OKİ Hospital

OKİ Hospital OKİ Hospital OKİ Hospitalının çağrı mərkəzi 24/7 xidmətinizdədir! Sizi maraqlandıran bütün suallara *0038 çağrı mərkəzinə zəng edərək cavab tapa bilərsiniz.

31/03/2026

Daim şirniyyat istəyi nədən yaranır?
Bu suala OKİ Hospitalın endokrinoloqu Dr. Fəridə Nəsirli cavab verir.

📱*0038 (Çağrı mərkəzi)
📱+994 50 597 16 47
☎+994 23 385 29 15
📧contact@okihospital.az
📌Qusar şəh., F. Musayev küç., 27

30/03/2026

📌 Süd vəzi müayinəsində doğru seçim – kombinə yanaşma!

Süd vəzi sağlamlığının qorunmasında həm Mammoqrafiya, həm də Ultrasəs müayinəsi mühüm rol oynayır. Bu iki üsul bir-birini tamamlayır və birlikdə daha dəqiq nəticə verir.

🔎 Mammoqrafiya
✔ Erkən mərhələdə xərçəngin aşkarlanması
✔ Mikrokalsinatların görüntülənməsi
✔ 40 yaşdan yuxarı skrininq üçün əsas üsul

🔎 Ultrasəs müayinəsi (USM)
✔ Kist və bərk törəmələrin fərqləndirilməsi
✔ Sıx süd vəzidə daha informativ
✔ Gənc qadınlarda üstünlük təşkil edir

🎯 Nəticə:
Tək bir müayinə deyil, düzgün seçilmiş və kombinə olunmuş diaqnostika erkən aşkarlama və düzgün müalicənin əsasını təşkil edir.

Radioloq Dr. Aysel Gəncəliyeva

Müayinəyə yazılmaq üçün:
📱*0038
📱+994 50 597 16 47
☎+994 23 385 29 15
📧contact@okihospital.az
📌Qusar şəh., F. Musayev küç., 27

11 Aprel 2026 tarixində OKİ Hospitalda psixoterapevt Yasəmən Səmədova pasiyentlərin qəbulunu həyata keçirəcək.Uşaq, yeni...
29/03/2026

11 Aprel 2026 tarixində OKİ Hospitalda psixoterapevt Yasəmən Səmədova pasiyentlərin qəbulunu həyata keçirəcək.

Uşaq, yeniyetmə və böyüklərdə psixi pozuntuların diaqnostikası və müalicəsi:

🔹 Depressiya
🔹 Doğuşdan sonrakı (postpartum) depressiya
🔹 Distimiya
🔹 Bipolyar affektiv pozuntu
🔹 Generalizə olunmuş təşviş pozuntusu
🔹 Panik atak və panik pozuntu
🔹 Sosial fobiya
🔹 Spesifik fobiyalar
🔹 Travma sonrası stres pozuntusu
🔹 Obsessiv-kompulsiv pozuntu
🔹 Trixotillomaniya
🔹 Bədən dismorfik pozuntu
🔹 Şəxsiyyət və davranış pozuntuları
🔹 Psixozlar
🔹 Şizofreniya spektri pozuntuları
🔹 Diqqət əksikliyi və hiperaktivlik pozuntusu
🔹 Autizm spektr pozuntusu (risk və müşahidə)

Qəbula əvvəlcədən yazılmaq mütləqdir:
📱*0038 (Çağrı mərkəzi)
📱+994 50 597 16 47
☎+994 23 385 29 15
📧contact@okihospital.az
📌Qusar şəh., F. Musayev küç., 27

28/03/2026

“Angioplastikadan sonra damarlar yenidən darala bilərmi?” 🤔
OKİ Hospitalın uzman kardioloqu Dr. Sənan Təhməzov bu sualı cavablandırır.

📱*0038
📱+994 50 597 16 47
☎+994 23 385 29 15
📧contact@okihospital.az
📌Qusar şəh., F. Musayev küç., 27

27/03/2026

Mastektomiya zamanı birmomentli implantla rekonstruksiya mümkündürmü❓

Müasir cərrahiyyə üsulları sayəsində uyğun pasiyentlərdə eyni əməliyyat çərçivəsində implantla rekonstruksiya həyata keçirilə bilər.✅

Qərar pasiyentin ümumi vəziyyəti və tibbi göstərişlər əsasında fərdi şəkildə verilir.🩷

Onkoloq-mammoloq, onkoplastik və rekonstruktiv cərrah, tibb üzrə fəlsəfə doktoru Dr. Samir Qurbanov.

📱*0038 (Çağrı mərkəzi)
📱+994 50 597 16 47
☎+994 23 385 29 15
📧contact@okihospital.az
📌Qusar şəh., F. Musayev küç., 27

26/03/2026

⚠️Ağrı sadəcə narahatlıq deyil, bədənin sizə verdiyi siqnaldır.

Onu uzun müddət görməzdən gəlmək problemi daha da dərinləşdirir 📉
Bəzən bu, geri dönüşü çətin olan ağır fəsadlara səbəb ola bilər.

Vaxtında qoyulan diaqnoz və düzgün müalicə bir çox hallarda ciddi fəsadların qarşısını ala bilər 🩺

❗Unutmayın ki, ağrı səbəbsiz olmur.
Bədəninizin verdiyi siqnalları ciddiyə alın və gecikmədən tədbir görün ⏳

Reabilitoloq Ayisa Ağabalayeva

📱*0038
📱+994 50 597 16 47
☎+994 23 385 29 15
📧contact@okihospital.az
📌Qusar şəh., F. Musayev küç., 27

Diş qövsünün genişləndirilməsi, inkişafdan qalmış dişlər üzərində toxumanın kəsilməsi və onların diş cərgəsinə gətirilmə...
25/03/2026

Diş qövsünün genişləndirilməsi, inkişafdan qalmış dişlər üzərində toxumanın kəsilməsi və onların diş cərgəsinə gətirilməsi ilə aparılan ortodontik müalicənin qısa təsviri.

Ortodont Dr. Vüsal Hacıbəyov pasiyentlərə müasir stomatoloji və estetik bərpa xidmətləri təqdim edir:
✅Dişlərin estetik restavrasiyası
✅Dişlərin iltihabi xəstəlikləri-pulpit, periodontit, periostitlərin müalicəsi
✅Tacı dağılmış dişlərin ştift qoyulmaqla bərpası
✅Diş daşları və ərpin təmizlənməsi, dişlərin ağardılması
✅Dişlərin ağrısız çəkilməsi
✅Retension dişlərin çəkilməsi
✅Metalkeramika və zirkon qapaqların, körpüyəbənzər protezlərin düzəldilməsi
✅Çıxan protezlərin düzəldilməsi
✅Diş-çənə sistemi qüsurlarının (diş sırası əyrilikləri) breket sistemi və ortodontik aparatlar vasitəsilə müalicəsi

Qəbula yazılmaq üçün:
📱*0038 (Çağrı mərkəzi)
📱+994 50 597 16 47
☎+994 23 385 29 15
contact@okihospital.az
📌Qusar s‌əh., F. Musayev 27

24/03/2026

Viral infeksiyalarda antibiotiklərdən sui-istifadə niyə təhlükəlidir?
Allerqoloq Dr. Aynur Seyidova

Qəbula yazılmaq üçün:
📱*0038 (Çağrı mərkəzi)
📱+994 50 597 16 47
☎+994 23 385 29 15
📧contact@okihospital.az
📌Qusar şəh., F. Musayev küç., 27

23/03/2026

Bəzən aptekə sadəcə dərman almaq üçün gəlirik… 💊 amma əslində daha çoxuna ehtiyacımız olur.

❓ Hansı dərman daha uyğundur?
🕒 Necə qəbul olunmalıdır?
⚖️ Digər dərmanlarla birlikdə qəbul oluna bilərmi?
⚠️ Əks təsirləri varmı?
📦 Saxlanma müddəti və şərtləri necədir?
Bütün bu sualların cavabını provizor verə bilər. 👨‍⚕️

➡️Provizor - ali əczaçılıq təhsili olan, dərman vasitələri, onların tərkibi, təsiri, dozalanması, saxlanma və buraxılış qaydaları üzrə peşəkar biliklərə malik mütəxəssisdir.
O, həkim, pasiyent və dərman vasitəsi arasında əsas əlaqələndirici rol oynayaraq, dərman müalicəsinin təhlükəsizliyini və effektivliyini təmin edir.

📚Provizorun fəaliyyəti farmakologiya, kimya, biologiya sahələrində dərin biliklər, həmçinin dərman vasitələrinin dövriyyəsini tənzimləyən normativ sənədləri yaxşı bilməyi tələb edir.

O, sadəcə dərman təqdim etmir — 👂 sizi dinləyir, 💬 izah edir, 🧭 yönləndirir. Bəzən kiçik bir məsləhət sizi yanlış seçimdən qoruyur, müalicənizi daha effektiv edir.

⚕️ OKİ Hospitalın aptekində siz təkcə dərman deyil, düzgün yanaşma əldə edirsiniz. Suallarınızı provizora çəkinmədən verin. Çünki sağlamlığın qorunmasında hər bir detal vacibdir.

📱*0038
📱+994 50 597 16 47
☎+994 23 385 29 15
📧contact@okihospital.az
📌Qusar şəh., F. Musayev küç., 27

20/03/2026

Xalqımızı müqəddəs Ramazan bayramı və baharın müjdəçisi olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik.
Qoy Ramazan bayramının gətirdiyi mərhəmət, birlik və mənəvi saflıq həyatınıza işıq saçsın. Tutduğunuz oruclar, qıldığınız namazlar, etdiyiniz dua və ibadətlər qəbul olunsun. Bu mübarək günlər qəlbinizə rahatlıq, evinizə bərəkət, həyatınıza isə sağlamlıq və sevinc gətirsin.
Bayramınız mübarək!

17/03/2026

📍 L5-S1 səviyyəsində sekvestrə olunmuş yırtıq (bel yırtığı) — yırtığın ən ağır və mürəkkəb mərhələsidir. Bu vəziyyətdə disk daxilindəki maddə (nüvə) nəinki çölə çıxır, həm də əsas diskdən tamamilə qoparaq onurğa kanalına düşür.

📍 L5-S1 səviyyəsində sekvestrə olunmuş yırtıq — bel onurğasının ən aşağı hissəsində (belin oma ilə birləşdiyi yerdə) baş verən ən ciddi yırtıq növüdür. Bu səviyyə bədən çəkisinin ən çox düşdüyü nöqtədir.

⚠️ L5-S1 sekvestrinin (qopmuş yırtığın) fərqli cəhətləri:

🔹 Siyatik sinirinin sıxılması:
Qopan parça çox vaxt ayağa gedən ən böyük siniri (oturaq siniri) sıxır. Bu, beldən başlayıb dabanadək vuran dözülməz ağrı verir.

🔹 “At quyruğu” sindromu riski:
L5-S1 səviyyəsində kanalda sinir köklərinin sıxılması nəticəsində qasıq nahiyəsində keyimə, sidik və ya nəcis ifrazına nəzarətin itməsi baş verə bilər. Bu, təcili əməliyyat göstərişidir.

🔹 Ayaq pəncəsinin zəifləməsi:
Xəstə çox vaxt pəncəsinin üstündə və ya barmaq ucunda dura bilmir, yeriyərkən pəncə “şappıldayır” (zəiflik yaranır).

Sekvestrə olunmuş bel yırtığı bir çox hallarda cərrahi müdaxilə tələb edə bilər. Lakin düzgün qiymətləndirmə və vaxtında başlanmış reabilitasiya bəzi pasiyentlərdə əməliyyatsız da müsbət nəticə verə bilir.

🏥 Pasiyentimizin nəticəsi
✅ Artıq 10 gündən çoxdur ki, reabilitasiya məşğələlərində iştirak edir.
✅ Ağrıları tamamilə aradan qalxıb, ayaqda aktivlik bərpa olunmağa başlayıb.
✅ Xəstə özü də müsbət dəyişiklikləri hiss etdiyi üçün prosedurlara məmnuniyyətlə davam edir.

Reabilitoloq Xanım İsrafilova

📱*0038
📱+994 50 597 16 47
☎+994 23 385 29 15
📧contact@okihospital.az
📌Qusar şəh., F. Musayev küç., 27

🩸 Varikoz — sadəcə kosmetik problem deyil!Şişkin və qabarmış damarlar estetik görünmür, lakin varikozun əsas təhlükəsi o...
16/03/2026

🩸 Varikoz — sadəcə kosmetik problem deyil!
Şişkin və qabarmış damarlar estetik görünmür, lakin varikozun əsas təhlükəsi onun fəsadlarındadır:

🔹 Xroniki venoz çatışmazlıq
🔹 Varikoz dermatit və dəri piqmentasiyası
🔹 Lipodermatoskleroz
🔹 Trofik xoralar
🔹 Tromboflebit
🔹 Dərin venaların trombozu riski
🔹 Nadir hallarda hətta ağciyər arteriyasının tromboemboliyası

⚠️ Varikozdan vaxtında azad olun, özünüzü onun ciddi fəsadlarından qoruyun!

🏥OKİ Hospitalda ürək-damar cərrahı Uzm. Dr. Arzu Vahidoğlu ən müasir metodlarla varikozun effektiv müalicəsini həyata keçirir!

📍 Konsultasiya üçün müraciət edin - ayaqlarınız həm gözəl, həm də sağlam olsun!

Qəbula yazılmaq üçün:
📱*0038 (Çağrı mərkəzi)
📱+994 50 597 16 47
☎+994 23 385 29 15
📧contact@okihospital.az
📌Qusar şəh., F. Musayev küç., 27

Address

Улица Фахраддина Мусаева 27
Qusar

Alerts

Be the first to know and let us send you an email when OKİ Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to OKİ Hospital:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

Sizin sağlamlığınız bizim əsas məqsədimizdir!

OKİ Klinikası Azərbaycanda pasiyentlərin etibarını qazana bilmiş çoxprofilli müasir tibb müalicəxanası kimi tanınır. Klinikamız 1997-ci ildən fəaliyyət göstərir, respublikamızın ilk özəl tibb mərkəzlərindəndir və tibb sahəsində öz liderlik mövqeyini artıq 20 ildən artıqdır ki, qoruyur. OKİ Klinikası əhaliyə tibbi-profilaktik, müalicəvi-diaqnostik, konsultativ və reabilitasiya xidmətlərini göstərir. Hal hazırda klinikada 40-dan artıq istiqamətdə tibbi xidmətlər mövcuddur. Biz fəaliyyətimizdə yalnız sübüt olunmuş təbabətin prinsiplərinə əsaslanırıq!

Həkim heyətimiz daim öz üzərində çalışan, beynəlxalq və regional konfranslarda iştirak edən təcrübəli peşəkarlardan ibarətdir. Bütün müayinələr beynəlxalq standartlara uyğun şəkildə aparılır. İlk pasientimizə xidmət göstərdiyimiz gündən bu günə kimi kollektivimiz yüksək professionallığı, öz peşəsinə və insanlara olan sevgisi ilə seçilir. Sizin etibarınızı qazanmaq üçün biz maksimal dərəcədə bütün potensialımızı, iş təcrübəmizi, tibbin yeniliklərini və müasir aparat komplekslərin imkanlarını bir araya gətirərək çalışdıq. Çox sevindirici haldır ki, pasiyentlərimiz bizim cəhdlərimizi layiqincə qiymətləndirir və sağlamlıqlarını bizə etibar eləməyə davam edirlər. Təbii ki, qazandığımız uğurlarla kifayətlənmirik. Daim müştərilərimiz üçün müayinə və müalicə xidmətlərinin yeni növlərini təşkil edirik. Sığorta şirkətləri ilə sıx əməkdaşlıq edirik.