Hiss edirsən ki, daha çox potensialın var, amma sanki nəsə səni saxlayır?
→ Hədəfin var, amma ya tıxanmış hiss edirsən, ya da növbəti addımı necə atacağını bilmirsən.
→ Sanki hər şeyi edirsən, amma nəticə gəlmir. Özünü ifadə etməkdə çətinlik çəkirsən, ya da səsini eşitmirsən.
→ Bu hiss sənə tanışdırsa — səbəb çox vaxt xaricdə deyil. Səninlə birlikdə bu daxili səssiz maneələri aşkarlayır, onları gücə çeviririk:
→ Keçmişdən gələn qorxular, limitlər, özünə qoyduğun etiketlər artıq səni idarə etməyəcək.
→ Özünü ifadə edən, sərhədlərini bilən, qərar verən və həyatına yön verən bir “sən” ortaya çıxacaq.
→ Mənimlə çalışan insanlar təkcə məqsədə çatmırlar — özlərinə qayıdırlar. Mən necə işləyirəm?
→ ACT, Şema terapiya, BDT, neyroqrafika və kouçluğun təsirli metodlarını bir araya gətirirəm
→ Bu sadəcə seans deyil — özünü tanıma və daxildən dəyişmə prosesidir
→ Mən öz daxili yolumu keçmişəm və bu səbəbdən qarşımdakı insanla gerçək bağ qururam
Sonda?
→ Özünü rahat və güvənlə ifadə edə bilən bir sən
→ İşdə və münasibətlərdə sağlam sərhədlər
→ Qətiyyətli qərarlar, aydın yol və artıq öz mərkəzində olan bir həyat
Əgər sən də tıxanmış hiss edirsənsə və dəyişiklik üçün hazırsansa, DM-lə “HAZIRAM” yaz — birlikdə o yolu açarıq.