Xaçmaz Rayon Mərkəzi Xəstəxanası

Xaçmaz Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB -in tabeliyində fəaliyyət göstərir.

Bu gün Ümumdünya Böyrək Günüdür!Böyrəklər orqanizmdə zərərli maddələrin xaric olunmasında, su-duz balansının saxlanılmas...
12/03/2026

Bu gün Ümumdünya Böyrək Günüdür!
Böyrəklər orqanizmdə zərərli maddələrin xaric olunmasında, su-duz balansının saxlanılması və ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır.
Onların sağlam qalması üçün:
💧 Kifayət qədər su için;
🥦 Sağlam qidalanın, duz və şəkəri məhdudlaşdırın;
🏃‍♂️ Aktiv həyat tərzi keçirin;
🩺 Müntəzəm tibbi müayinələrdən keçin.
Böyrəklərinizi qoruyun, sağlamlığınızı gücləndirin!

12/03/2026

Narkotik maddə müvəqqəti çıxış yolu kimi görünsə də, o səni yaşatmaz!

Ölümü sürətləndirən ən ağır vasitədən uzaq ol! Çox yaşa!

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında “Abortların fəsadları, kontraseptiv vasitələr və onların əks göstərişləri” mövzusund...
11/03/2026

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında “Abortların fəsadları, kontraseptiv vasitələr və onların əks göstərişləri” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə çıxış edən həkim-mama-ginekoloq Gülnarə Məmmədova abortun qadın sağlamlığı üçün yarada biləcəyi risklər, arzuolunmaz hamiləliyin qarşısının alınmasında kontraseptiv vasitələrin rolu və bu vasitələrin düzgün istifadəsi barədə ətraflı məlumat verib.

Eyni zamanda kontraseptiv vasitələrin bəzi hallarda əks göstərişlərinin ola biləcəyi qeyd olunaraq, onların yalnız həkim məsləhəti ilə seçilməsinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

11/03/2026

“Səssiz deformasiya – skolioz”

Skolioz onurğa sütununun yan istiqamətdə əyilməsi və fəqərələrin rotasiyası ilə xarakterizə olunan deformasiya xəstəliyidir.

Respublika Klinik Xəstəxanasının həkim-travmatoloq-ortopedi Eldar Əsədli bildirir ki, skolioz müxtəlif səbəblərdən meydana çıxa bilər:

“Skolioz, əsasən, idiopatik, anadangəlmə (kongenital) – fəqərə inkişaf qüsurları, nevroloji xəstəliklərə bağlı (məsələn, serebral iflic, spina bifida), əzələ xəstəlikləri, travma və ya şişlər, degenerativ dəyişikliklər səbəbindən yaranır.

Skolioz ən çox 10-16 yaş arası yeniyetmələrdə, xüsusilə böyümə dövründə olan uşaqlarda müşahidə olunur. Yüngül əyriliklər oğlan və qızlarda oxşar tezlikdə rast gəlinir. Lakin proqressiv və ağır formalar qızlarda 4-6 dəfə daha çox müşahidə edilir”.

Binəqədi Tibb Mərkəzinin həkim-travmatoloq-ortopedi Azər Qasımov vurğulayır ki, müalicə üsulu əyilmənin dərəcəsinə və pasiyentin yaşına görə müəyyən edilir:

“İlk növbədə müşahidə aparılmalıdır. Əyrilik 20 dərəcədən azdırsa, hər 6 aydan bir rentgen nəzarəti kifayət edir. Korset müalicəsi də istifadə olunan müalicə üsullarındandır ki, əgər əyrilik 20-40 dərəcə arasındadırsa və böyümə davam edirsə, əyriliyin artmasının qarşısını almaq üçün xüsusi korsetlərdən istifadə olunur. Fizioterapiya və Şrot metodu isə onurğa ətrafındakı əzələləri gücləndirmək üçün tətbiq edilən müalicə üsullarındandır. Əyrilik dərəcəsi 40-ı keçərsə, bu zaman cərrahi əməliyyat tövsiyə olunur”.

Respublika Klinik Xəstəxanasının həkim-travmatoloq-ortopedi Eldar Əsədli bildirir ki, cərrahi əməliyyat üçün xüsusi yaş limiti yoxdur. Əsas meyar sümük böyüməsinin vəziyyəti, əyriliyin sürəti və klinik göstəricilərdir:

“Adətən, əməliyyat yeniyetmə dövründə və ya yetkin yaşda klinik göstəriş olduqda aparıla bilər. Hər xəstə fərdi şəkildə qiymətləndirilməlidir.

Əyrilik dərəcəsi 45-50 dərəcədən yuxarı olduqda, həmçinin əyriliyin sürətli proqressiyası, tənəffüs və ürək funksiyasına təsiri müşahidə edildikdə, güclü ağrı və ya nevroloji əlamətlər, ciddi estetik deformasiya müşahidə olunduqda cərrahi müdaxilə vacib hesab edilir”.

Binəqədi Tibb Mərkəzinin həkim-travmatoloq-ortopedi Azər Qasımovun sözlərinə görə, skoliozun qarşısını tam almaq mümkün olmasa da, fəsadları azaltmaq və skoliozun azalmasının qarşısını almaq mümkündür:

“Məktəb yaşlı uşaqların müayinəsi mütləqdir. Valideynlər övladının çiyin səviyyələrini və kürək sümüklərinin simmetriyasını mütəmadi yoxlamalıdır. Hər hansı narahatlıq müşahidə olunarsa, həkim-mütəxəssislərə müraciət etmək vacibdir. Masa arxasında və ya telefon istifadə edərkən onurğanı düz saxlamaq, üzgüçülük və digər idman növləri ilə məşğul olmaq onurğa sütununun simmetriyasında və sağlamlığında önəmli rol oynayır”.

Unutmayın ki, skoliozun vaxtında və düzgün diaqnostikası xəstəliyin erkən dövrdə qarşısının alınmasında, həmçinin inkişaf etməməsində əhəmiyyətli rol oynayır.

Bu gün Yel çərşənbəsidir! 🍃Qədim inanclara görə, Yel çərşənbəsində əsməyə başlayan külək qışın son izlərini aparır, təbi...
10/03/2026

Bu gün Yel çərşənbəsidir! 🍃

Qədim inanclara görə, Yel çərşənbəsində əsməyə başlayan külək qışın son izlərini aparır, təbiəti dirçəldir.

Yel çərşənbəsi hər evə bərəkət, sağlamlıq, qəlbinizə ümid və sevinc gətirsin!

08/03/2026

Əziz xanımlar, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hər birinizi təbrik edir, sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq!

Ölkəmizin parlaq gələcəyi, xalqımızın rifahı naminə qazanılan bütün böyük uğurlarda qadınların rolu əvəzsizdir!

Bu gün qadınlar ictimai-siyasi, elm, təhsil, mədəniyyət və səhiyyə sahələrində uğurlu fəaliyyətləri ilə fərqlənirlər.

Bayramınız mübarək!

🌹

07/03/2026
07/03/2026

Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

https://president.az/az/articles/view/71808

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyev qəbul qrafikinə uyğun olaraq növbəti dəfə vətəndaşları qəbu...
06/03/2026

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyev qəbul qrafikinə uyğun olaraq növbəti dəfə vətəndaşları qəbul edib.

Qəbul zamanı vətəndaşların müayinə, müalicə, işlə təmin olunma və digər mövzuları əhatə edən müraciətləri dinlənilib, mövcud problemlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib və bir sıra məsələlər yerində həll olunub.

Qəbul qrafikinə əsasən keçirilən görüşlər vətəndaş məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəlib.

06/03/2026

👁️Qlaukoma gözdaxili təzyiqin artması nəticəsində gözün optik sinirinin atrofiyasına və xəstənin görmə qabiliyyətinin itməsinə səbəb olan xəstəlikdir.

📌Qlaukomanın əsas əlamətləri:

- gözdə ağrı,
- bulanıq görmə,
- işıq ətrafında rəngli halqaların görülməsi,
- qusma və s.

📌 Qlaukoma xəstəliyi üzrə risk faktorları:

- genetik faktorlar,
- hipertoniya,
- şəkər xəstəliyi,
- qanazlığı,
- gərgin həyat tərzi,
- göz travmaları və s.

Qlaukoma vaxtında müalicə olunmazsa, ciddi görmə itkisinə səbəb ola bilər. Görmə qabiliyyətinizi qorumağın əsas şərti erkən diaqnostika, müalicə və profilaktik tədbirlərə riayət etməkdir.

👁️

4 Mart - Piylənmə ilə Mübarizə Günü kimi qeyd edilir.Hərəkətsizlik, qidalanma rejiminə düzgün riayət etməmək, stres, end...
04/03/2026

4 Mart - Piylənmə ilə Mübarizə Günü kimi qeyd edilir.
Hərəkətsizlik, qidalanma rejiminə düzgün riayət etməmək, stres, endokrinoloji xəstəliklər piylənməyə səbəb olan əsas faktorlar hesab olunur.
📌Unutmayın ki, piylənmənin müalicəsində düzgün həyat tərzi ilə tibbi yanaşmaların birləşməsi də zəruridir.

Od çərşənbəniz mübarək! 🔥Novruz ərəfəsində qeyd olunan Od çərşənbəsi xalqımızın qədim ənənələrini yaşadan xüsusi günlərd...
03/03/2026

Od çərşənbəniz mübarək! 🔥
Novruz ərəfəsində qeyd olunan Od çərşənbəsi xalqımızın qədim ənənələrini yaşadan xüsusi günlərdəndir. Od və günəş həyatın, işığın və dirçəlişin rəmzi hesab olunur.
Bu gün qalanılan tonqal yenilənməni və mənəvi saflaşmanı simvolizə edir.
🔥

Address

Xaçmaz
AZ2700

Telephone

+994233252464

Alerts

Be the first to know and let us send you an email when Xaçmaz Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Xaçmaz Rayon Mərkəzi Xəstəxanası:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category