CoronaVirus Azerbaijan Updates

CoronaVirus Azerbaijan Updates Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CoronaVirus Azerbaijan Updates, Doctor, Azerbaijan Clos, Cosmo City, Randburg.

22/04/2020

Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 42 nəfər sağalıb.

16.04.20. Covid-19 🦠 30 yeni yoluxma
16/04/2020

16.04.20. Covid-19 🦠 30 yeni yoluxma

08/04/2020

08.04.2020. 🇦🇿
822 - yoluxma halı 91.36% - aktiv xəstə
7.66% - sağalma
0.97% - ölüm

08/04/2020

COVID 19 105 yeni yoluxma halı qeydə alınıb
44 xəstə də sağalma baş verib.
Hazırda toplam olaraq 717 xəstə var

31/03/2020

Helping healthcare teams battle coronavirus with results in minutes, not hours. Abbott has received emergency use authorization (EUA) from the U.S. Food and ...

30/03/2020

(((

30/03/2020

Bu gün daha 64 nəfərdə coronavirus təstiqlənib

Nazirlər Kabineti yanında Operativ Qərargahdanın MƏLUMATIAzərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infek...
26/03/2020

Nazirlər Kabineti yanında Operativ Qərargahdanın MƏLUMATI

Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.

2020-ci il martın 12-də Türkiyədən qayıtmış 1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olmuş, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilib, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 5 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılıb.

Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlayıb.

Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.

25/03/2020
25/03/2020

Son 24 saat ərzində koronavirusa tutulan və ölənlərin statistikası:

ABŞ: 6.225 ( 61 ölü)
İspaniya: 5.552 ( 443 ölü)
İtaliya: 5.210 ( 683 ölü)
Almaniya: 4.075 ( 46 ölü)
İran: 2.206 ( 143 ölü)
İsveçrə: 1.020 ( 30 ölü)
Hollandiya: 852 (80 ölü)
Belçika: 668 (56 ölü)

Qonşu ölkələrdə:

Türkiyə: 561 ( 15 ölü)
Rusiya: 163 nəfər (yoluxub)
Ermənistan: 16 nəfər ( yoluxub)
Gürcüstan: 3 nəfər (yoluxub)

Qeyd: Azərbaycanda isə 24 saat ərzində koronavirusa 6 nəfər yoluxub, bir nəfər dünyasını dəyişib.

Daha diqqətli olmalıyıq!
25/03/2020

Daha diqqətli olmalıyıq!

Address

Azerbaijan Clos, Cosmo City
Randburg
2188

Website

Alerts

Be the first to know and let us send you an email when CoronaVirus Azerbaijan Updates posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category