedir. İldırımvurma zamanı ilk tibbi yardım adi elektrotravmada olduğu kimidir. Vaxtında başlanan aktiv müalicəvi tədbirlər, hətta ildırımdan ağır zədə alan insanı da xilas etməyə imkan verir. Qeyd etmək lazımdır ki, əhali arasında, elektrik cərəyanı və ya ildırımvurma zamanı zərərçəkənin bədənindən elektriki “çıxarmaq” üçün onu quma basdırmaq fikri nadanlıq, çox kobud səhv hesab edilir və bu, zərərçəkənin ölməsinə səbəb ola bilər!

Address

Qusar Rayonu Bədirqala Kəndi
Qusar
AZ3803

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994555782755

Alerts

Be the first to know and let us send you an email when Qusar RMX PHŞ Bədirqala kənd Tibb Məntəqəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram