06/03/2026
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib.
Tədbirdə çıxış edən xəstəxananın direktoru Natiq Əliyev şəhid anaları və şəhid xanımının timsalında xəstəxananın bütün xanım əməkdaşlarını bayram münasibətilə təbrik edib. O, səhiyyə sahəsində çalışan qadınların cəmiyyətdə mühüm rol oynadığını vurğulayaraq onların fədakar əməyini və insan sağlamlığının qorunmasında göstərdikləri xidmətləri yüksək qiymətləndirib.
Tədbirdə həmçinin Şamaxı Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Cahangir Şıxəliyev çıxış edərək xanım əməkdaşları bayram münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Xəstəxananın direktor müavini, İlkin səhiyyə xidmətinin rəhbəri Məhəmməd Gözəlov çıxış edərək xanım əməkdaşların səhiyyə sahəsində göstərdikləri yorulmaz və məsuliyyətli fəaliyyətini xüsusi qeyd edib.
Qeyd olunub ki, xəstəxanada çalışan qadınların peşəkarlığı, məsuliyyəti və qayğıkeşliyi tibb müəssisəsinin fəaliyyətində mühüm yer tutur və onlar hər gün sədaqətlə çalışaraq xəstələrin sağlamlığının qorunmasına mühüm töhfə verirlər.
Sonda xanım əməkdaşlara möhkəm cansağlığı, ailə səadəti və iş fəaliyyətlərində yeni uğurlar arzulanıb.